İqtisadiyyatda qadının rolu
İstehsal və istehlak bünövrəsi üzərində qurulmuş cəmiyyətlərdə düşüncələr də bir növ “iqtisadi”dir, yəni iqtisadiyyatı bilənlər ağıllı hesab olunurlar. Belə bir cəmiyyətdə qadın əmtəə rolunu oynayır, çünki onun seksual manevrləri iqtisadiyyatın tempinə təsir göstərir.
Kapitalizmin formalaşdırdığı qadın iki iş üçün faydalıdır. Qadın seksoloji qıcıqlandırmalara malik yeganə vasitədir. Onun bu xüsusiyyəti kimsədə “bu nə cəmiyyətdir” etirazı üçün boş vaxt, fürsət qoymur. Burjuaziya, cəmiyyəti öz istirahət vaxtını sekslə keçirməyə vadar etmişdir. Freydbazlıq, seksbazlıq bir fəlsəfi baxış kimi sırınsa da, əsl həqiqət göz qabağındadır. Baxın! Bütün rəsm sərgiləri, ədəbiyyat, kino, teatr sekslə yaşayır. İnsanların beyninə yeridilir ki, sekssiz yaradıcılıq şablondur.
İkinci bir tərəfdən, cəmiyyəti əsarət altında saxlamaq üçün onların cüzi kapitallarını böyük banklarda oturtmaq, müştərilər yığmaq lazımdır. Kapitalistlər öz təbliğat kompaniyalarında qadınlardan çox geniş istifadə edirlər. Təsəvvür edin ki, bank üçün müştəri toplayan seksual görkəmli xanım 100 kişinin görə bilmədiyi işi görür. O, öz görkəmi ilə istənilən axmaq qocanın son sentinə qəbz yazır.
Bəli, müqəddəs eşq taxtına seks oturub!
Orta əsrlərin “sevgili əsri” müasir dövrün “azad əsri”nə çevrilib. Bütün tarixi dönəmlərdə istedadına yer verilməyən qadınlar kapitalistlərə gəlir gətirən şablon gözəllik vasitəsinə çevrilmişlər. Əlbəttə ki, onların ucuz işçi qüvvəsi kimi istifadə olunması da faktdır.
Dostları ilə paylaş: |