FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə26/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

İstismarın fəryadı


Xurafat, nadanlıq, cəhalət istismar üçün münbit zəmin yaradır. İstismar haray çəkir:

- Azad ol!

- Nədən?

- Bu nə sual? Sən ki boğulursan, hər şeydən məhrumsan, azad ol! Hər şeydən azad ol!

Ağır yük altında boğulmaqda olan ruh isə yalnız bu azadlıq haqqında düşünə bilir.

Elm və biliyə əsaslanaraq, öz ictimai və fərdi azadlıqlarını anlayaraq, insani şəxsiyyətini qoruyaraq azad olmaq mümkünmü?! Amma qadın bir anda “azad” olur. Çadrasını atır və birbaşa ziyalılar cərgəsinə qoşulur.

İstismar dünyasının ən böyük qazancı da o oldu - çadrasını atmış müsəlman qadın! Öz aralarında ona tərif də verdilər: “Qadın - alınıb-satılan bir heyvandır!”. Ərəstunun “İnsan natiq, yəni danışan heyvandır” tərifi belə modernizə olundu. Guya, qadının nə idealı var, nə ictimai dəyəri var, nə də insani şəxsiyyəti! Avropa təsirinə düşmüş böyük bir müsəlman şəhərinin qəzeti yazırdı: “On il ərzində gözəllik salonlarının sayı 500 dəfə artmışdır”. Hər hansı sahədə 10-15% artım mümkündür. Amma 500 dəfə?! Yəni əgər 10 il əvvəl, məsələn, pudraya, laka yüz min tümən xərclənirdisə, 10 il sonra bu rəqəm 500 milyona çatmışdır. Məsələ burasındadır ki, iş təkcə kosmetikadakı kosmik sıçrayışla başa çatmır. Bütün geyimlər, aksessuarlar dəyişir. Əbanı kostyum, çalmanı şlyapa əvəz edir. Qərbin bir fəndlə şərqdə nə qədər qazandığını təsəvvür edirsinizmi?!

Avropalıların açdığı hər bir iqtisadi sahə yeni xərclər üçün növbəti sahələr deməkdir. Sahə dəyişirsə əqidə, tip, səliqə, tarixi ənənələr də aradan qalxır. Sərmayədar pul xatirinə Qeysəriyyəni də yandırır. Milli geyimini Amerikadan və Avropadan gətirilən cır-cındırla dəyişən şərqli qadın bütün cəmiyyətə, ailəyə, məktəbə, əxlaqa, mədəniyyətə təsir göstərir. Qlobal dəyişikliklər şərq qadınını payız xəzanı tək saraldır. O, artıq dünənki kimi yaşamaq imkanına malik deyil.

Bəs milli qeyrətini itirməmiş sərmayədarlar, iş adamları hara baxır? Onların vətənlərində təkcə qadının üzərində milyonlar qazanılır. Əgər qadın dünənki kimi yaşamaq istəmirsə, nə üçün onun bu gününü amerikalı və ya avropalı qurmalıdır?! Franko xarici qüvvəni “ölkədə beşinci sütun” adlandırır. Ehtiyac varmı bu “beşinci sütuna”?! Hanı şərqin müasir dövrlə ayaqlaşan arxitekturası? Ən azı, hanı şərq qadınının müasir geyimi? Hər şey, hər şey Avropadan gəlməli, qazanc da onların cibinə axmalıdır! Şərq kişisi çadranın vaxtının keçdiyini vaxtında anlasaydı, müsəlman qadın göbəyini açmaz, daha münasib, daha mədəni, daha dini geyimlə örtünərdi!


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin