Azərbaycan İslam Partiyası sədrinin xanımının Dini Rəhbər Ayətullah Xamenei cənablarına oxuduğu şeirin tərcüməsi
“Media forum” saytı Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədovanın Ayətullah Seyid Əli Xameneinin qəbulunda əlində tutduğu kağızdan fars dilində oxuduğu şeirin tərcüməsini oxucuların diqqətinə çatdırır.
Mehparə Səmədovanın qəbuldakı çıxışı zamanı dediyinə görə, şeiri qızı Zəhraxanım Ayətullah Seyid Əli Xameneiyə yazıb.
Şeir belədir:
Ey vilayətin* parlaq ulduzu,
Ey hidayət və səadətin yolu,
Ey İranın qamətinə hündür dağ,
Ey üsyanlar qarşısında möhkəm dayanan,
Sizi görməkdən sevinmişik,
Biz Xomeyni ruhunun aşiqi olmuşuq.
*Vilayəti-fəqih vəzifəsini daşıyan Ayətullah Xamenei nəzərdə tutulur. (Media forum)
08.06.2012
Hacı Mövsüm Səmədov “kars”da saxlanılıb
11 saylı cəzaçəkmə müəssində olduğumuz zaman Mövsüm Səmədov “kars”da saxlanılırdı. AİP sədrinin 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsindən sonra “kars”da saxlanılması ilə bağlı məlumat daxil olub. “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayevlə və Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxlanılıb. Anar Qasımlı bu barədə məlumatsız olduğunu bildirib.
Eynulla Fətullayev isə Mövsüm Səmədovun “kars”da saxlanıldığını təsdiq edib. O, deyib: “11 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdiyimiz zaman Mövsüm Səmədov “kars”da saxlanılırdı. Bu barədə “İnsan Haqları Uğrunda” İctimai Birliyinə şikayət daxil olmuşdu. Əsas şikayət Mövsüm Səmədova göndərilən sovqatların çatdırılmaması ilə bağlı idi. Mən cəzaçəkmə müəssisəsinin rəisi ilə söhbət etdim və Mövsüm Səmədovun “kars”-da saxlanılması ilə bağlı danışdıq. Rəis, Mövsüm Səmədov həbsxananın qaydalarına riyaət etmədiyi üçün “kars”a salındığını deyib. Danışıqlar getdi. Daha sonra Mövsüm Səmədov ümumi cəzaçəkmə müəssisəsinə buraxılıb. “Kars”-dan çıxandan sonra göndərilən sovqatlar hamısı özünə çatdırılıb.”
(Xəbər44)
11.07.2012
Hacı Mövsüm Səmədovun işi üzrə kasasiya şikayəti hazırlanır
AİP sədri Mövsüm Səmədov və onunla həbs edilən partiya üzvləri, o cümlədən digər dindarların işi üzrə kasasiya şikayəti hazırlanır.
Bu barədə SalamNews-a Mövsüm Səmədovun vəkili Anar Qasımlı bildirib. Vəkilin sözlərinə görə, hazırda əvvəlki məhkəmə instansiyalarının qərarından Ali Məhkəməyə təqdim oluncaq şikayət ərizəsi üzərində iş gedir.
Xatırladaq ki, AİP sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarın 7-də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Daha sonra Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də M. Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokurorluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb.
AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunaraq 2011-ci il oktyabrın 7-də 12 il müddətinə azadlıqdan məhrum edilib.Vəkil Anar Qasımlı məhkəmənin çıxardığı hökümdən narazılığını bildirərək apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. (İslamAzəri)
21.07.2012
Əliyevlər rejimi Azərbaycan İslam Oyanış Hərakatının lideri Hacı Mövsümə işgəncə verir?
AİP lideri Mövsüm Səmədovun vəkili hüquqlarını qoruduğu şəxslə görüşə buraxılmır. Bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.
Vəkilin sözlərinə görə, Penitensiar Xidmətdən görüş üçün məktub təqdim etsə də, 11 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Fikrət Qafarov onu Hacı Mövsüm Səmədovla görüşə buraxmır. “Gah deyir orderinin əslini gətir, gah da deyir ki, bu gün iş günü deyil. Bu hal Hacı Mövsüm Səmədovla bağlı hansısa narahatçılıq olduğuna və rəisin bunu gizlətmək istəməsinə dair əsaslı şübhələr yaradır!”-deyə vəkil əlavə edib.
Qeyd edək ki, AİP lideri partiyanın baş məclisində hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirdikdən sonra həbs edilib. O, AİP-in digər üzvləri ilə yanaşı uzun müddətli azadlıqdan məhrum olunub. Artıq həbs edilən 5 AİP funksionerindən biri Vaqif Abdullayev bir neçə gün bundan öncə həbsxanada dünyasını dəyişib.
Əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.(Abna)
22.07.2012
Hacı Mövsüm Səmədov vəkili ilə görüşdürülmür
Anar Qasımlı bildirib ki, Hacı Mövsüm Səmədovla görüşə buraxılmamasına görə narahatdır. Vəkil bildirib ki, bu gün 11 saylı Cəzaçəkmə müəssisəsində həbsdə olan Azərbaycan İslam Partiyasının (AIP) lideri Hacı Möhsüm Səmədovla görüşə buraxılmayıb.
Vəkil Anar Qasımlı bildirib ki, görüş üçün buraxılış orderini təqdim etsə də, 11 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Fikrət Qafarov vəkilin AİP rəhbəri ilə görüşünə əngəl olub. Fikrət Qafarov bildirib ki, buraxılış üçün orderin əsli təqdim edilməlidir və bu gün görüş mümkün deyil. Vəkilin sözlərinə görə, bununla bağlı artıq şikayət məktubu ilə müraciət olunacaq. Anar Qasımlı bildirib ki, Hacı Mövsüm Səmədovla görüşə buraxılmamasına görə narahatdır. Bu narahatlıq Hacı Mövsümün hansı durumda olması ilə bağlıdır.
Qeyd edək ki, AİP lideri Hacı Mövsüm Səmədov hakimiyyət əleyhinə tənqidi çıxışına görə 12 il müddətində azadlıqdan məhrum edilib. (Azadxəbər)
22.08.2012
Avropa Məhkəməsində Hacı Mövsüm Səmədovu dünya şöhrətli fransız vəkil Andre Çami müdafiə edəcək
Avropa məhkəməsində AİP lideri Hacı Mövsüm Səmədovun hüquqlarını Anar Qasımlı ilə birgə dünya şöhrətli fransalı vəkil Andre Çami də müdafiə edəcək.
Bu barədə FaktXeber saytına İslamçıların Hüquqlarının Müdafiə komitəsinin sədri Məşhədi Natiq Kərimov məlumat verib.
Komitə sədrinin bildirdiyinə görə Andre Çami artıq iki gündür ki, Bakıdadır: “Fransalı vəkil Bakıda olduğu müddətdə Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı, hüquq müdafiəçisi və İnsan haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev, DEVAMM sədri İlqar İbrahimoğlu ilə görüşlər keçirib. Görüşdə Mövsüm Səmədovun işi ilə bağlı müzakirələr aparılıb. Eyni halda onun Hacı Mövsüm Səmədovun işi ilə bağlı 31 sualına vəkili və hüquq müdafiəçiləri tərəfindən cavab verilib”.
Natiq Kərimov onu da bildirdi ki, Hacı Mövsüm Səmədovun məhkəmə prosesi zamanı baş verən qanun pozuntuları vəkil Andre Çamini heyrətləndirib: “Vəkilə baş verən qanun pozuntuları haqqında məlumat verdikdən sonra, o, təəccübünü gizlədə bilmədi. Andre Çami bildirdi ki, könüllü olaraq Mövsüm Səmədovun hüquqlarını müdafiə etmək qərarına gəlib. Baş verən haqsızlıqlar onu məsələyə biganə yanaşmamağa vadar edib. Eyni halda, Andre Çami AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserlə görüşərək Mövsüm Səmədovun işi ilə bağlı müəyyən müzakirələr aparıblar. Vəkil bildirdi ki, Mövsüm Səmədov siyasi məhbusdur və onun dərhal azadlığa buraxılması üçün əllərindən gələni edəcəklər.”
Qeyd edək ki, bundan sonra Hacı Mövsüm Səmədovun işi Avropa Məhkəməsində iki vəkil tərəfindən müdafiə ediləcək. Onlar Azərbaycanda kifayət qədər tanınmış vəkil Anar Qasımlı və dünyada bir çox siyasi liderlərin vəkili olmuş Ander Çamidir. (Azəri.səhərtv)
07.09. 2012
Dostları ilə paylaş: |