Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə19/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Qravimetrik iisul. Yer üzərində cazibə sahələrinin öyrənilməsinə əsaslanan qravimetrik üsul, yerləşdirici süxurlardan sıxlığına görə əhəmiyyətli dərəcədə fərqlənən faydalı qazıntı yataqlarını aşkar etməyə imkan verir. Süxurların və filizlərin sıxlığı onların mineral tərkiblərinə görə, məsamələri dolduran maddələrin məsaməliliklərinə və xüsusi çəkilərinə görə müəyyən edilir.
Süxurları, filizləri və mineralları onların sıxlıqlarına görə beş qrupa bölmək olar:

  1. - azsıxlıqlı - 2,0 q/sm3-ə qədər;

  2. - aşağısıxlıqlı - 2,0-dan 2,5 q/sm3-ə qədər;

  3. - ortasıxlıqlı - 2,5-dən 3,0 q/sm3-ə qədər;

  4. - yüksəldilmiş sıxlıq - 3,0-dan 4,0 q/sm3 qədər:

  • – yüksəksıxlıqlı - 4,0 q/sm3-dan çox.

Seysmometrik üsul. Seysmometrik üsul dayaz (100 m-ə qədər) quyularda aparılan partlayışlar və yaxud da yer səthinə salınan ağır yüklərin təsirindən yaranan elastik dalğaların yer qabığında yayılma sürətinin və hərəkətdə olma vaxtının öyrənməsinə əsaslanır. Elastik dalğaların süxurlarda yayılma sürəti onların litoloji tərkibi, yatım dərinliyi, məsaməliliyi və rütubətliliyi ilə müəyyən edilir. Seysmik dalğalar maqmatik süxurlarda, bir qədər az - karbonat süxurlarında, daha az isə qumlu-gilli çöküntülərdə ən yüksək sürətə malikdir.
Geokimyəvi axtarış üsulları Son vaxtlar axtarış işləri praktikasında geokimyəvi üsullardan geniş və effektli şəkildə istifadə edilir. Bu ilk növbədə, fiziki və fiziki-kimyəvi analiz üsullarımn xeyli təkmilləşməsi ilə əlaqədardır. Onların tətbiqi həm xeyli ucuz və həm də qısa bir zamanda sınaqlarda qiymətli kimyəvi elementlərin olduqca aşağı konsentrasiyasını müəyyən etməyə və bunun nəticəsində də tədqiqat rayonunda elementlərin həm davamlı «fonunu», həm də onların yüksək miqdarlı anomal sahələrini müəyyənləşdirməyə imkan verir.Hal-hazırda axtarış işlərinin praktikasında aşağıdakı geokimyəvi üsullar bu və ya digər dərəcədə tətbiq edilir: litokimyəvi, hidrokimyəvi, biokimyəvi və atmokimyəvi (qaz) axtarış üsulları.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin