Üçüncü çıxış
“Əlcəzair azadlıq təşkilatı” 1954-1961-ci illərdə Fransaya qarşı azadlıq müharibəsi apardığı zamanlarda “Əlcəzair sənədlərdə” adlı 2 cildlik kitab nəşr edir. Bu kitablarda elanlar toplanır. Həmin elanlardan biri diqqəti cəlb edir: “Çox arvadlılıq!”. Məlumdur ki, bu məsələ xüsusi ilə son dövrlərdə ziyalıları və bir çox başqalarını narahat edir. Bu insanlar İslamın ruhunu dərk etmək üçün araşdırma aparmaq gücündə deyillər. Onlar yalnız bəzi şəhvətpərəst müsəlmanların həyatını əsas götürərək İslama hücum edirlər. Amma həqiqət tam başqadır!
Biz bir çoxarvadlıdan bu işin səbəbini soruşduq. Belə cavab verdi: “İmkan varsa, nə qədər istəsən, arvad ala bilərsən”. Bunu İslam yox, bir düşgün müsəlman deyir. Bəs, İslam öz hökmünü necə əsaslandırır.
“İctimai zərurət” adlı bir gerçəklik var. Bəzən tarixdə çox ağır dönəmlər olur. Dul qadınlar, yetimlər aclıqdan kütləvi şəkildə qırılır. Kimsə inkar etməz ki, bu çox acı faktdır. Bəs, bu problem necə həll olunmalıdır? Əgər bir dul qadından söhbət getsəydi, çıxış yolu tapılardı. Əgər hər hansı səbəbdən (məsələn, müharibə) cəmiyyətdə qadın-kişi nisbəti pozulmuşdursa, bir kişiyə on qadın düşürsə, çıxış yolu nədir? Bu qadınları aclıq, ölüm, ya da... ya da fahişəlik gözləyir.
İkinci Dünya Müharibəsindən sonrakı Almaniyanı xatırlayaq. Bu müharibədə səkkiz milyon insan qırılmışdır. Ölənlərin əksəriyyəti kişilər idi. Alman qadınları ailə hüququndakı məhdudiyətlərə son qoyulması üçün nümayişlər keçirtdilər. Onlar təkarvadlılığa qarşı çıxadılar.
İslamda müvəqqəti nigah da nəzərdə tutulur. Bu gün olsun ki, qeyri-qanuni şəkildə bir neçə qadınla yaşayan, seksual azadlıq tələb edən ziyalınüma müvəqqəti nigah hökmünü əldə əsas tutaraq, İslamın ünvanına çirkin sözlər danışır. Amma qeyd etdik ki, hər bir İslam hökmünün ruhu var və bu ruhu anlamaq üçün araşdırmalara ehtiyac var.
Xüsusi ilə müasir dövrdə dünyanın əksər nöqtələrində gənclər cinsi böhran problemi ilə üzləşmişlər. Qanunsuz nigahlar baş götürüb gedir. Bu nigahlardan, daha doğrusu, cinsi yaxınlıqlardan atasız uşaqlar doğulur. Müvəqqəti nigah tərəflərin qarşısına vəzifələr qoyur, əxlaqsızlığın qarşısını alır. Zənnimcə uyğun məsələyə yeni münasibətlə yanaşma zəruridir. İstər çoxarvadlılıq, istər müvəqqəti nigah hökmlərinin fəlsəfəsi aydınlaşdırılmalı, elmi təhlillər aparılmalıdır.
Mən gənc nəslin müəllimiyəm və bu məclisdə gənclər iştirak edirlər. Onların problemi çoxarvadlılıq deyil. Hələ ki, talaq məsələsi də onlar üçün aktual deyil. Mənə müntəzəm olaraq məktublar gəlir. Çoxlarının eşitdiyi bir hekayə var: Subaylıqdan əziyyət çəkən əsəbi bir cavan olur. Bu cavan birinə elçiliyə gedir. Qızın atası “Fikirləşib, cavab verərik” deyir. Oğlan günortadan sonra yeniden elçi daşını döyür. Qızın atası əsəbi halda çıxıb, “Axı, sən səhər çağı gəlmişdin, bizə möhlət ver yaxşı düşünək, götür-qoy edək” deyir. Oğlan axşam vaxtı üçüncü dəfə qız qapısını döyür və qızın atası qapıda görsənən kimi sözə başlayır: “Ağa, bil ki, bu gecə də dərdimə çarə olmadı” deyib, uzaqlaşır.
Gənc nəslin istəyi budur ki, burada danışılan əqli, elmi, dini məsələlər axır ki bir əməli nəticəyə çatsın və böyük bir ictimai problem aradan qalxsın. Əgər məsələlər sözdə qalıb, əməli şəkildə həll olunmayacaqsa, demək, zəhmətlərimiz hədərdir. Gənclik bizdən cavab gözləyir. Onlar dinlərinə sədaqətli, imanlı insanlardır və problemin düzgün həll yolunun intizarındadırlar. Onları nə köhnə izdivac ənənələri, nə də modernizmin verdiyi cinsiyyət azadlığı qane etmir. Onlara evlənmə imkanı, həyat yoldaşı seçimi üçün şərait lazımdır. Məmləkətin layiqli gəncləri üçün bu imkanlar çox məhduddur. Biz bu nəsil qarşısında məsuliyyət daşıyırıq!
Dostları ilə paylaş: |