Faydalı qazıntılar, mineralogiya və petroqrafiya


Qum, çınqıl, qum daşı və kvarsit



Yüklə 494,98 Kb.
səhifə14/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Qum, çınqıl, qum daşı və kvarsit-qum və çınqıl doldurucular və inert materiallar kimi tikinti və silikat ərpiclərinin, betonun, yapışdırıcı məhluuların, asfalt kütlələrinin hazırlanmasında və suvaq işlərində geniş istifadə edilir. Qum daşları və kvarsitlər turş, odadavamlı material olan dinas istehslında geniş işlənilir. Dinas 1550-1650˚C temperaturda belə təzyiqə davam gətiri və deformasiyaya məruz qalmır.
Qum daşları və kvarsitlər tikinti və məmulat materialı kimi əvəzedlməzdir.
Qum və çınqıl tökülən və özlü olmayan çökmə süxurlardır. Qranulometrik tərkibinə görə qumlar xırda (dənələrinin ölçüsü 0.25-0.1 mm) orta (0.5-0.25 mm), iri (1.0-0.5 mm) və çox iri (2-1 mm) dənəli növlərə ayrılır. Çınqıllar xırda (1-2.5 mm), orta (2.5-5 mm), iri (5-10 mm) və çox iri növlərə bölünür.
Mineraloji və petroqrafik tərkiblərinə görə kvars, kvars-çöl şpatı, kvars-qlaukonit və qarışıq qumlar ayrılır. Çınqıl davamlı süxurların və sərt mineralların (qranit, qneys, diabaz,kvarsit, kvars) qırıntılarından təşkil olunmuşdur. Bəzən yumşaq süxurların (şist, əhəngdaşı, dolomit, qum daşı) da qırıntılarını saxlayır.
Qum daşları çökmə süxurlar olub qranulometrik və mineraloji tərkibinə görə qumlarla eyni olsa da, lakin onlar gil maddəsi ilə və bir sıra minerallarla sementləşib.
Kvarsitlər sırf kvars tərkibli metamorfizləşmiş və təkrar kristallaşmış qum daşlarıdır.
Yüksək növlü kvars qumları Baltik qalxanında, Ukraynda, Povoljyedə geniş yayılmışdır.
Rus platformasında silisiumlu qumdaşlarının iri yataqları Sumsk və Rostov vilayətində məlumdur.
Ukrayna kristallik massivində, Baltik qalxanında, Ural geosinklinalında,Qərbi Sibirdə, Mərkəzi Qazaxıstanda , Qərbi Sibirdə və Azerbaycanda əhəmiyyətli kvarsit yataqları müəyyən edilmişdir.
Respublikmızda tikinti materialı kimi işlədilən qum yataqlarından Abşerondakı Şıxlar yatağını, Duvannı yatağını, Ələt yatağını, Balaxanı və Qırmaki yataqlarını, Hökməli yatağını, Gədəbəydə Qumlu və Parakəndsu yataqlarını, Qarasiyəzən yataqlarını və s. göstərmək olar.
Şüşə sənyesində işlədilən kvars qumu yataqlarından Quba rayonunda Yuxarı xanagah sahəsini, Təngialtını, Ağcavələn yatağıını, Qırmakı yatağını və s. misal göstərmək olar.
Azərbaycanda kifayət dərəcədə qumdaşı yataqlrı müəyyən edilmişdir. Naftalan yatağını,Yardımlı yatağını,Naxçıvanda Sustov, Dərəlik yatağını, Lerikdə Ləmar yatağını, Astarasa Mayadioba yatağını və s. buna misal göstərmək olar.


Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin