FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə18/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

İrtica və istismar əl-ələ


Səadətimizə qarşı uzanmış əl həm iti, həm də məxfidir. Onların bütün planları dünya əhalisini ova çevirməkdir. Maneken qadın artıq tələyə düşmüş ovdur. Onun nə keçmişi, nə bu günü, nə də gələcəyi var. Onlar nə ərli, nə də dul qadınlardır. Onlar yalnız və yalnız dünya burjuaziasının oyuncağıdırlar. Belə qadın nə övlad, nə qohum-əqrəba, nə də cəmiyyət qarşısında heç bir məsuliyyət daşımır. Onunla vitrin kuklası arasında fərq tapa bilməzsiniz. Vitrin kuklasını çılpaq da saxlasalar, onun üçün fərqi yoxdur. Əsrimizin mədəni “maneken”i də bu kukladan fərqlənmir. Ona “göbəyini aç” deyirlər açır, “döşlərini aç” deyirlər açır. Çünki o, artıq şəxsiyyətli insan yox, quldur! Sivil bir qur! Onlar dəvəquşuya bənzəyir. Nə quş kimi uçur, nə dəvə kimi yük daşıyır! Bütün bu tiplər qərb qadınının saxta nümunələridir. Bu “gecə kəpənəklərini”, “lüks manekenləri” xalqın şəxsiyyət və qanından qəsrlər ucaldan ağalar “xənnas iksiri” ilə hazırlayır. Onlar avam kütləni ya “əxlaq və din”, ya da “azadlıq və şəxsiyyət” seçimi qarşısında qoyurlar.

İstismar üçün hazırlanan qadın elə bir sıxıntılı vəziyyətə çatdırılır ki, yeganə çıxış yolunu özünü silindirli şişman ağanın qucağına atmaqda görür. Bizim bu gün tanıdığımız açıq-saçıq qərbli qadın bir zaman keşişlərin həyatdan ayırıb monastırlarda çürütdüyü qadındır. Ailə qurmağ, ana olmağ hüququ əlindən alınmış qadın azadlığa çıxdıqda və bu “azadlıq”da əxlaqsızlıqdan asan yol tapmadıqda nə etməlidir?

Orta əsrlərdə keşişlər deyirdilər: “Naməhrəm (yad) kişi olan otağa qadın daxil ola bilməz. Bu kişi həmin qadını görməsə də, günaha batır”. Keşiş Sen Tomas deyir: “Allahdan başqasına eşq olmaz. Hətta ərin də arvadına sevgisi günah hesab olunur. İsa ailə qurmayıb və həqiqi xristianlar da belə etməlidirlər”. Demək, qadınla kişinin izdivacı Allahı qəzəbləndirən bir iş imiş?! Demək, ailə quran insan pak xristian hesab edilə bilməz!

Xristianlıqda ilkin günah qadına aid edilir. Həvva Adəmin qanuni arvadı olduğu halda Adəmlə yaxınlığı günah hesab edilir. Belə qərara gəlinir ki, Adəmi və onun günahını yaddan çıxaracaq işlər görülsün.

Öz mülkü ilə birlikdə ər evinə daxil olan qadın mülkiyyətdən məhrum olur. Çünki qadın şəxsiyyətə malik deyil. Bu münasibət bu gün də Avropada yaşamaqdadır. Bizdə hələ dindən qabaqkı adət-ənənələrlə qadın irsə malik olub. İndi isə qadının mülkiyyət hüququ tam qorunur.

Ərə gedən qadının öz familyasını dəyişməsi də onun şəxsiyyətcə alçaldılmasıdır. Axı qadının da əsil-nəsli, ailəsi, kökü var! Bu qaydalar qərbdən gəlib. Bu “yeniləşmə”lərdə Mark Frenki kimilərə təqlid olunmuşdur.

İstənilən müqəllid şüur, iradə və seçimdən məhrumdur. Bu prosesdə əsas şüar “sultanın bəyəndiyi eyb hünərdir” fikridir.
Əgər o gündüzə deyirsə “gecə”,

Boyun əyməlisən sən də sadəcə!


Qız ata familyasını daşıyır. Əgər o ərə gedərkən ər familyasını qəbul edirsə, demək, həmin evin mülkiyyətinə çevrilir və öz üzərində sahiblik ixtiyarını itirir?!

Əlbəttə ki, avropalının istənilən bir əməlini mahiyyətinə varmadan təkrarlamaq şüursuzluqdur. Özünü avropalıya oxşadan bu tiplər Avropada bizdəkindən də qəribə görünürlər.

Hazırda, ərindən ayrılmış fransız qadınının öz övladları üzərində heç bir haqqı yoxdur. Amma əsl İslamda qadın o qədər azaddır ki, hətta öz övladına verdiyi süd üçün ərindən haqq tələb edə bilər. Müsəlman qadın ərinin razılığı olmadan ticarətə başlayıb, öz iqtisadi sektorunu qura bilər.

Qurama dində qadına qarşı olan təzyiqlər bu gün Avropada etirazlara səbəb olub. Bu etirazı doğuran, əslində, qədim dindar qadın obrazıdır. Dindarlığın qismən güclü olduğu İtaliya və İspaniyada demokratiya, şəxsiyyət azadlığı oyunlarına nə qədər geniş meydan verilsə də, qadınlar bir çox hüquqlardan məhrumdurlar.

Bəs nə üçün istismar olunan, nefti, qızılı, almazı, qiymətli hər nəyi varsa Avropa və Amerikaya daşınan ölkələrdə “cinsi azadlıq” şüarları daha güclü səslənir? Yoxsa istismarçılar bu zəif, həqiqi milli rəhbərdən məhrum ölkələrə —neft əvəzində—“demokratiya” verməyi özlərinə borc bilirlər?! Təəssüf ki, yox! Hər bir xalqın ən qeyrətli, vətənpərvər hissəsi gənclərdir. Ağlı başında olan gənclik nə vətəninin bir qarışını, nə neft və sair təbii ehtiyatlarını “demokratiya” gəlinciyinə dəyişməz! Bu gəncləri yalnız bir yolla susdurmaq olar - cinsi azadlıq, şəhvət demokratiyası! Boynuna 1 metr zəncir asıb diskotekada göbəyini oynadan sərxoş gənc üçün Vətən adlı bir anlam yoxdur. Artıq bu gənclər bir saat “demokratik” əyləncəyə hər şeyi qurban verməyə hazırdırlar. Bəli, bütün dünyada, ən əsası ikinci “sort” ölkələrdə cinsi feyerverk qoparan qərb əhrimənini tanıtmaq lazım gəlir. Onlar üçün Fələstində (Qarabağda) qazmağa doğulan körpələrin yox, ictimai ayıqlığı təhlükə doğuran gənc nəslin cinsi hüquqları maraqlandırır!

Onlar öz çirkin ideyaları ilə hətta düşüncəli gəncləri ovlamaq üçün nəzəriyyə hazırlamağı da unutmurlar. Onlar fırıldaqçı Freydin çürük ideyalarını az qala din səviyyəsində təqdim edirlər. Bu gün “iizm”lərə bir “iizm” də qoşulub - “freydizm”! Unutmayaq ki, bütün bu oyunların ilkin qurbanları qadınlardır.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin