FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə3/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   2   3   4   5   6   7   8   9   ...   35

Söhbətin istiqaməti


Belə bir müqəddəs gecədə çıxış etmək fikrim yox idi. Amma böyük islamşünas Lui Masinyonun həzrəti Fatimə (ə) haqqındakı araşdırmaları, xüsusi ilə “həzrət Fatimənin (ə) həyatı və şəxsiyyəti” adlı əsəri ilə tanışlığım məni bu söhbətə vadar etdi. O böyük xanımın - hətta ölümündən sonrakı - bərəkətli şəxsiyyəti, İslam tarixində ədalət ruhunun dirçəlişində rolu, zülmlə mübarizəsi İslam peyğəmbərliyinin bariz nümunələrindəndir. Təəssüflər olsun ki, bütün bu gerçəkliklər bəd niyyətli daxili və xarici əllər tərəfindən təhrif olunmuşdur. Lui Masinyonun bu əzəmətli işində bir şagird qədər çalışmağımdan fəxr duyuram. Xüsusi ilə, müxtəlif məhəlli ləhcələrdə yazılmış tarixi sənədləri araşdırmaq, kiçik də olsa, bir iş idi.

Bu gecə həmin qiymətli əsərlərdən danışmağım istənildi. Həmin əsər hələ ki çap olunmadığından və müəllif dünyasını dəyişdiyindən, əksər islamşünas Avropa alimləri və bizim alimlər bu əsərdən xəbərsiz olduqlarından mən bu dəvəti qəbul etdim. Qərara gəldim ki, tələbələr üçün “Tarix və dinşünaslıq”, “Dini sosiologiya”, “İslamşünaslıq” mövzularında həmin alimin araşdırmalarını tənzimləyim. Amma indi görürəm ki, düşdüyüm məclis sinif otağından fərqlənir. Bu məclis moizə üçün də münasib deyil. Bu yığıncaqdakı ziyalılar müasir düşüncəli gənclərdir. Onlar bu məclisə ağlayıb savab aparmaq üçün gəlməmişlər. Onları quru tarixi salnamələr də maraqlandırmır. Burada iştirak edənləri daha həyati və taleyüklü bir məsələ maraqlandırır.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin