Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Radiometrik axtarış üsulları



Yüklə 494,98 Kb.
səhifə18/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Radiometrik axtarış üsulları. Bu üsulların əsasına süxur və filizlərin tərkiblərində uran-torium sırası radioaktiv elementlərinin miqdarı ilə əlaqədar təbii radioaktivlik fərqi qoyulmuşdıır. Təbii radioaktivlik dərəcəsinə görə süxurları, filizləri və mineralları beş qrupa bölmək olar :

  1. - radioaktivliyi n∙10-5 %U miqdarına ekvivalent olan, praktiki olaraq radioaktivliyi olmayan süxurlar;

  2. - radioaktivliyi n∙10-4 %U miqdarına ekvivalent olan, artmış radioaktiyliyə malik süxurlar;

  1. - radioaktivliyi n∙10-3 %U miqdarına ekvivalent olan, yüksək radioaktivli süxurlar və kasıb filizlər;

  2. - radioaktivliyi n∙10-2 % U miqdarına ekvivalent olan, yüksək radioaktivli kasıb filizlər;

  3. -U Th-n radioaktivliyi n∙10-1 % U miqdarına ekvivalent olan, olduqca yüksək radioaktivli sıravi və zəngin filizlər.

Maqmatik süxurlar içərisində ən aşağı radioaktivliyə əsasi və ultraəsasi süxurlar, ən yüksək radioaktivliyə isə orta və turş süxurlar malikdirlər.
Çökmə süxurlar içərisində ən az radioaktivliyə hidrokimyəvi və karbonat çöküntüləri: daş duz, gips, anhidrid, əhəngdaşı, dolomitlər, təmiz kvars qumları və qumdaşları malikdirlər. Ən çox radioaktivlik isə gilli və kömürlü şistlər və gillər üçün səciyyəvidir.
Elektrometrik üsul. Elektrometrik axtarış üsulları süxur və filizlərin elektrikkeçirmə fərqlərinin istifadəsinə əsaslanır. Təbii şəraitlərdə bu fərqlər süxurəmələgətirən və filizəmələgətirən mineralların elektrik müqaviməti, süxurların və filizlərin məsaməliyi və rütubətlənmə dərəcəsi ilə müəyyən edilir.
Süxur, filiz və mineralları xüsusi elektrik müqavimətinin (ρ) qiymətinə görə 5 qrupa bölmək olar:
I - olduqca aşağı elektro müqavinətli süxurlar,filizlər və minerallar (ρ 1 omm-dən kiçik);
II-aşağı müqavimətli (ρ 1-dən 100 omm-a qədər);
III- orta müqavimətli (ρ 100-dən 1000 omm-ə qədər);
IV-yüksəlmiş müqavimətli (ρ 1000-dən 10000 omm-ə qədər);
V- yüksək müqavimətli (ρ 10000 omm-dən çox)

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin