Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Mühazirə 7 Kimyəvi xammal və mineral gübrə yataqları



Yüklə 494,98 Kb.
səhifə12/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Mühazirə 7
Kimyəvi xammal və mineral gübrə yataqları
Bura mineral duzlar, sərbəst kükürd, apatit, fosforitlər aiddir.
Mineral duzlar dedikdə hallogen və sulfat qrupu minerallar nəzərdə tutulur. Məsələn, halit - NaCl (daş duz və ya xörək duzu), silvin - KCl, karnallit - KCl MgCl2 6H2O , kainit - KCl MgSO4 3H2O , langebeynit - K2SO4 2MgSO4, poliqalit - K2SO4 2MgSO4CaSO4 2H2O, tenardit - Na2SO4, mirabilit Na2SO4 H2O, soda - Na2C03 10H2O və s.
Kalium duzlarının 90 - 95 %-i mineral gübrə istehsalında, halitin 60 - 65% xörək duzu kimi, 30 - 35 % -isə texniki məqsədlər üçün istifadə olunur. eyni zamanda halitdən kimya sənayesində müxtəlif natrium və xlor birləşmələrin alınmasında, soyutma işlərində, gön və lak - boya sənayesində istifadə olunur.
Dünyada bir çox müasir duz hövzələri var. Məsələn, Solikamsk (Perm), Baskunçak (Volqoqrad vilayəti), Qaraboğaz - qol (Xəzər dənizi) körfəzi. Abşeronda duz hövzələri çoxdur.
Naxçıvanda böyük duz yataqları mövcuddur. Onların Azərbaycanın iqtisadiyyatında xüsusi yeri var. Dünyada duz yataqları olduqca çoxdur.
Sərbəst kükürd adətən kimyəvi cəhətdən təmiz olur. Lakin onun da tərkibində müəyyən qədər mərgümüş, selen, tellur, gil, bitium və gips qatışığı olur.
Kükürd filizi - əhəngli, qumlu, gilli, gipsli süxurlarda iştirak edir.
Kükürd yüksək kimyəvi aktivliyə malikdir. Ona görə də istehsal olunan kükürdün 50 % - dən çoxu kimya sənayesində sulfat turşusu almaq üçün istifadə edilir. O həm də kağız sənayesində, plastmassın alınmasında işlədilir. (25 %) Kənd təsərrüfatında - 10 %- i, rezin və digər istehsal sahələrində 5 % - i işlədilir.
Kükürd həm endogen, həm də ekzogen proseslərdə əmələ gəlir. Çökmə yataqları sənaye əhəmiyyəti kəsb edən əsas yataqlardır. Sulfid filizləri kükürd istehsalı üçün mühüm əhəmiyyətə malikdir. Bir çox qaz yataqlarında kükürdün miqdarı yüksək olur. Onun üçün kükürdü qazdan ayırmaq üçün xüsusi zavodlar inşa edilir. Məsələn, Əfqanıstan qaz yataqlarında qaz kükürdlüdür və kükürdayırma zavodlarında təmizlənir.
Apatit - fosfat qrupu mineralıdır. (Ca5(PO4)3Cl, Fe) Ftorlu apatit geniş yayılıb (ftorapatit) Ümumiyyətlə fosfatlı (apatit və fosforit) xammalın 95%-i süni gübrə istehsalında istifadə olunur.
Fosfat tozunun (ununun) sulfat turşusu ilə işlənməsindən superfosfat alınır.
Fosforit - çökmə mineral xammaldır. Əsasən kaliumlu fosfor turşularından ibarətdir . Yataqlarına Karatauda (Qazağıstan), Cənubi Uralda, Sakit və Hind okeanlarındakı mərcan adalannda, Yaponiyada, Çində, Çilidə və s. rast gəlinir.
Qeyd edək ki, Ukraynada Rozdol sərbəst kükürd yatağı çox məşhurdur. Kükürd yataqları - Orta Asiyada, Volqaboyu, ABŞ-da, Meksikada, Çilidə, Braziliyada, Argentinada, Ekvadorda, Peruda, İtaliyada , Polşada yerləşir.

Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin