FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə21/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Ailə təşkili


Qadın öz təravətli dövrünü azad cəmiyyətin restoranlarında, parklarında, kazinolarında xərcləyir və bir də onda ayılır ki, ətrafda kimsə yoxdur. Onu yalnız keçmiş xatirələrdən ləzzət almaq üçün yada salırlar.

Kişi də eyni həyat tərzini yaşayır. Hər bağçadan bir gül dərib, cinsi qüvvəsini sağa-sola xərcləyir. Bir müddət sonra “azad” kişidə ümumiyyətlə, qadın cinsinə maraq qalmır. Cinsi istəyini dünya sərvətinə maraq, əyləncələr əvəz edir.

Amma bir vaxt gəlir ki, “azadlıq”dan yorulmuş kişi və qadın tənhalıq hissindən yaxa qurtarmaq üçün ailə qurmaq qərarına gəlirlər. Ailə qurulur. Amma bu ailənin əsasını nə gənclik eşqi, nə də hansısa ali məqsəd təşkil etmir. Bu ailədə hansısa müqəddəslikdən söhbət belə gedə bilməz. Onlar nə üçün həyat qurduqlarını özləri daha yaxşı bilirlər.

İzdivac mərasimləri istər meriya, istərsə də kilsədə çox təmtəraqlı keçirilir. Maraqlıdır ki, 200-300 gəlindən təqribən 10 %-i gəlinlik paltarı geyir. Onlar etiraf edirlər ki, bu yaşda gəlinlik paltarı geyinmək münasib deyil.

Demək olar ki, toy mərasiminin səhəri hərə öz işinin ardınca gedir. Çünki yeni ər-arvadı bir yerdə saxlayası elə bir səbəb yoxdur. “Hər şey” artıq çoxdan xərclənmişdir.

Bəzən də toy mərasiminin qurulmasına yenicə doğulmuş körpə səbəb olur. Qanun izdivac tələb edir!

Qətiyyətlə deyə bilərik ki, qərbdə və okeanın o tayında ailə əsasları çox kövrəkdir. Ailədə doğulan körpələr “azad” ata-ananın diqqət mərkəzində olmur. Çox vaxt qurulmuş ailə çox tez bir zamanda iki ünvanda yaşamağa başlayır, yəni ər - ayrı, arvad - ayrı! Axı min bir ağuş görmüş insanları hansı sevgi, hansı ehtiras şərqdəki kimi birləşdirə bilər?!


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin