Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə1/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya


Faydalı qazıntılar, mineralogiya və petroqrafiya “
fənnindən mühazirələr



Faydalı qazıntılar haqqında məlumat



2


Faydalı qazıntı yataqlarının əmələ gəlmə şəraiti və struktur-genetik tipləri



3


Qara və aşqar metallar qrupu



5


Əlvan və qiymətli metallar qrupu



8


Nadir,səpinti və radioaktiv elementlər qrupu



11


Sənaye xammal yataqları



13


Kimyəvi xammal və mineral gübrə yataqları



15


Saxsı, odadavamlı xammal və tikinti yataqları



16


Yanar faydalı qazıntılar haqqında məlumat



18


Faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatının üsulları



20


Faydalı qazıntı yataqlarının yeraltı ehtiyatlarının hesablanması



24


Mineralogiyanın mahiyyəti. Mineralların tərkibi və quruluşları

25


Mineraloji tədqiqat üsulları. Mineralların genezisi və təsnifatı

26


Süxurlar haqqında məlumat

29


Süxurların yaşı

30




Mühazirə 1


Faydalı qazıntılar haqqında məlumat
Faydalı qazıntı yataqlarının təlimi dağ-mədən işlərinin tələbatından irəli gələn geoloji elmlər sırasındandır. Təbii şəraitdə əmələ gələn və xalq təsərrüfatında istifadə edilə bilən metallara və ya minerallara faydalı qazıntılar deyilir.
Müxtəlif proseslər nəticəsində yer qabığının səciyyəvi geoloji strukturunda əmələ gələn və keyfıyyətcə sənayenin tələbatına cavab verən bir və ya bir neçə filiz kütləsindən ibarət olan mineral toplusuna faydalı qazıntı yatağı deyilir.
Filiz kütləsi - süxurlar içərisində faydalı qazıntının (filizin) ayrılmış şəkildə toplanmasıdır.
Filiz təzahürü - yer qabığında istismar üçün kifayət etməyən miqdarda toplanmış və lazımi dərəcədə öyrənilməmiş faydalı qazıntı toplusudur.
Filiz (ingiliscə - ores, fransızca - minerais, almanca - erze) elə bir mineral aqreqatına deyilir ki, ondan xalq təsərrüfatında istifadə etmək üçün bir və ya bir neçə metalın, yaxud mineralın çıxarılması texnoloji cəhətdən mümkün, iqtisadi cəhətdən isə əlverişli olsun. Ümumiyyətlə, «filiz» termini təkcə metallik faydalı qazıntılara deyil, bəzi qeyri-metal faydalı qazıntılarına da aid edilir. Məsələn, asbest, kükürd, fosfor, qrafit filizləri və s.
Sənayedə tətbiqinə görə faydalı qazıntı yataqları filiz (metallik), qeyri-filiz (qeyri-metal), yanar (kaustobiolitlər) və hidromineral qruplara ayrılır. Öz növbəsində filiz yataqları qara, yüngül, əlvan, nadir, radioaktiv, nəcib metallara, nəhayət, səpələnmiş və nadir torpaq elementləri yataqlarına bölünür. Qeyri-filiz yataqları içərisində kimyəvi, aqronomik, metallurji, texniki və tikinti mineral xammal yataqları ayrılır. Yanar faydalı qazıntı yataqlarına neft, yanar qazlar, kömür, yanar şist və torf yataqları aid edilir. Hidromineral yataqlar yeraltı içməli, texniki və balneoloji (mineraloji) sulara və tərkibində qiymətli elementlər (brom, yod, bor, radium) saxlayan neft sularına ayrılır.
Yer təkindəki mineral xammalın miqdarına onun ehtiyatı deyilir, mineral xammalın keyfıyyəti isə onun tərkibində saxlanılan faydalı komponentlərin miqdarı ilə müəyyən edilir. Bəzi faydalı qazıntı növlərinin sənaye qiymətini təyin etmək üçün faydalı komponentlərlə yanaşı mineral xammalda iştirak edən zərərli komponentlərin də miqdarını müəyyən etmək lazım gəlir. Zərərli komponentlər filizlərin zənginləşdirilməsinə və istifadəsinə mənfi təsir göstərir. Faydalı qazıntı yatağını istismar etmək məqsədilə mineral xammalın minimum ehtiyatını, faydalı komponentlərin miqdarını, nəhayət, zərərli komponentlərin istismara xələl gətirməyən miqdarını müəyyən etmək lazımdır. Bu, sənaye kondisiyası adlanır. Kondisiya müvəqqəti kateqoriyadır. O, sənayenin mineral xammala olan tələbatından, xammal bazasının ölkə üzrə ehtiyatından və bu kimi səbəblərdən asılı olaraq dəyişə bilər. Kondisiya sənaye üçün əlverişli ola bilən ən kiçik göstəricidir. Ümumiyyətlə, mineral xammalın qiyməti artdıqca yatağın ehtiyatına və qiymətli komponentlərin miqdarına olan sənaye kondisiyası minimumu tələbatı azalır. Bununla belə, o həmişə qiymətli elementlərin süxurlarda qeyd edilən orta miqdarından (klarkından) artıq olmalıdır. Məsələn, qurğuşun üçün sənaye kondisiyası minimumu - 600, molibden və uran üçün 200-250, mis və qızıl üçün 100, dəmir üçün 8-10 dəfə klarkdan artıq olur. Kondisiya göstəricilərinə əsasən kəşfıyyat zamanı yataqları sənaye əhəmiyyətli və hazırda sənaye əhəmiyyəti olmayan qruplara bölürlər.
Filiz və qeyri- fıliz yataqları bir çox proseslər nəticəsində əmələ gəlir, lakin onların heç də hamısı sənaye tipli yataq təşkil etmir. Misin 15-dən artıq genetik tipli yataqları məlum olduğu halda, sənaye əhəmiyyətlisi 4-5- dir. Dəmirin oksid, karbonat və sulfıd birləşmələri 30-dan artıq genetik tipdə konsentrasiyalar təşkil edir, sənaye tipli yataqları isə bir neçədir. Yatağın sənaye qiymətini onun ölçüləri, ehtiyatın konsentrasiyası və mineral xammalın keyfıyyəti təyin edir. Ölçülərinə görə yataqlar unikal, iri, orta, xırda və çox xırda olur. Faydalı qazıntının konsentrasiyası yataq sahəsinin vahid ölçüsünə düşən ehtiyatla və ya yataqların işlənməsi zamanı vahid dərinləşdirməyə düşən ehtiyatla ölçülür. Mineral xammalın keyfıyyətinə görə fılizlər zəngin, adi, kasıb və çox kasıb olur. Beləliklə, «sənaye tip» məfhumunu təyin edən faktor bu və ya digər genetik tip yataqlardan çıxarılan filizin nisbi miqdarıdır.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin