FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə11/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

Məzhəb və adət-ənənə (sünnət)


Bu ziddiyyətlər təbii və həmişəlik deyildir. Həmin iki tipdən biri, yəni ana artıq ömrünün son günlərinə yaxınlaşır. O, özünü zorla, ya da həya-abıra görə qorumuşdur. Amma bu qarının hələ gənc qızı öz dövrünü yaşayır. Sabah o da ana olasıdır. Bu vaxt onların zaman fasiləsi eyniləşir. Artıq ana olmuş qız öz anası - yəni nənə üçün “əhl uşaqdır. Bu vaxt “sünnəti”, yəni mühafizəkar ananın yeni tipə çevrilməsi labüddür. Qədim adətləri tapdalayan nəsilə qarşı hər hansı formada zor əbəsdir. Yersiz müqavimət yalnız və yalnız müqaviməti artırır.

Quranın təbirincə, “sünnətul-əvvəlin”, “əsatirul-əvvəlin” ifadələrini önə çəkən böyüklər, adət-ənənələri qorumağa çalışan insanlar “adət-ənənə” ilə “din və məzhəb”i qarışdırmamalıdır. İstənilən bir dəyişikliyi (hətta geyim, saç düzümü) “küfr” adlandırmaq yanlışdır. Çox vaxt mühafizəkarlıq, köhnəpərəstlik dinlə səhv salınır.

Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!

Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.

Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.

Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.

Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir!


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin