Fanilər və Fanilər Mövsümü


Səmədovun məktəbli qızı Zəhra müstəntiq Vüqar Nəsibovu “Quran”a and içdirib



Yüklə 352,17 Kb.
səhifə5/14
tarix22.10.2017
ölçüsü352,17 Kb.
#10174
1   2   3   4   5   6   7   8   9   ...   14

Səmədovun məktəbli qızı Zəhra müstəntiq Vüqar Nəsibovu “Quran”a and içdirib

13.01.2011


“Media forum” Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Bakıdakı evində yanvarın 13-də aparılan axtarışdan fotoşəkilləri təqdim edir. Axtarışı Respublika Prokurorluğunun əməkdaşları aparıb.

Mövsüm Səmədov yanvarın 7-də polis və MTN məmurları tərəfindən qanunsuz saxlandığı an bu özbaşnalıqlara hüquqi cavab istədikdə, məmurların tələblərinə tabe olmamaq ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 13 sutkalıq inzibati həbsə məhkum olunub . (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məktəbli qızı Zəhra Səmədova Respublika Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibovu “Quran”a and içdirib.

“Media forum” saytının əməkdaşı xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşları yanvarın 13-ü saat 15 radələrində Mövsüm Səmədovun evində axtarış aparmağa başlayan zaman partiya sədrinin qızı müstəntiq Vüqar Nəsibova yaxınlaşaraq ondan evdə obyektiv və düzgün axtarış aparmağı xahiş edib. Bundan sonra Zəhra Səmədova müstəntiqdən xahiş edib ki, “Quran” a əl basıb and içsin. Müstəntiq kitaba əl basaraq obyektiv və düzgün axtarış aparacağına and içib.

Partiya sədrinin evində axtarış aparılan an, ailənin yaxın qohumları, eləcə də partiya üzvləri şahid kimi içəri daxil olmaq istəsələr də, hüquq mühafizə orqanı işçiləri onları buraxmayıblar.
Haşiyə: Maraqlıdır ki, Azərbaycanda məktəbli qız polisə and içdirir ki, vəzifəsini düzgün yerinə yetirsin. O da and içir. Sifarişlə həbs olunmuş bir şəxsin evində axtarış aparan məmur öz andına nə qədər sədaqətlidir? Azərbaycanda məmurlar hakimiyyətə sədaqətlidir, yoxsa haqq-ədalətə? Bu sayda dindarın cibindən, evindən narkotika çıxaran polislər haqq-ədalətə inanırmı? Saxta seçkilərlə hakimiyyətə gəlmiş rejimin məmuru, polisi hansı meyarlar əsasında işə götürülüb ki, andına sadiq olsun?..

Azərbaycanda işgəncə faktları gizlədilir


Öncə qeyd etmək yerinə düşər ki, Azərbaycanda işgəncə deyən yalnız fiziki işgəncə nəzərdə tutulur. Amma insanları intihar kimi faciəli qərara sövq edən mənəvi təzyiqlər, işgəncələrdir. Bir insanı şərləyib tutmaq işgəncənin başlanğıcıdır. Belə bir başlanğıcın davamı nə ola bilər?!
* * *
Ölkəmizdə işgəncə halları durmadan artır. Əsasən də polislərin sadə insanlara qarşı basqıları ölümlə nəticələnməkdədir. Nəinki sadə vətəndaşlar, bəzən hadisələri işıqlandırmağa icazəsi olan jurnalistlər də polis basqısından yan keçə bilmirlər.

Polislərin və nəqliyyat müfəttişlərinin döyərək öldürdükləri insanlar barədə zaman-zaman mətbuatda məlumatlar verilib. Bir neçə ay bundan öncə Ucar Rayon Polis İdarəsinin əməkdaşları onları söyən vətəndaşı döyüb öldürmüşdülər. Ancaq məsələ dövlət orqanları tərəfindən qapadıldı. Bir neçə gün bundan öncə isə Nizami rayon 24-cü polis bölməsinin əməkdaşları “Neon” restoranının önündə Elvin Əsgərov adlı vətəndaşı vəhşicəsinə döyüblər. Döyülmə halı bölmədə də davam edib. İşgəncəyə tab gətirməyən Elvin dünyasını dəyişib. Həyəcan doğuran odur ki, belə halların sayı durmadan artır. Əsasən də polis əməkdaşları işgəncə hallarına tez-tez yol verirlər.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Yeni Müsavat”a açıqlamasında bu cür halları qətiyyətlə pislədi: “Hüquq-mühafizə orqanları və dövlət tərəfindən işgəncə faktları müxtəlif bəhanələrlə gizlədilir. Dövlət orqanları işgəncə faktlarını qəbul etmirlər. Biz istəyərdik ki, bizə dövlət orqanları da dəstək olsun. Mən işgəncə faktları ilə əlaqədar öz məlumatlarımı açıqlayacağam. İşgəncə faktlarının sayı artır. Buna da səbəb belə faktların ört-basdır edilməsidir. İşgəncə verən hüquq-mühafizə orqanlarının əməkdaşları cəzalandırılsa, belə hallar baş verməz. Hətta Elvin Əsgərovun ölümü ilə bağlı məlumatlarım var. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və 24-cü polis bölməsinin rəisi ilə görüşəcəyəm. Hətta bu məsələ ilə əlaqədar daxili işlər naziri Ramil Usubova da müraciət edəcəyəm ki, məsələ hərtərəfli araşdırılsın. Baş vermiş olayla əlaqədar fakt artıq əlimizdədir. Burada insan ölüb, onun üzərində işgəncə faktları var. Hətta beynəlxalq təşkilatlar da məsələ ilə maraqlanır. Beynəlxalq təşkilatlardan mənə müraciət edərək məsələnin araşdırılmasını istəyirlər. İctimaiyyətdə və sosial şəbəkələrdə də bu vəhşiliyə insanlar öz etirazlarını bildirirlər”.

“Mən qurumlara müraciətlər edirəm. Onlar da yazırlar ki, işgəncə faktı təsdiqini tapmadı. Məhkəmə orqanları tərəfindən işgəncə faktına rəsmi qiymət verilə bilər. Prokurorluq, Daxili İşlər Nazirliyi işgəncə faktını araşdıra bilərlər. Ona hüquqi qiymət verilməsi məhkəmənin üzərinə düşür. Həm də bizim təşkilat dövlət təşkilatı deyil. Biz gücümüzlə araşdırırıq. İşgəncə faktlarının araşdırılmasına dövlət maraqlı deyil. Dövlət istəmir ki, beynəlxalq hesabatlarda ölkəsində baş verən işgəncə ilə əlaqədar adları qeyd olunsun. Dövlət tənqid atəşinə tutulmaq istəmir. Buna görə də müxtəlif bəhanə və yollarla belə faktları ört-basdır edirlər. İşgəncələr gizli şəkildə və qapalı yerlərdə verildiyindən bunu hər insan görə bilmir. Ancaq belə hallar baş verir. Biz də bunları qətiyyətlə pisləyirik”.



Elçin Behbudov İşgəncələr Əleyhinə Azərbaycan komitəsinin sədri olduğu üçün dəfələrlə təzyiqə məruz qaldığını da bildirdi. Təzyiqlərin əsas səbəbini isə işgəncə faktlarını ictimaiyyətə açıqlaması ilə əlaqələndirir.
13.01.2011


Vəkil A. Qasımov bildirib ki, müdafiə etdiyi şəxslərin səhhətində problem və bədənlərində işgəncə əlamətləri yoxdur (?)


Vəkil Anar Qasımov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov və onun əmisi oğlu Dəyanət Səmədovla görüşüb. A. Qasımov APA-ya bildirib ki, müdafiə etdiyi şəxslərin səhhətində problem və bədənlərində işgəncə əlamətləri yoxdur: “Mövsüm Səmədova qarşı ittiham irəli sürülməyib. O, yalnız inzibati cəza maddəsi ilə 13 gün müddətinə inzibati qaydada həbs edilib. Lakin nədənsə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. Dəyanət Səmədov barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”. Vəkil yanvarın 14-də hər iki şəxslə bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verəcək. Qeyd edək ki, AİP sədri Mövsüm Mərdan oğlu Səmədov və onun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov yanvarın 7-də polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə saxlanılıb.
13.01.11

“Polis əməkdaşları qapını döyüb evdə axtarış aparmaq istədiklərini deyirdilər”


“Bizim binanın qarşısında, blokda polis əməkdaşları toplaşıb. Onlar tez-tez qapını döyüb evə daxil olmaq istəyirlər”. Yanvarın 13-ü saat 14 radələrində “Media forum” saytına danışan Azərbaycan İslam Partiyasının sədri, yanvarın 7-də polisin saxladığı, 13 sutkalıq inzibati həbsə məhkum olunmuş Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova belə deyib. Mövsüm Səmədovun evi Bakıda, "Xətai" metrostansiyası yaxınlığında, Sabit Orucov küçəsi, 11-də yerləşir.
Mehparə Səmədovanın sözlərinə görə, hazırda evində 3 övladı və xəstə anası ilə birgədir: “Polis əməkdaşları qapını döyüb evdə axtarış aparmaq istədiklərini deyirlər. Mən isə onlara evdə kişi xeylağı olmadığını və qohumlarımızdan kiminsə gəlməsini gözləmələrini xahiş eləmişəm. Həm də istəyirəm ki, polis evimə hüquq müdafiəçiləri və mətbuat işçilərinin nəzarəti altında keçsin və axtarış onların müşahidəsi ilə aparılsın”.
Mehparə Səmədova həyat yoldaşından neçə gün xəbər çıxmadığını, dəfələrlə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiklərini, yemək apardıqlarını, lakin qəbul edilmədiyini deyib: “Vəkil Anar Qasımov yalnız dünən axşam bizə xəbər verdi ki, Mövsüm bəy və onun əmisi oğlu Dəyanət bu idarədədir. Lakin dünəndən indiyə qədər vəkilin Mövsüm bəylə görüşməsinə imkan yaratmırlar”. (Media forum)
13.01.11

Müstəntiq Vüqar Nəsibov jurnalistləri mənzildən çıxarıb


“Media forum” saytı xəbər verir ki, Azərbaycan İslam Partiyasının sədri, inzibati həbsə məhkum olunmuş Mövsüm Səmədovun Bakının Sabit Orucov küçəsi, 11/84 ünvanındakı evində axtarış başlayıb. Axtarışa Respublika Prokurorluğu İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov rəhbərlik edir. Onu mülki formada olan dörd nəfər hüquq mühafizə orqanı əməkdaşı müşayiət edir. Nə müstəntiq, nə də digər əməkdaşlar özləri barədə evin qarşısında olan mətbuat işçilərinə kimlikləri haqda məlumat verməyiblər.
Müstəntiq Vüqar Nəsibov ev yiyəsinə və jurnalistlərə deyib ki, açılmış cinayət işi ilə bağlı axtarış aparılacaq və bundan sonra axtarış haqda qərarı Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədovaya göstərib. Axtarışa başlandığı deyiləndən sonra Vüqar Nəsibov ev sahibinin və mətbuat işçilərinin təkidinə baxmayaraq jurnalistləri mənzildən çölə çıxarıb. Axtarış prosesində iştirak etmək istəyən İslam Partiyası fəallarına rədd cavabı verilib.
Hadisə yerində olan “Media forum” əməkdaşı xəbər verir ki, hazırda mənzildə Mövsüm Səmədovun anası, həyat yoldaşı və azyaşlı uşaqları var. Müstəntiq cinayət işinin hansı fakt və maddə ilə açıldığını bildirməyib. O deyib ki, bununla bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinə müraciət etmək lazımdır. (Media forum)
14.01.2011

“Dəyanət Səmədova işgəncə verilib”


Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə ittiham olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov ittihamı qəbul edib. “Media forum”a açıqlamasında Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova deyib. O, yanvarın 13-də və bu gün vəkil Anar Qasımovla görüşdüyünü, məlumatları vəkildən aldığını bildirib.
Mehparə Səmədovanın sözlərinə görə, hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Dəyanət Səmədova işgəncə verilib: “Ona təzyiq göstəriblər. Qoca əmisini, mənim qayınatam Mərdan Səmədovu qorumaq üçün ittihamı qəbul edib. Ona deyiblər ki, sən bu ittihamı qəbul eləməsən, qoca əmini bura gətirib silah-sursatı onun boynuna qoyacağıq”.
Rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şübhəli şəxs qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya baxış keçirərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar edib. Respublika Prokurorluğu faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə istintaq aparır.
Yanvarın 13-də Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, qurumun işgəncələr əleyhinə milli preventiv mexanizm qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında Mövsüm və Dəyanət Səmədovlarla görüşüb. Məlumatda deyilir ki, qrupun üzvləri saxlanılan şəxslərin hər biri ilə təkbətək görüşərək söhbət aparıblar. Söhbət zamanı hər iki saxlanılan şəxs saxlandıqları müddətdə onlara qarşı rəftardan və saxlanma şəraitindən narazılıq etməyiblər. Həmin şəxslərin razılığı ilə onların bədəninə vizual baxış keçirilib, xəsarət əlamətləri aşkar edilməyib. (Media forum)
20.01.2011

Persona: Doktor Mövsüm Səmədov


Hamının diqqətində hakimiyyəti sərt tənqidi ilə yadda qalan Mövsüm Səmədov həm də qayğıkeş ata, istedadlı həkim, savadlı zabit və böyük dini alimdir.
FaktXeber.com-un verdiyi məlumata görə, ölkə hakimiyyətini sərt tənqidi çıxışından sonra həbs olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. AİP sədrinin həbsdə olduğu müddətdə, onun həyat-yaradıcılığı və keçdiyi siyasi yolu barədə araşdırma apardıq. Yaxınları ilə söhbətdən sonra, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun partiya sədrindən əlavə, qayğıkeş ata, istedadlı həkim, savadlı zabit və böyük din alimi olduğu müəyyənləşdi.
Quba rayonunda Ambulatoriyanın baş həkimi...
Mövsüm Səmədovun evinə yollanan müxbirimiz, orada ailə üzvləri tərəfindən isti qarşılandı. Əvvəlcə həyat yoldaşı Səmədov Mövsüm barədə danışan Mehparə xanım, ona istedadlı insan kimi qiymət verdi. “Səmədov Mövsüm Mərdan oğlu 1965-ci il, sentyabr ayının 4-də Quba şəhərində anadan olmuşdur. Qubanın 3 saylı orta məktəbinin məzunudur. 1983-cü ildə M.Səmədov Azərbaycan Tibb Universitetinin “Müalicə proflaktika” fakultəsinə qəbul olub və 1990-cı ildə “Teropevt” ixtisası üzrə universiteti bitirib. Bundan sonra isə bir il ərzində əsgərliyə getmiş və “zabit-leytinat” dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra, S.Mövsüm 2 il müddətində Qusar rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışmışdır”.
Xalq Hərəkatı ilə başlayan siyasi fəaliyyət...
Doktor Səmədovun xanımı bundan əlavə bildirdi: “Hazırda başımıza gələnlər 90-cı illlərə və siyasi hadisələrə oxşar olduğu üçün, onu deyə bilərəm ki, M.Səmədov da bu hadisələrdə yaxından iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəal üzvlərindən olmuşdur. O, 90-ci ildən AXCP-yə üzv olub və siyasi fəaliyyətə də buradan başlayıb. Mövsümün 20 yanvar hadisələrindən sonra, İslam dininə olan meyli artır və Azərbaycan İslam Partiyasına (AİP) üzv olur”. Mehparə Səmədova bundan əlavə qeyd etdi ki, 1995-ci ildə M.Səmədov dini təhsil almaq üçün İranın Qum şəhərinə gedir və orada Qum Elmi Mərkəzinə qəbul olur. Təqribən 6 il müddətində təhsil alır. 2002-ci ilin fevral ayında öz vətəninə qayıdır. 2007-ci ildə Mövsüm Səmədov AİP-in sədri seçilib və hazırda partiyanın sədri vəzifəsində çalışır.
Sosial məsuliyyətini dərk edən fədai...
“M.Səmədovu yaxından tanıyan insan kimi bunu demək istəyərdim ki, özü həkimdir və maddi cəhətdən də imkanlı ailədən çıxıb. Bütün bunlara baxmayaraq, özünə dinc həyat tərzi yox, ictimai və siyasi vəziyyətdən çox, coşqun həyat tərzi seçib. Öz xalqının siyasi və ictimai mövqeyi, çətinlikləri M.Səmədovu yaxından maraqlandırır. Bütün bunlar bir insan kimi onun üstünlüyünü bizə çatdırır və onun vicdanı camaatın çətinliklərini görəndə onu narahat etməyə bilmir. Hacı, öz xalqının asayişini, rifahını öz dincliyindən, öz rahatçılığından daha üstün tutur”-deyə Səmədova əlavə edib.

Yüklə 352,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin