Bəs şərqdə necədir?
Qeyd edək ki, əksər qərb ölkələrində, eləcə də İsveçdə, Norveçdə, hətta Fransa və Almaniyada kişilərdə cinsi yetkinlik daha gec formalaşır. Məsələn, 17-18 yaşlı oğlanlarda demək olar ki, qadına cinsi maraq olmur. Ona görə də oğlanlara nisbətən, qızlar cinsi nöqteyi-nəzərdən daha aqressiv olurlar. Bu aqressivlik Avropa kişisini süstləşdirir. Ona görə də Avropa sosioloqları qərb kişisinin ehtiraslarını oyatmaq üçün müxtəlif proqramlar hazırlayırlar.
Şərqdə belə bir problem yoxdur. Şərqli oğlan çox tez cinsi yetkinlik dövrünə çatır. Əksinə, şərqli sosioloqlar bu problemi qaydaya salmaq haqqında düşünürlər. Mübahisələr yaranır. Kimi iffətli müsəlman qadını ideal götürür, kimi qərbli qadını.
Avropalılar şərq cəmiyyətini dəyişmək istəyirlər. Məqsəd, iqtisadiyyat və mənəviyyata hakim olmaqdır. Həm ağzımızın tikəsini alır, həm də insani dəyərlərimizə təcavüz edirlər. Amma mənəviyyatı puça çıxarmadan, iqtisadiyyatı ələ keçirmək olmur. Onların fikrincə, biz əvvəlcə keçmişimizdən, dinimizdən üz döndərməli, bir növ boşalmalıyıq. Dinini xurafat, adət-ənənəsini köhnəlmiş hesab edib bu dəyərlərə arxa çevirən şərqli boş tuluğu xatırladır. Bu boş tuluğ sahibi susadığı vaxt, boşluqdan darıxdığı vaxt ona yeni dəyərlər təqdim olunur. Demək, şərqi “özündən” ayırmadan ona sahib durmaq olmaz. Onlar türkü, ərəbi, farsı eyni bir qəlibə salmaq fikrindədirlər. Bu millətlər dini də, mədəniyyəti də, iqtisadiyyatı da qərbdən öyrənməlidirlər. Bir sözlə, onların düşünmək haqqı yoxdur!
Amma adət-ənənələr, dinlər şərqi qorudu və qərbin qarşısında böyük maneəyə çevrildi. Əlbəttə ki, dini və milli təəssübkeşliyi əhəmiyyətsiz saymaq olmaz. Şərq öz tarixi, mədəniyyəti, alimləri və övliyaları ilə qərbdən qat-qat yuxarıda dururdu.
Qərb hiyləyə əl atdı. Üzbəüz mübarizənin mümkün olmayacağını anlayan Avropa şərqi daxildən zəiflətməyə başladı. Axmaq və qürurlu şərqlilər tapıb sərmayələr tökdü, onlardan “şəxsiyyətlər” düzəltdi. Artıq, öz içimizdə özümüzə qənim kəsilmiş avropapərəstlər yetişdirilmişdir.
Dostları ilə paylaş: |