FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə17/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

İnsanlığın iki qəlibi


Bizim cəmiyyətimizdə iki gerçəklik, iki nümunə, iki göstəriş var. Bunlardan biri təəssübkeşliklə qədim adət-ənənənin din və əxlaq adıyla sırınmasıdır. Bu tip anlayır ki, öz istəklərini, hətta zorla, həyata keçirə bilməz.

İkinci tip zahirən özünü ziyalı göstərib azadlıq istəyir. Bunlara qatılaraq əxlaqlı olmaq istəsən, səni dindarlıqda ittiham edərlər. Onlar istəyinin ardınca qaçan övladı nazlamaqla ziyalı adına sahib durmaq istəyirlər. Lakin bu nazlamanın səbəbi nə ziyalılıq, nə də hər hansı əqidədir. Onlar anlayırlar ki, övladla razılaşmasalar, hörmət pərdəsi yırtılar.

Bəli, bu bizim cəmiyyətimizdə mövcud olan iki tipdir. Onlardan biri mümkün olmayan iş üçün çalışır, ikincisi kövrək bir budağa çıxmağa səsləyir. Onlardan biri qollarını açıb dəhşətli seli saxlamaq istəyir, digəri seldən kənarda dirsəklənib, seldə batanlara “papacan, mamacan” deməklə qərb kompaniyalarının cibinə işləyir. Hər iki tip, selin hərəkətinə müdaxilə edə bilmir və bu sel həm o iki nəfəri, həm də bütün başqalarını qoynuna alıb aparır.

Bizim qadının bu gün düşdüyü vəziyyətə Avropa qadını neçə əsr əvvəl düşüb. Bizdəki qərbpərəst qadın qərbdəki qadının eyni deyil. Radio və televiziyada bizə avropalı kimi tanıtdırılan qadınlar, əslində, öz ölkəmizin “istehsalıdır”. Başqa sözlə, “milli montaj”dır. Əlbəttə ki, Avropada da açıq-saçıq şəkildə jurnalın ilk və son səhifələrində vurulan qadınlar var. Amma, adətən, belələri “gecə qadınları” olur! Bizdə isə belə deyil.

Bizə Avropa qadınını pornoqrafik filmlər, qəzet və jurnallar tanıtdırır. Əslində isə, bütün həyatını elmə sərf edib, 16-17 yaşlarından Afrika cəngəlliklərində müşahidələr aparan Avropa qadınları var. Bu qadınları yalnız avropalı olduqları üçün əxlaqsız hesab edə bilmərik. Məgər kvant mexanikasında böyük nailiyyətlər əldə etmiş xanım Küri avropalı deyildimi? Hansı İslam alimi həzrət Əlinin (ə) həyat və fəaliyyətini xanım Rezas qədər araşdırmışdır? Bu xanım İslam mədəniyyəti qoynunda doğulmadığı halda gənclik dövründən başlayaraq olduqca sirli məqamlara malik bir şəxsiyyətin həyatını tədqiq etmişdir. O, həzrət Əli (ə) xarakterindəki ən zərif cizgiləri qeyd etməyə nail olmuşdur. O, Əlinin (ə) Ühüd, Bədr, Hüneyn cəngavəri kimi təsvir etməklə kifayətlənməmiş, onun mənəvi dünyasına yol tapmışdır.

“Nəhcül-bəlağə” istər sünnilər, istərsə də şiələr tərəfindən tam tərtib olunmamışdır. Yalnız bu qeyri-müsəlman qadın “Nəhcül-bəlağə”nin ən əhatəli tərtibinə nail olmuşdur.

Bizim ixtiyarımız yoxdur ki, Parisi hitlerçilərdən müdafiə edərkən misilsiz qəhrəmanlıqlar göstərmiş və həlak olmuş gənc fransız qızı İmieni, fələstinli fədailərlə çiyin-çiyinə dayanıb sionizmlə vuruşan yəhudi qadınını əxlaqsız qadın tipinə aid edək! Əlcəzairli vətənpərvərlərlə bir səngərdə dayanıb, «şəhvət və şərab Parisi»nə qarşı vuruşan fransız qızlarını ittiham etmək olarmı?! Mübariz amerikan qızı Anjelanı yadda saxlayıb “əxlaqsız qərb qadını” provokasiyalarına uymamağımız gərəkdir.

Qansız kapitalizm dünyası bütün qərb və amerikan qadınlarını dünyaya “əxlaqsız” təqdim etməklə təbliğat məqsədi güdür. Bir vaxt əxlaqa malik olmuş bəzi ölkələrdə həmin təbliğatın nəticəsində hazırkı vəziyyət Amerikadakından qat-qat pisdir.

Əlbəttə, hər şeyi pula satan Jaklin kimiləri də gerçəklikdir. Amma bir dəfə olsun belə Kembric, Sorbon, Harvard universitetlərinin qadına belə əmtəə münasibəti təbliğ edən bukletləri ilə rastlaşmadıq. Çünki bu qadınlar “müasir Avropa qadını” tipinə uyğun deyil. Onlar elm və bilik olimpinə üz tutduqlarından, burjua təbliğatına sərf etmir və qətiyyən işıqlandırılmırlar. Bizə təbliğ edilən yalnız əxlaqsız müğənnilər, manekenlər, aktrisalardır. Hansı ki, bu günkü Avropada gecələr yuxusuz qalıb, 2000 -2500 il tarixə malik yazılar, əsərlər üzərində tər tökən ideal qadınlar var. Bütün qərb qadınlarının bir kofe ilə ovlandığını iddia edən bizimkilər ziyalı yox, xəyanətkardırlar. Onlar bu sözlərlə bizim qadınlara mesaj göndərirlər ki, ziyalı qadın belə olmalıdır. Bütün həyatını elmə sərf edən qərb qadınları isə görməməzliyə vurulur.

Qərb kapitalizmi şərq qadınının tərəqqisini, ictimai həyatda fəal iştirakını qətiyyən arzulamır. Ona görə də qadının diqqətini müasir, savadlı, eləcə də əxlaqlı qərb qadınından yayındırıb gözəllik müsabiqələrinə, bədən nümayişinə yönəldir. Bu yola düşən qadın təkcə özünü məhv etmir, eləcə də cəmiyyəti ardınca sürükləyir. Qadınlar ayıq olmalı, əsrin əmtəəsinə yox, aparıcı qüvvəsinə çevrilməlidirlər.

Amma bizim qadın üçün İmien və Anjela kimi fədailər də ideal ola bilməz. Çünki bu qadınlar amansız kapitalist cəmiyyətində çox az imkana malik olmuşlar. Dindarlıq - evdarlıq, müasirlik isə - açıq-saçıqlıq kimi başa düşülməməlidir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin