Faydalı qazıntılar, mineralogiya və petroqrafiya



Yüklə 494,98 Kb.
səhifə26/28
tarix19.04.2023
ölçüsü494,98 Kb.
#125611
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   28
Faydal qaz nt lar, mineralogiya v petroqrafiya

Mühazirə 14
Süxurlar haqqında məlumat

Az çox sabit quruluşu və tərkibi olan mineral aqreqatlarının yığımından əmələ gəlmiş kütləyə süxur deyilir. Süxur bir və ya bir neçə mineraldan ibarət ola bilər. Bir mineraldan ibarət olan süxura sadə və ya monomineral süxur, bir neçə mineraldan ibarət süxura isə mürəkkəb və ya polimineral süxur deyilir. Əhəng daşı, daş duz, daş kömür, mərmər və s. monomineral; qranit, gil, qumdaşı və s. polimineral süxura misal ola bilər.


Süxurları öyrənən elm «petroqrafıya» adlamr. Yunanca «petra» - qaya, daş mənasında, «loqos» isə haqqında elm deməkdir.
Süxurlar müəyyən geoloji şəraitdə əmələ gəlir və biri digərindən fıziki və kimiyəvi xüsusiyyətləri ilə, strukturları, yatım formaları və s. ilə fəqrlənirlər.
Əgər süxurun tərkibdəki mineral 5 % - dən artıq olarsa ona süxur əmələ gətirən və ya süxurtörədən, 5 % - dən az olarsa, aksesor mineral deyilir. Süxur əınələ gətirən minerallar iki qrupa bölünür :
1. Ana süxurlarla əmələ gəlmiş ilkin minerallar (məsələn kvars, plagioklazlar, mikalar və s.)
2. Kimyəvi və biokimyəvi dəyişmələr dəyişmələr nəticəsində yaranmış törəmə minerallar. (məsələn, xalsedon, opal, kaolinit, kalsit, siderit, halit, gips və s.)
Əmələ gəlmələrinə (genezisinə) görə bütün süxurlan üç əsas qrupa avırırlar : Maqmatik. 2. Çökmə. 3. Metamorfik süxurlar. Təbiətdə onlar eyni dərəcədə intişar tapmayıb. Hesablanıb ki, litosferin 95 % - i maqmatik və metamorfik, 5 % isə çökmə süxurlardan ibarətdir. Lakin buna baxmayaraq çökmə süxurlar yer səthinin 75 % ni, maqmatik və metamorfik süxurlar isə 25% - i əhatə edir.
Maqmatik süxurlar maqmanın soyuması və kristallaşması (bərkıməsı)nəticəsində əmələ gəlir. Maqma dedikdə, yüksək hərarətli, son dərəcə közərmiş, qazlarla zəngin olan və yerin müxtəlif dərinliklərində yerləşən silikatlar ərinti maddələri nəzərdə tutulur.
Çökmə süxurlar yer səthində mövcud olan süxurların parçalanması və aşınmış materialların əlverişli şəraitdə çökərək xarici amillərin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir.
Metamorfik süxurlar maqmatik və çökmə süxurların yer daxilində yüksək təzyiq və temperatura, aktiv kimyəvi maddələrin təsirinə uğraması nəticəsində əmələ gəlir.
Maqmatik və metamorfik süxurlan öyrənən elm - petroqrafiya , çökmə süxurları öyrənən elm isə - litologiya adlamr. Çökmə süxurların müstəsna əhəmiyyətə malik olmsı ilə əlaqədar olaraq onları öyrənmək üçün üçün xüsusi kurs kimi çökmə süxurların petroqrafiyası litologiya məşğul olur.
Texniki daşlar öyrənən xüsusi bölmə texniki petroqrafiya adlanır.
Süxıırlarm strukturu və teksturası hər bir süxuru bir-birindən fərqləndirən əsas amillərdir. Struktur dedikdə, süxurların tərkibində olan mineral aqreqatlarının ölçü və formaları nəzərdə tutulur. Süxuru təşkil edən dənəciklərin qarşılıqlı əlaqəsinə düzülmə qaydasına tekstura deyilir.
Süxurların çöl və laboratoriya şəraitində öyrənilir. Çöl şəraitində süxurların yatım forması, ölçüləri, çatlılıq dərəcəsi, kontaktları, aşınma pıoseslərinıin təsir dərəcəsi öyrənilir, süxurların mineral tərkibi təqribi də olsa müəyyənləşdirilir. Sonralar süxur nümunələri laboratoriyada tədqiq edilir və süxurların mineral tərkibi dəqiqləşdirilir,laboratoriya şəraitində petroqraflar kimyəvi və spektral analiz aparır və süxurların kimyəvi və mineraloji tərkibini müəyyən edir.
Petroqrafiyada ən geniş istifadə olunan kristallooptik tədqiqat üsuludur. Bu üsulun əsasını süxurlarm şliflərdə polyarizasiya mikroskoplarında öyrənilməsi təşkil edir. Şlif şüşəyə kleylənmiş 0,03 mm qalınlığında olan süxurun kəsiyidir (lövhəsi).
Şəffaflığı olmayan filiz mineralları anşlif vasitəsi ilə öyrənilir. (Anşlif səthi cilalanmış süxur nümunəsidir)
Süxurların yaşı radioloji üsulla öyrənilir. Çökmə süxurlar xüsusi üsullarla tədqiq edilir. Onlardan biri- süxurların qranulometrik (mexaniki) tərkibinin öyrənilməsi üsuludur. Bu üsulda ya müxtəlif ölçülü ələklərdən istifadə edilir, ya da suda hissəciklərin sürətli çökdürülməsindən. Eyni zamanda çökmə süxurların öyrənilməsində kimyəvi, rentgenostruuktur, optik, termık və s. üsullardan ıstıfadə edilir..



Yüklə 494,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin