FatiMƏ fatiMƏDİr doktor əLİ ŞƏRİƏTİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ Entesharate Darul-bashir Kitabın adı: Qadın



Yüklə 1,58 Mb.
səhifə6/35
tarix01.01.2022
ölçüsü1,58 Mb.
#104210
1   2   3   4   5   6   7   8   9   ...   35

Biz və xalq


Bu ağır və təhlükəli məsuliyyəti iki qrup daşıyır: bu qruplardan biri “imamət”i “nübüvvət”in davamı bilən mücahid şiə alimləridir. İkinci qrup isə səmimi və pak etiqadlı insanlardır. Onların sükutu xaqanları özündən çıxarır, hökumətin şallağı belə mücahidlərin səbrindən qan ağlayır.

Əql və eşq


Hər bir məzhəb, məktəb, hərəkat və inqilab iki ünsürdən ibarətdir: biri işıqlıq, digəri hərəkətdir. Birinci dəstənin nümayəndələri xalqın düşüncəsini işıqlandırır, ikinci dəstə isə onları ali məqsədlərə doğru hərəkətə qaldırır. Aleksis Karl deyir: “Əql-avtomobilin qarşıda yolu göstərən çırağıdır, eşq isə bu maşını hərəkətə gətirən mühərrikdir”. Biri olmasa, o birisi faydasızdır. İşıqsız mühərrikli maşın kor aşiq kimi uçurumdan aşasıdır.

Cəmiyyətdə, hər hansı hərəkatda alimin işi yol göstərməkdir. Xalq isə hərəkət mənbəyidir. İstənilən bir hərəkatın beyni alimlərin fəaliyyəti ilə hərəkətə gəlir, xalq isə eşqini izhar edir. Əgər cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər. Xüsusi ilə din və məzhəbdə bu iki şərt mühümdür. Bir sözlə, əql və hisslər qarşılıqlı şəkildə bir-birini tamamlamalıdır.

İslam dini bütün məzhəblərdən daha çox “kitab” və “cihad” dinidir. Quranda düşüncə (alim) və eşqin (cihad) sərhədlərini seçmək çətindir. Şəhadət həyat hesab olunur, qələmə and içilir. Həzrət Peyğəmbərin (s) tərəfdarları arasında abidlər mücahidlərdən, mübəlliğlər başqalarından seçilmirlər.

Şiə tarixində eşq və şəhadət səhifələri genişdir. İslam eşqi cuşa gəlmiş aşiqlər, təfəkkür və mərifət, elm və hərəkət mərkəzidir. Eşq və pərəstişsiz həqiqət elm, həqiqətdən uzaq pərəstiş isə bütpərəstlikdir!



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin