4. Proqram biliklərinin ənənəvi şaquli quruluşunun biliklərin “Tamlıq və qeyri-səlis məntiq model”i ilə əvəzlənməsi. Bu günə qədər fənn bilikləri proqramda şaquli quruluşda verilir. Bu o deməkdir ki, şagirdlər tam biliyə illər ərzində yiyələnirlər. Nəticədə onların təfəkküründə biliklərin tam şəkildə formalaşmasında, onların arasında əlaqələrin yaranmasında çətinliklər ortaya çıxır. Bu problemi aradan qaldırmaq üçün fənn biliklərinin strukturu dəyişdirilir və biliklər tam sxemdə modelləşdirilir. Bilik strukturları tamlıq sxemində “Biliklərin tam və qeyri-səlis məntiqlə modelləşdirmə texnologiyası” [6]. əsasında modelləşdirilir. Bu məntiqi modelləşdirmə iki mərhələdən ibarətdir.