FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə2/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   2   3   4   5   6   7   8   9   ...   35

Ailə ilə söhbət


Oxuduqlarınız bir hüseyniyyədəki çıxışımdır. Əvvəlcə, professor Lui Masinyonun həzrət Fatimə (ə) haqqındakı təhqiqatları, xüsusi ilə onun İslam cəmiyyəti və tarixindəki hadisələrlə bağlı xatirələrindən ibarət bir əsəri haqqında danışmaq istəyirəm.

Məclisə daxil olduqda anladım ki, burada tələbələrdən əlavə başqa şəxslər də var və bu məclis daha çox diqqət tələb edir. Qərara gəldim ki, qadın cəmiyyətlərində çox aktual olan “necə olmalı” sualına cavab verəm.

Qədim adət-ənənəyə sadiq qadınlar üçün problem yoxdur. Eləcə də, müasirliyi qəbul etmiş qadınlarda da narahatlıq görünmür. Lakin özünü hər hansı qəlibə salmış bu iki qadın qrupları arasında nə qədim qaydalara dözən, nə də müasir yad görüşlərə, formalara təslim olmaq istəyən bir qrup vardır. Bu qadınlar nə etməlidirlər? Onlar özlərini “seçmək”, özlərini düzəltmək, ideal tapmaq istəyirlər. Bu qadınlar üçün ən mühüm sual “necə olmaq”dır. Böyük inamla bəyan edirik: bu sualın cavabı Həzrət Fatimənin (ə) varlığıdır!

Əvvəlcə, həzrət Fatimənin (ə) şəxsiyyətini təhlil etməklə kifayətlənmək istədim. Lakin ziyalılarımızın bu şəxsiyyətdən xəbərsizliyi, hətta dindarların “nalə”dən başqa bir şey bilməməsi məni vadar etdi ki, qüvvəm daxilində bu boşluğu doldurmağa çalışım. Ona görə də qarşınızdakı kitabda layiqincə tanınmamış bu xanımın şəxsiyyəti sənədli olaraq, geniş şəkildə izah olunmuşdur.

Bu şərhlərdə qədim tarixi sənədlər ilkin istinadgahdır. Şiə etiqadına aid məsələlərin bəyanında isə sünni mənbələri əsas götürülmüşdür. Bu üsul bir çox iradları aradan qaldırır. Uyğun mənbələrdə həzrət Fatimənin (ə) məzlumiyyətinin, etirazlarının qəbulu bir çox həqiqətlərin üzərindən şübhə pərdəsini qaldırır.

Oxuyacaqlarınız sadəcə bir çıxışın mətnidir və bu çıxış bir qrup şəxsin hüzurunda hazırlıqsız həyata keçib. Bu çıxışlardakı qeydlər isə bir gecə ərzində hazırlanıb. Ona görə də iddia edə bilmərəm ki, hər hansı tənqid yersizdir. Əksinə, söz sahiblərindən tənqid intizarındayam. Əlbəttə ki, həqiqət xidmətçilərinin zəhmətindən zövq alan söz sahiblərinin!


Əli Şəriəti


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin