Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 10 Faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatının üsulları



Yüklə 494,98 Kb.
səhifə16/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Mühazirə 10
Faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatının üsulları
Bütün mövcud axtarış üsullarını aşağıdakı əsas qruplara bölmək olar:

  1. geoloji xəritəalma üsulu;

  2. aerofotoplanaalma;

  3. geofıziki üsııllar;

  4. mineral maddələrin mexaniki səpinti oreollarının öyrənilməsinə əsaslanan axtarış üsulları;

  5. geokimyəvi səpinti oreollarının öyrənilməsinə əsaslanan axtarış üsulları.

Axtarışın müvəffəqiyyəti əksər hallarda yuxarıda adları çəkilən üsulların kompleks tətbiqindən asılıdır.
Geoloji xəritəalma üsulu .Geoloji xəritəalma ən əhəmiyyətli axtarış üsullarından biridir- Müxtəlif üsullarla. o cümlədən də geoloji xəritəalma üsulu ilə aparılan axtarış işləri geoloji xəritəyə əsaslanır. Yalnız rayonun geoloji xəritəsini analiz etməklə faydalı qazıntıların yerləşməsini nəzarət edən faktorları (axtarış amillərini) aşkar etmək olar. Tədqiq edilən ərazinin geoloji quruluşunu bilməklə axtarış üsullarını düzgün seçmək, onların miqyasını, axtarış profillərinin istiqamətini, müşahidə nöqtələrinin sıxlığını təyin etmək və ən əsası, axtarış işləri nəticəsində əldə edilmiş faktiki məlumatların düzgün interpretasiyasına nail olunur.
Geoloji xəritəalmanın miqyasını seçərkən geoloji quruluşun mürəkkəbliyi və qarşıya qoyulmuş vəzifələr nəzərə alınmalıdır.
İri regionlar üçün 1:1000000, 1:200000 və 1:100000 miqyaslı, sənaye baxımından perspektivli olan sahələr üçün isə 1:50 000 və hətta 1:25 000 miqyaslı geoloji xəritələr tərtib edilir. Məzmununa görə bu xəritələr kompleks xəritələrdir. Axtarışın geoloji amillərinə və axtarış əlamətlərinə aid olan bütün vacib məlumatlar bu xəritələrdə əks etdirilməlidir.
Xəritənin miqyası nə qədər böyükdürsə, onun legendası (şərti işarələri) bir o qədər ətraflı olmalı, süxur kompleksləri və struktur elementlər daha xırda tərtiblərə bölünməlidir. Axtarış amili və axtarış əlaməti əhəmiyyəti daşıyan bütün geoloji elementlər geoloji xəritədə əks etdirilməlidir. Belə elementlərə dayaq stratiqrafık horizontlar və süxurların fasial növləri, maqmatik süxurların əlverişli tipləri, onların təmasları, filiz təzahürlərinin lokallaşmasını nəzarət edən struktur elementlər, faydalı qazıntı və dəyişilmiş süxur çıxışları, ilkin və törəmə səpinti oreolları və s. aiddir.
Tədqiq edilən sahənin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq regional xəritəalmanın hər 1 kv. km-nə düşən müşahidə nöqtələrinin vacib miqdarı mövcud normalar üzrə müəyyən edilir (cədvəl 1).
Cədvəl 1




Müşahidə nöqtələrinin sayı

Planaalmanın miqyası

Geoloji quruluş




Sadə

Orta

Mürəkkəb

1:200 000

0,4

0,6

1,0

1:100 000

1,0

1,4

2,1

Ümumi halda geoloji quruluşun orta mürəkkəbliyinə malik verilmiş miqyaslı xəritənin hər 1 kv. sm-nə bir müşahidə nöqtəsi düşməlidir.


Faydalı qazıntı toplularının aşkar edildikləri sahələr daha dəqiq öyrənilməlidir. Filizləşmənin geoloji vəziyyətini, minerallaşma tipini, filizləşmənin yer səthində təxmini konturlarını müəyyən etmək, həmçinin perspektiv ərazinin iqtisadiyyatı barədə olan məlumatları toplamaq lazımdır. Bu məqsədlə daha irimiqyaslı gözəyarı topoqrafik planlar tərtib etmək, faydalı qazıntılardan nüfuzlu sınaqlar götürmək və mövcud təbii və süni açılışları dəqiq sənədləşdirmək vacibdir.
Axtarış işləri ilə müşayiət olunan irimiqyaslı geoloji xəritəalmanın əsas vəzifələri aşağıdakılardır:

  1. faydalı qazıntı yataqlarının və ayrı-ayrı filiz kütlələrinin aşkar edilməsi, həmçinin öyrənilən ərazinin geoloji quruluşundan asılı olaraq onlann məkan daxilində yerləşmə qanunauyğunluqlarını müəyyən etmək;

  2. tədqiq olan ərazinin geoloji qurluşunun və formalaşmasının geoloji tarixinin öyrənilməsi;

  3. fıliz sahələrinin, yataqların və ayrı-ayrı filiz kütlələrinin təxmini sərhədlərini müəyyən etmək;

  4. axtarış-kəşfiyyat qazmalarının və qazma quyularının istiqamətləndirilməsi üçün mühüm geoloji göstəriciləri müəyyən etmək;

  5. aşkar edilmiş faydalı qazıntı yataqlarının perspektiv qiymətləndirilməsi üçün vacib olan geoloji materialların toplanması.

İrimiqyaslı geoloji xəritəalma adətən tədqiqat rayonuna aid olan fond və dərc olunmuş materialların öyrənilməsindən başlanır. Bu materiallar ümumiləşdirilməli və işin layihəsində əks etdirilməlidir. Bundan başqa, layihədə axtarış işlərinin metodikası verilir. Xəritəalmanın özünün yerinə yetirilməsi, relyefın xarakterini, köklü süxurların təbii açılma dərəcəsini və planaalma işləri aparılacaq ərazinin ümumi geoloji şəraitini müəyyənləşdirməyə imkan verən yoxlama marşrutlarının keçilməsi ilə başlanır. Bu müddət ərzində geoloji sənədləşdirmənin fonnalan və şərti işarələr işlənib hazırlanmalı, süxurların, mineralların və s. etalon kolleksiyaları seçilməlidir. Sonra isə alət vasitəsilə axtarış şəbəkəsi nişanlanır. Burada axtarış xətləri güman edilən fıliz sahələrinin, filiz zonalarının uzanmasına perpendikulyar istiqamətdə yerləşdirilə bilər. Axtarış xətləri arasındakı məsafə axtarış obyektlərinin davamlılığı ilə müəyyənləşdirilir. Adətən tələb olunur ki, axtarış obyekti (filiz sahəsi, fılizdaşıyıcı zona, yataq, filiz kütləsi) ən azı 1-2 axtarış xətti ilə kəsilsin.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin