III. FAYDALI QAZINTI EHT
İYATLARININ DÖVLƏT BALANSININ APARILMASI VƏ NƏZARƏT
3.1. Faydalı qazıntı ehtiyatlarının dövl
ət balansı, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş və dövlət uçotuna alınmış faydalı
qazıntı ehtiyatlarının balans v
ə balansdankənar ehtiyatları üzrə, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının
istismarı il
ə məşğul olan müəssisə və təşkilatların təqdim etdikləri faydalı qazıntı ehtiyatlarının illik hesabat balansları əsasında
t
ərtib edilir və aparılır.
3.2. Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansı 5 geoloji k
əşfiyyat (5 gk) statistik hesabat formasından, ehtiyatların
silinm
əsi aktından, geoloji-kəşfiyyat işləri aparılan faydalı qazıntı yataqlarında ehtiyatların artımı, onların bir kateqoriyadan
dig
ərinə keçirilməsi haqqında protokoldan və izahedici qeyddən ibarətdir.
3.3. Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansı yer t
əkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı ilə
m
əşğul olan müəssisə və təşkilatlar tərəfindən istismar olunan faydalı qazıntı yataqları və onların sahələri, istismar işləri ilə yanaşı
geoloji-k
əşfiyyat işləri aparılan yataqlar və geoloji-kəşfiyyat işləri aparılan faydalı qazıntı yataqları üzrə, hər bir faydalı qazıntı
növü üçün ayrılıqda növb
əti ilin yanvar ayının 1-nə olan vəziyyətə görə tərtib edilir, müəssisənin (təşkilatın) rəhbəri və
marke
şeyderi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansı hesabat ilindən
sonrakı ilin fevral ayının 1-d
ək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Geologiya İnformasiya
Fonduna t
əqdim edilir.
[3]
3.4. Dövl
ət Geologiya İnformasiya Fondu müəssisə və təşkilatların təqdim etdikləri faydalı qazıntı ehtiyatlarının illik hesabat
balansının düzgün t
ərtib edilməsini yoxlayır; hesabat ili ərzində ehtiyatların hərəkəti və dəyişilməsi əsasında faydalı qazıntı
ehtiyatlarının dövl
ət uçotunu aparır; hər il, hesabat ilindən sonrakı ilin yanvar ayının 1-nə olan vəziyyətə görə, faydalı qazıntı
ehtiyatlarının m
əcmu dövlət balansını tərtib edir.
3.5. T
ərtib edilmiş faydalı qazıntı ehtiyatlarının məcmu dövlət balansı Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiya tərəfindən
baxılır, t
əsdiq edilir və istifadə üçün Dövlət Geoloji İnformasiya Fondunda daimi saxlanılır. Bu Qaydaların 1.3-cü bəndində
n
əzərdə tutulduğu hallarda məcmu dövlət balansının müvafiq hissəsi məlumat (xidməti istifadə) üçün Azərbaycan
Respublikasının Energetika Nazirliyind
ə saxlanılır.
[4]
3.6. Yer t
əki istifadəçilərinin faydalı qazıntı ehtiyatlarının illik hesabat balansında göstərdikləri məlumatların düzgünlüyünə və
hesabatın bu Qaydalarda mü
əyyən edilmiş müddətdə təqdim olunmasına nəzarəti mövcud qanunvericiliyinə uyğun Azərbaycan
Respublikası Ekologiya v
ə Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
[5]
Dostları ilə paylaş: |