Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 13 Mineralların genezisi və təsnifatı



Yüklə 494,98 Kb.
səhifə23/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Mühazirə 13
Mineralların genezisi və təsnifatı

Mineralların fiziki xassələri dedikdə onların rəngi, cizgisinin rəngi, sıxlığı, sərt­liyi, şəffaflığı, parıltısı, ayrılması, sınması, maqnitliliyi nəzərdə tutulur.





Mineralların rəngi. Hər bir mineral özünə məxsus rəngə malikdir. Lakin eyni bir mineral bir neçə rəngdə də təsadüf olunur. Mineralların rəngi onların işıq şüalarmı qaytarması xüsusiyyətidir. Bu əlamət də mineralların təyin edilməsində vacib xüsusiyyətlərdən biridir. Minerallar adətən ən müxtəlif rənglərdə tapılırlar. Lakin elə minerallar da vardır ki, hamısı eyni rəngdə tapılırlar. Məsələn: Pirit - FeS2 həmişəsarı rəngdə, Malaxit - Cu(OH)2, CuCO3 - həmişə yaşıl rəngdə, Sinnabarit - HgS - həmişə qırmızı rəngdə və s. olur.Mineralların bu və ya digər rəngə malik olması cəhətindən onları üç qrupa ayırırlar:

              1. İdilxromatik minerallar - Buraya daxil olan minerallarm rəngi bilavasitə, onlarm təşkil olunduqları elementlərdən asılıdır. Məsələn: Cu elementinin bütün sulu birləşmələri həmişə göy və yaşıl rənglərdə olurlar. İdioxromatik tipli minerallar yer qabığında nisbətən az yayılmışlar.

  1. Alloxromatik minerallar - Bu qrupa daxil olan mineralların rəngi kənar faktorlardan asılıdır. Bəzi elementlər, hətta, azacıq miqdarda belə mineralların tərkibində iştirak etdikdə, onların rəngini dəyişirlər. Belə elementlərə xromoforlar (boyayıcılar) deyilir. Xromoforlara misal olaraq Fe+2, Cr+3, V+3, Ti+4, W+2, Fe+3, Li+1, Pb+2, Cs+1 ionlarını göstərmək olar.

Mineralların tərkibində ikivalentli dəmir qarışığı olanda qəhvəyi, üçvalentli dəmir olanda isə qara rəngə boyanırlar. Rubidium elementi mineralı yaşıl, manqan - çəhrayı rəngə boyayır.
Bəzən xromoforun xromun miqdarından asılı olaraq mineral qırmızı rəngə (rubin), çox oluqda isə yaşıl rəngə (zümrüd) boyanır.


  1. Yüklə 494,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin