FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə27/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Nə edək?


Bəs bu düçar edildiyimiz fikir böhranlarından necə çıxaq? Kim qabağa düşüb risalət yükünü çiyninə götürməlidir?

Nə adət-ənənə çərçivəsində uyumuş xanım qadında və nə də adət-ənənələrdən bezib özünü yarımavropalı qəlibinə salmış xanım qızda belə bir qüvvə tapılması heç cür ağıla sığmır. Təkərləri sındırılmış və yolunun üstünə daş-kəsək yığılmış, “İslam bax budur” damğası ilə gözdən salınmış bu hidayət, bu qurtuluş gəmisini kim hərəkətə gətirə bilər? Hər halda, ümid qalır, köhnəpərəstliklə də olsa dinini, iffətini qorumuş müsəlman xanımlara. Bu xanımlar yeni insanlıq xüsusiyyətlərini anlayıb avropalıların maskasından sezilən hiyləgər gözləri görə bilsəydilər, onların bütün istəklərinin qadının istismarı üzərində qurulduğunu hiss etsəydilər yaxşı olardı.

Ağıllı qadınlar onlara təqdim olunan təhsil proqramlarının, dükan-bazarı bürümüş iffətsiz libasların hansı əllərlə ötürüldüyünə diqqətli olmalıdırlar. Köhnəlikdə əriyənlərin, avropalaşmaqla təsəlli tapanların şəxsiyyət səviyyəsi məlumdur. Amma cəmiyyət qeyd etdik ki, təkcə bu iki dəstədən ibarət deyil. Üçüncü təbəqə var. Onlar din və məzhəblərinə sadiq qadınlardır və anlayırlar ki, vəziyyət belə qala bilməz. Onlar nümunə, ideal sorağındadırlar. Kimdir bu nümunə?


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin