Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Litokimyəvi axtarış üsulları



Yüklə 494,98 Kb.
səhifə20/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Litokimyəvi axtarış üsulları. Litokimyəvi axtarış üsulları kimyəvi elementlərin litosferdə paylanması qanunauyğuluqlarının öyrənilməsinə əsaslanır və onların ilkin səpinti oreollarına görə fılizyerləşdirici süxurlarda və yaxud törəmə oreollarına və səpinti axınlarına görə aşınmış ovuntu süxurlarda yataqlar aşkar etmək məqsədi daşıyır.
Hidrokimyəvi axtarış üsulları. Filiz yataqlarının hidrokimyəvi axtarışı fıliz kütlələrinin və onlarla əlaqədar olan ilkin və törəmə səpinti oreollarının təsirindən ətraf süxurlarda təbii suların kimyəvi tərkibinin dəyişilməsinin öyrənilməsinə əsaslanır.
Yeraltı sularda yayılmalarına görə metalları üç qrupa bölmək olar:
1.geniş yayılmış (dəmir, qurğuşun, sink, molibden, manqan, mis, xrom və gümüş);
2.məhdud yayılmış (berillium, qallium, titan, nikel, qalay, kadmium);
3.nadir rast gələn (vanadium, sirkon, kobalt, volfram, vismut, kadmium, indium, niobium və tantal).
Hidrokimyəvi axtarışlar üçün o elementlər daha əhəmiyyətlidirlər ki, onların təbii sularda yayılması elementlərin süxurlarda yüksək miqdarı ilə deyil, onların məhlullara asan keçməsi və məhlullarda davamlılığı ilə izah edilir. Dəmir və manqan kimi elementlərin geniş yayılması hidrokimyəvi üsulların effektli istifadəsinə maneəçilik törədir. Hal-hazırda hidrokimyəvi üsulların mis, polimetal, molibden və uran yataqlarının axtarışında tətbiqi mümkün hesab edilir.
Biokimyəvi axtarış üsulu. Biokimyəvı axtarış üsulu biokimyəvi səpinti oreollarının öyrənilməsinə əsaslanır. Bu axtarış üsulu bitki sınaqlarının götürülməsindən, onları yandırıb külə çevirməkdən, kül sınaqların analizindən və sınaqlaşdırmanın nəticələrinin ümumiləşdirilməsindən ibarətdir.
Atmokimyəvi axtarış üsulu. Atmokimyəvi üsul qaz səpinti oreollarının tədqiqinə əsaslanır. Hal-hazırda bu üsuldan qaz, neft, daş kömür və radioaktiv fılizlərin axtarışında müvəffəqiyyətlə istifadə edilir. Qeyd edilən kaııstobiolitlərin atmokimyəvi üsulla axtarışı adətən geoloji planaalma və geofıziki tədqiqatlardan sonra müəyyən edilmiş perspektivli sahələrdə aparılır.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin