Məqsəd ədəbi sənət əsəri yaratmaq və ya qəhrəmanı dünyaya tanıtdırmaq deyil. 70 il sovetlər dövründə, 20 il nisbi müstəqillik zamanı dini etiqadı, mənəviyyatı, əxlaqı amansızcasına dağıdılan bir xalqın istənilən bir fədakar insanın simasında mənəvi dəyərlərlə tanışlığına ehtiyac var. Bəşəriyyət, xalq əmin olmalıdır ki, dünya və ya Azərbaycan hətta namusunu pula, ada, şöhrətə satan məmurlardan ibarət deyil. Xalq eynən İmam Hüseyn (ə) kimi şəxsi həyatını, ailə-övladını, canını qurban verməklə əxlaqi dəyərlərə sahib duran insanları görüb gələcəyə ümidli olmalıdır. Allah bütün cəmiyyətlərə nümunələr verib. Azərbaycan bu baxımdan varlı məmləkətdir. Onun sərvəti neft yox, müdrik və fədakar insanlardır. Onun Cavad Xanı var, Cavidi var, Elmarı var. İdealları Qədim Roma ya Avropada axtarmaq ona görə yanlışdır ki, xalq o qəhrəmanları əcdadı, ata-babası, özünkü kimi yox, əsər qəhrəmanı kimi görür.
Belə bir yanlışlıq dində də yaşanır. Məsələn, Müqəddəs Qum (İİR) şəhəri İslam dünyasının elm mərkəzlərindəndir. Bu şəhərdə ariflər, alimlər kifayət qədərdir. Ayətullah Təhriri müasir əxlaq ustadlarındandır. Ayətullah Təhririnin əxlaq, irfanda məqama çatmaq üçün ona müraciət edənlərə tövsiyələrindən: “Gedin Azərbaycana, orada Mövsüm Səmədov adlı tələbə var. Nə istəyirsinizsə ondan öyrənin. Allah-Taala ona çox hikmətlər bəxş edib... “ Demək, tanıtdırılası adamlarımız var. Əlbəttə ki, tanıtdıra bilsək!
Azərbaycanda İslam Oyanış Hərəkatı
Kim inanardı Sovetlər Birliyinə daxil olan bir məmləkətdə İslam Oyanışı barədə düşünənlər, bu yolda canını verməyə hazır olanlar var?! Amma vardı. Azərbaycanın bir çox şəhər və qəsəbələrində, ilk öncə Bakının Nardaran kəndində Quranla nəfəs alan, bu ruhiyyəni ölkəyə daddırmaq istəyən müsəlmanlar təlaşda idi.
Azərbaycanda İslam Oyanışı Hərəkatı Hacı Əlikram Əliyevin adı ilə bağlıdır. O, 1940-cı ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açmışdı. Hacı Əlikram 1974-cü ildə Bakıda təhsil alan yəmənli bir tələbə vasitəsi ilə İmam Xomeyni hərəkatı ilə tanış olur. İslam İnqilabının qələbə çaldığı ilk günlərdə Təbriz radiosu vasitəsi ilə İmamın çıxışını dinləyir və Moskva televiziyası ilə İmamın Tehrana daxil olmasını izləyir. Elə o zamandan İmam Xomeyniyə (r) təqlid etməyə başlayır.
Hacı Əlikram Bakı və Nardaranda İmam Xomeyniyə (r) təqlid edənlərin rəhbərliyini öz üzərinə götürür. Azərbaycan İslam Partiyası 1991-ci ildə Azərbaycanda İslamın dayaq nöqtəsi olan Nardaran qəsəbəsində təsis edilir və 1992-ci ildə qeydiyyata alınır.
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, 1995-ci ildə AİP-in qeydiyyatı ləğv edilir, 1996-cı ildə Hacı Əlikram həbs olunur, uzun illər həbsdə işgəncələrə məruz qalır. İlham Əliyevin hakimiyyətə gəlişi ilə azadlığa buraxılan Hacı Əlikram dini fəaliyyətlərini, mübarizəsini davam etdirir. Onun əqidəsi sabitdir: "Biz fəxr edirik ki, Hizbullah mücahidləri ilə yanaşı sionistlərə qarşı mübarizə aparırıq. Biz İlham Əliyev hökumətinə xəbərdarlıq edirik ki, İsrailin Bakıdakı səfirliyini bağlasın. Əgər bu işi görməsə, xalq özü bunu edəcək" - deyir. 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərən Hacı Əlikram 6 il müddətinə azadlıqdan məhrum edilir.
Azərbaycan ictimaiyyətinin “Hacı Mövsüm”, “Doktor Səmədov” kimi tanıdığı Mövsüm Mərdan oğlu Səmədov 4 sentyabr 1965-ci ildə Quba şəhərində dünyaya göz açıb. Qubada 3 saylı orta məktəbi bitirən Hacı Mövsüm 1983-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə proflaktika" fakultəsinə qəbul olub və 1990-cı ildə "teropevt" ixtisası üzrə universiteti bitirib. Bundan sonra bir il əsgərlikdə olub və "leytenant" hərbi rütbəsi alıb.
Universiteti bitirdikdən sonra, 2 il Qusar rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışan Hacı Mövsüm 90-cı illərdə Azadlıq hərəkatına qoşulub. Xalq Cəbhəsi Partiyasının fəal üzvlərindən olub.
Hacı Mövsüm 20 yanvar hadisələrindən sonra İslam yolunu seçir, Azərbaycan İslam Partiyasına üzv olur. 1995-ci ildə M.Səmədov dini təhsil almaq üçün İranın Qum şəhərinə gedir və orada Qum Elm Mərkəzinə qəbul olur. Təqribən 6 il təhsil alır. 2002-ci ilin fevral ayında vətənə qayıdır. Hacı Mövsüm 2007-ci ildə Azərbaycan İslam Partiyasının VI qurultayında 118 səsdən 96 səs qazanaraq sədr seçilir.
Hacı Mövsüm Səmədov AİP-ə rəhbərlik etdiyi dövrdə
Hacı Mövsüm Səmədov AİP-ə rəhbərlik etdiyi dövrdə ABŞ və müttəfiqləri qarşısında öhdəlik götürmüş Əliyevlər rejimi İslam müqəddəsliklərinə qarşı bir sıra layihələr həyata keçirdi:
Azərbaycanda görünməmiş və gözlənilməz bir hadisə baş verdi. Azana qadağa qoyuldu! Öncə bu imansız hadisənin rəsmi təqdimatına nəzər salaq: “Bundan sonra Bakı məscidlərində azanlar canlı səsləndiriləcək”. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Akif Ağayev məlumat verir. Onun sözlərinə görə, paytaxt sakinləri dövlət qurumlarına müraciət edərək, məscidlərdə səsucaldanlarla azan verilməsindən narahat olduqlarını bildiriblər.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu isə Qafqaz Müsəlmanları İdarəsinin bu qərarını özbaşınalıq adlandırıb və bu özbaşınalığı kəskin surətdə pisləyən bəyanatla çıxış edib: “Azanın səsləndirilməsi, dini etiqad azdlığının ayrılmaz hissəsidir. Azan namaza olan dəvətdir və bu, inanclı insanın dünyagörüşünün tərkib hissəsidir. Bu hüquqlar ölkə konstitusiyasında və beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapıb. QMİ və icra strukturları tərəfindən azanın səsləndirilməsinə qoyulan qadağa, mahiyyət etibarilə insan haqlarının son dərəcədə kobud pozulması deməkdir. Azana məhdudiyyət misli görünməmiş bir absurd və cəfəngiyyatdır”.
Bəyanatdan sonra “Təzə Pir” məscidində axşam azanı verilməyib. Yalnız ibadətə gələnlərin və ətrafda yaşayan insanların təkidindən sonra azan səsgücləndiricilər vasitəsilə yayılıb. “Göy Məscid”də və “Şəhidlər” məscidində isə azan yalnız daxildə səslənib. (…24 may, 2007)
Yasamal Rayon İcra Hakimiyyəti Allah evini yerlə yeksan etdirdi. Axşam saatlarında Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən “Peyğəmbər” məscidinin söküntüsünə başlandı. Yasamal rayon İcra Hakimiyyətinin işçiləri 27-ci polis bölməsinin əməkdaşlarının müşayiəti ilə məscidi sökməyə başlayıblar. Qeyd edək ki, 170 kvadratmetr ərazini əhatə edən məscid bir neçə il öncə Mirvaleh Möhsümov tərəfindən inşa edilmişdi.Ancaq məscidin qanunsuz tikildiyini iddia edən Yasamal rayon İcra Hakimiyyəti onun sökülməsi barədə Yasamal rayon Məhkəməsində iddia qaldırdı. Məhkəmə isə öz növbəsində məscidin qanunsuz tikilməsi barədə qərar çıxardı.
Qarşı tərəf apelyasiya şikayəti versə də, Apelyasiya Məhkəməsi ilkin məhkəmə qərarını qüvvədə saxladı. Bundan sonra M.Möhsümov Avropa Məhkəməsinə şikayət edib.( …31 mart, 2009)
Neft Daşlarında 3 ay əvvəl istifadəyə verilən məscid söküldü.( …12 may, 2009)
Bakıdakı məscidlərdə azanın səsləndirilməsinə növbəti dəfə qadağa qoyuldu. Məlumatı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlunun sözlərinə görə paytaxtdakı bir sıra məscidlərə azanın səsləndirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
"Təzə Pir" məscidində azan aşağı səslə verilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin köməkçisi Hacı Rüfət məsciddə məğrib azanının çox aşağı səslə verildiyini təsdiqləyib.
“İlahiyyat” məscidi, “Əjdərbəy” məscidi (“Göy məscid”), “Hacı Soltanəli” məscidi, “Kərbəlayi Abdulla” məscidində isə məğrib azanı ümumiyyətlə verilməyib. Xatırladaq ki, 2007-ci ildə də azanın səsləndirilməsinə qadağa qoyulmuşdu. (…31 oktyabr, 2009)
Dekabrın 10-u saat 11 radələrində 2000-ə yaxın dindar təhsil nazirinin dekabrın 8-də televiziya vasitəsilə hicaba qadağa ilə bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq, Təhsil Nazirliyinin önünə etiraz aksiyasına çıxdı. Aksiya zamanı “Hicaba azadlıq!” şüarları səsləndirildi. Aksiya yerinə çoxlu sayda polis qüvvələri gətirildi. Dinc aksiyaçıların etirazı polis zorakılığı ilə qarşılaşdı. Aksiya bir saatdan artıq davam etdi. Aksiya boyu çoxlu sayda dinc etirazçı polis tərəfindən saxlanıldı.( …10 dekabr, 2010)
Dinlə savaş səssiz müharibə müstəvisinə keçdi. Anti-islami addımlara don geyindirildi: Məscid sökülür, çünki qanunsuz tikilib!Hicab qadağası yoxdur, məktəbli forması var!Beləcə xalqa təlqin etməyə çalışdılar ki, hakimiyyət İslıama qarşı deyil, sadəcə dini kəsim radikallaşıb,qanunları tanımır.
Vəziyyəti necə dəyişmək olardı? Ümumiyyətlə nə etmək olardı? Bu məqamda Tunisdə özünü yandırmış şəxs yada düşür. Kim özünü yandırmaqla səssiz müharibə sükutunu pozacaqdı? Bu, Hacı Mövsüm Səmədov oldu. Doktor Səmədov yaxşı bilirdi ki, deyəcəyi sözlərdən sonra Əliyev sarayı partlayacaq və qəlpələr birbaşa onu nişan alacaq. Amma o susmadı!
Və
Dostları ilə paylaş: |