Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.08 Mb.
səhifə16/25
tarix20.10.2017
ölçüsü1.08 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

148. Yağlayıcı

İşin xüsusiyyəti.

2-ci dərəcə

Avadanlıq, cihaz və aparatların hərəkət edən mexanizmlərinin müəyyən edilmiş müddətdə tənzimlənməsi və yağlanması. Xidmət olunan sahədə və ya sexdə yağ yolları sisteminin saz vəziyyətdə saxlanılmasına nəzarət. Vaqon bukslarının və digər hərəkət heyəti detallarının baxışı, doldurulması və yağlanması. Yararsız yağ qablarının dəyişdirilməsi və yağ yollarında olan defektlərin aradan qaldırılması, sürtkü materiallarının xüsusiyyətindən və təyinatından asılı olaraq seçilməsi. Sürtkü və yağlayıcı materialın alınması, saxlanılması və uçotu.



Bilməlidir: yağ yollarının, yağlanılan qurğuların sxemini və bütün avadanlıqların yağlanılması dövrlüyünü; sürtkü yağlarının tərkibi və xüsusiyyətlərini; yağlama sisteminin növlərini-halqavari, təzyiq altında, doldurulmuş; yağ nasoslarının, filtrlərinin quruluşunu və onların tənzimlənməsi qaydasını; sürtkü yağlarının saxlanılması və uçotu qaydalarını; işlənmiş yağların regenerasiyası haqqında əsas məlumatları.

149. Yağlayıcı

İşin xüsusiyyəti.

3-cü dərəcə

Qiymətli məhsul, nadir avadanlıq, aparat və mexanizmlərin hərəkət hissələrinin mürəkkəb vəsait və cihazların köməyi ilə yağlanması.

Avadanlıqların əl çata bilməyən yerlərinin işlədiyi vaxt yağlanması. Yağların yararlığının istismar tələblərinə uyğun olaraq laboratoriya təhlilinin yekunlarına əsasən müəyyənləşdirilməsi. Sürtkü materiallarının xüsusiyyətlərinə və təyinatına əsasən seçilməsi. Rezervuarların, avtomatik və əl stansiyalarının qatı və maye sürtkü materialları ilə doldurulması.

Bilməlidir: yağlamanın montaj sxeminin növlərini; yarımavtomat və avtomat yağlama aparaturunun quruluşunu; avadanlıqların növünə müvafiq olaraq yağların keyfiyyətinə qoyulan texniki şərtləri; istismar olunan yağların nümunəsinin götürülməsi qaydasını; laboratoriyada yağların kimyəvi təhlilini.

150. Yanğınsöndürənin doldurucusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Köpüklü, tozlu, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin yoxlanılması, təmiri, doldurulması və təkrar doldurulması üzrə hazırlıq işlərinin yerinə yetirilməsi. Yanğınsöndürənlərin qəbulu, ilkin baxışın aparılması, boşaldılması, balonların təmizlənməsi və yuyulması, onların rənglənməsi və sınağa hazırlanması. Maddələrlə dolu kolbaların və qutuların açılması və onların qablaşdırılması, qablaşdırma materiallarından təmizlənməsi. Yanğınsöndürənləri doldurmaq üçün məhlulların hazırlanması. Korpusların hidravlik sınaqdan keçirilməsi, doldurulması və nasaz yanğınsöndürənlərin çıxdaş edilməsi, daha yüksək ixtisaslı yanğınsöndürən doldurucusunun rəhbərliyi altında balonların, armaturların və qoruyucu mexanizmlərin təmiri.



Bilməlidir: müxtəlif tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin iş prinsipini; yanğınsöndürənlərin sınağı və doldurulması zamanı alətlərin və ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; kimyəvi maddələrin xassələrini; onların daşınma və saxlanma qaydalarını; yanğınsöndürənlərin boşaldılması və doldurulması, korpusların və armaturun rənglənməsi və təmiri üsullarını.

151. Yanğınsöndürənin doldurucusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Köpüklü, tozlu, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərin doldurulması və təkrar doldurulması. Doldurma keyfiyyətinin, armatur və qoruyucu mexanizmlərdə sazlığının yoxlanılması. Korpusların hidravlik sınağı, balonların, armaturun və qoruyucu mexanizmlərin təmiri, nasaz yanğınsöndürənlərin çıxdaş edilməsi. Doldurulmuş yanğınsöndürənlərin hesabının (uçotunun) aparılması və lazımi sənədlərin hazırlanması. Yanğınsöndürənləri doldurarkən və sınaqdan keçirərkən doldurma stansiyası avadanlığına, kompressorlara və cihazlara xidmət. Xidmət olunan avadanlığın cari təmiri və daha mürəkkəb təmirlərdə iştirak.



Bilməlidir: müxtəlif tipli köpük, toz, karbon qazlı və freonlu təyyarə yanğınsöndürənlərinin quruluşunu; yanğınsöndürənlərin doldurma maddələrinə daxil olan komponentlərin kimyəvi tərkibi və xassələrini; balonların korpuslarının, ventillərin və qoruyucu mexanizmlərin yoxlanılması və sınaqdan keçirilmə qaydalarını; yanğınsöndürənlərin nəql edilmə (daşınma) şərtlərini; doldurma stansiyalarının tiplərini; yanğınsöndürənlərin doldurulmasında tətbiq edilən aparat və cihazların iş prinsipini; doldurulmuş yanğınsöndürənlərə texniki sənədlərin hazırlanması qaydasını.

152. Yanacaq doldurma stansiyasının operatoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Avtomobil, motonəqliyyat, traktor, gəmi və digər nəqliyyat vasitələrinin, müxtəlif qurğuların əl ilə və yanacaq paylaşdırıcı kolonkaların köməyi ilə yanacaq və sürtkü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Bu materialların nəqliyyat vasitələrinin sürücülərinə buraxılması. Şinlərdə havanın təzyiqinin yoxlanılması. Neft məhsullarının kiçik qablarda buraxılması. Ehtiyat hissələrinin satılması. Neft məhsullarının və sürtkü materiallarının qəbulu. Laboratoriya təhlillərinin keçirilməsi üçün nümunələrin götürülməsi. Qəbul edilən və satılan məhsullar üzrə sənədlərin tərtilə edilməsi. Növbə ərzində hesabatın aparılması.



Bilməlidir: doldurucu avadanlığın iş prinsipini; neft məhsullarının təyinatını və xarici fərqlərini; satılan neft məhsullarının adı, markası və növünü, nəzarət-ölçü cihazlarının tətbiqi şərtlərini; qəbul edilən və satılan neft məhsulları üzrə sənədlərin tərtibi qaydalarını; neft məhsullarının saxlanılması və buraxılması qaydalarını.

153. Yanacaq doldurma stansiyasının operatoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Avtomobil, motonəqliyyat, traktor, uçuş aparatların, gəmilərin və digər nəqliyyat vasitələrinin mexaniki və yarım avtomat vasitələrin köməyi ilə yanacaq və sürtkü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı dəqiqədə 500 1-ə qədər olan hərəkətedici doldurma vasitələri ilə uçuş aparatlarının doldurulması. Suyun radiatora doldurulması və mühərrik mayesinin süzülməsi. Avadanlığın təmiri üzrə sifarişlərin təqdim edilməsi və onların təmirdən sonra qəbulu. Neft məhsullarının doldurma məntəqəsinə daşınması üzrə sifarişlərin təqdim edilməsi. Maddi-hesabat sənədlərinin aparılması. Ölçü cihazları və aparatlarının yoxlanılması müddətinə nəzarət. Xidmət olunan avadanlığın xırda nasazlıqlarının aradan qaldırılması, təmizlənməsi və yağlanması.



Bilməlidir: xidmət olunan doldurucu avadanlığın, nəzarət-ölçü cihazlarının quruluşunu; neft məhsullarının fiziki və kimyəvi xüsusiyyətlərini; qış və yay vaxtlarında istifadə edilən bütün neft məhsullarının adı, markası və növlərini; sifariş və maddi-hesabat sənədlərinin tərtilə edilməsi qaydalarını; ölçü cihazları və aparatlarının yoxlanılması müddətini.

154. Yanacaq doldurma stansiyasının operatoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Avtomobil, motonəqliyyat, traktor, uçuş aparatlarının, gəmilərin və digər nəqliyyat vasitələrinin distansion idarə edilməklə avtomat və mexaniki vasitələrin köməyi ilə yanacaq və sürtkü materialları - benzin, kerosin, yağ və s. ilə doldurulması. Məhsuldarlığı dəqiqədə 500 1-dən yuxarı olan səyyar doldurma vasitələri ilə uçuş aparatlarının doldurulması. Yanacaq və yağ bölüşdürücü avadanlıqların, idarəetmə avtomatlarının və elektrik paylayıcı lövhələrin sazlığının yoxlanılması. Yanacaq paylayıcı kolonkaların və ölçü qurğularının yoxlanışa təqdim etmə müddətinə nəzarət etmək. Avadanlığın təmirə verilməsi üzrə sifarişləri tərtilə edir və onları təmirdən sonra qəbul edir. Səyyar avtodoldurucu stansiyaların qidalandırma mənbəyinə birləşdirilməsi, daxiliyanma mühərrikli benzin elektrik aqreqatının, generatorun və elektrik lövhəsinin işçi vəziyyətinə gətirilməsi. Doldurma vasitələrinin distansion idarə edilməsi avtomatında xırda nasazlıqların aradan qaldırılması.



Bilməlidir: rezervuar, texnoloji boru kəmərlərinin, yanacaq paylayıcı avadanlıqların və elektron-avtomat idarəetmə sisteminin istismar qaydalarını; uçuş aparatların yanacaq və yağ sistemlərinin sxemini; təyyarələrin mərkəzi doldurma sisteminin istismar qaydasını; aviasiya yanacaq-sürtkü materiallarının tərkibindəki suyun və mexaniki qatışıqların avtomatik və kimyəvi metodla müəyyən edilməsinin və onların keyfiyyətinə operativ-aerodrom nəzarətinin aparılması qaydalarını; səyyar avtomobil doldurma stansiyasının avadanlıqlarının texniki istismar qaydalarını. Səyyar avtomobil doldurma stansiyasının iş yerində qurulması və elektrik qidalandırıcısı ilə birləşdirilməsi qaydasını; daxiliyanma mühərrikinin hazırlanma və işə salınma qaydalarını.

155. Yanacaq doldurma stansiyasının operatoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

İnformasiyaların, aparat blokunun və perforatorun işə salınmasının və əks etdirmənin elektron qurğulu kredit kartları üzrə yanacaq və sürtkü materialları ilə doldurulmasının avtomat sistemə xidmət edilməsi. Avtomobil doldurma kolonkalarının buraxdığı yanacağın dəqiqliyinin yoxlanılması və nəzarət. Tabloda verilən informasiyanın, perfolentdəki yazının düzgünlüyünə nəzarət. Perfolentin informasiyadan çıxarılması, kasetlərin dəyişdirilməsi, blok yaddaşında yazının aparılması. İş prosesində xidmət olunan avadanlığın sazlanması, təmirdə iştirak etmək və sistemin nasaz hissələrinin və birləşmələrinin dəyişdirilməsi.



Bilməlidir: kredit kartları üzrə neft məhsullarının buraxılmasının avtomat sisteminin istismarının konstruksiyası və istismarı qaydalarını; blokun yaddaşına salmaq üçün informasiyanın hazırlanması və daxil olmasının əsas metodlarını; nəqliyyat vasitələrinin kredit kartları üzrə doldurulma prosesinin aparılması ardıcıllığını; neft məhsullarının kredit kartları üzrə buraxılması və ödənilməsi haqqında təlimatı.

156. Yapışqan bişirən

İşin xüsusiyyəti.

1-ci dərəcə

Müxtəlif növ hazır yapışqanlardan:

dekstrin, kazein, silikat, xarrat və s. antiseptiklərdən istifadə etməklə yapışqan məhlulunun isladılması, bişirilməsi, həll edilməsi. Yapışqan məhlulundan ibarət komponentlərin gətirilməsi, xırdalanması, doldurub boşaldılması, ələkdən keçirilməsi və qarışdırılması. Yapışqan məhlullarının hazır olmasının müəyyənləşdirilməsi. Hazır yapışqan məhlullarının isidililə qablara tökülməsi. Qazanların, bakların vannaların, yapışqan bişirilən qabların və yapışqan məhlulu bişirmək üçün istifadə olunan başqa inventarın təmizlənilə yuyulması.

Bilməlidir: yapışqan məhlullarının hazırlanma qaydalarını; yapışqan məhlullarını hazırlayıb bişirmək üçün olan avadanlığın quruluşu və iş prinsipi haqqında əsas məlumatları.

157. Yapışqan bişirən

İşin xüsusiyyəti.

2-ci dərəcə

Hazır yapışqanlardan soyuq, yaxud isti üsulla müxtəlif növ yapışqan məhlullarının hazırlanması. Yapışqan maddələrinin emalı üçün resept və rejimlərin seçilməsi. Seçilmiş rejimə müvafiq temperaturun tənzimlənməsi. Ayrı-ayrı komponentlər əlavə etməklə qatılığın tənzimlənməsi. Areometr və yaxud yapışqanlığı ölçənlə məhlulda qatılığın yoxlanılması. Hazır məhlulun istehsala verilməsi. Yapışqan məhlullarını hazırlamaq üçün materialların yararlığının müəyyənləşdirilməsi. Yapışqanların zahiri əlamətlərə görə növləşdirilməsi.



Bilməlidir: yapışqan məhlullarının reseptini; yapışqan məhlullarının hazırlanma qaydalarını və bişirilmə rejimlərini; yapışqan maddələrinin və yapışqan məhlullarının xüsusiyyətlərini; yapışqan məhlullarını əmələ gətirən ilkin materiallara, habelə yapışdırılan məmulatların strukturundan və təyinatından asılı olaraq yapışqan məhlullarına verilən tələbləri; qazanların, bakların, vannaların, yapışqan bişirilən qabların quruluşunu; temperaturu və siqnalizasiyanı tənzimləyən, nəzarət edən cihazların təyinatını və istifadə qaydalarını.

158. Yapışqan bişirən

İşin xüsusiyyəti.

3-cü dərəcə

Hazır yapışqanlardan (sintetik qatranlardan olan yapışqanlardan başqa) müxtəlif növ və təyinatlı yapışqan məhlullarının hazırlanması. Yapışqan məhlullarının təzyiq altında bişirilməsi prosesinin aparılması. Hazırlanan yapışqanların və yapışqan məhlullarının yapışqanlı plyonkanın özlülüyə, yapışqanlığa, bərkliyə yoxlanılması. Yapışqanın aqreqat vannalarına tökülməsi. Aqreqat vannalarında yapışqanın tələb olunan konsistensiyasının saxlanılması. Xammal və materialların ölçülməsi. Hazırlanmış yapışqanın boşaldılıb təhvil verilməsi. Yapışqanın bişirilmə prosesinin müşahidə edilməsi və hazır olduğunun müəyyənləşdirilməsi. Daha yüksək ixtisaslı yapışqan bişirənin rəhbərliyi ilə bitum-kanifollu və yapışdırıcı emulsiyaların hazırlanması üçün texnoloji prosesin aparılması. Yapışqan materiallarının və məhlullarının saxlanılması və istifadəsinə nəzarət



Bilməlidir: təzyiq altında işləyən yapışqan bişirilən qazanların quruluşunu; yapışqan materiallarına dövlət standartlarını və texniki şərtləri; xidmət etdiyi avadanlığın quruluşunu; yapışqanların və yapışqan məhlullarının, yapışqanlı plyonkanın özlülüyə, yapışqanlığa, bərkliyə yoxlanılması üsullarını; yapışqanların və yapışqan məhlullarının təyinatından asılı olaraq növlərini; müxtəlif yapışqanların, yapışqan materialların, məhlul və emulsiyaların saxlanılma və istifadə qaydalarını.

159. Yapışqan bişirən

İşin xüsusiyyəti.

4-cü dərəcə

Verilmiş rejimə müvafiq olaraq yapışqan bişirilən qazanlarda və reaktorlarda müxtəlif növlü və təyinatlı sintetik qatranlardan yapışqanın hazırlanması və bişirilməsi. Komponentlərin (sidik cövhəri, formalin, etilenqlikol, aşındırıcı natrium, ammonyakın) dozalaşdırılması. Bitum-kanifollu və yapışdırıcı emulsiyaların hazırlanmasında texnoloji prosesin aparılması. Yapışqanın hazırlanmasında texnoloji prosesin nəzarət-ölçü cihazlarının vasitəsi ilə tənzimlənməsi. Yapışqanın, qatranın və emulsiyanın bişirilmə prosesinə nəzarət. Hazırlanmış yapışqanın yapışqan plyonkasın özlülüyə, yapışqanlığa və bərkliyə yoxlanılması, su ilə sürtülmə qabiliyyətinin sınaqdan keçirilməsi. Hazır emulsiyaları saxlamaq üçün baklara boşaldılması.



Bilməlidir: maddələrin fiziki-kimyəvi və texnoloji, xüsusiyyətlərini, yapışqan və emulsiyanın hazırlanması reseptini və üsullarını; xidmət etdiyi avadanlığın, aparat və kommunikasiyaların quruluşunu və iş prinsipini; nəzarət-ölçü cihazlarının quruluşu və təyinatını və onlardan istifadə qaydalarını; sınaqdan keçirmə üsulunu; yapışqanın və əhəngin saxlanılma qaydalarını; hazır məhsulun keyfiyyətinə tələbləri.

160. Yardımçı fəhlə

İşin xüsusiyyəti.

1-ci dərəcə

İstehsalat sahələrində, tikinti meydançalarında, anbar, baza və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi. Ehtiyatlı olmağı tələb etməyən (rulon materialların, parketin, yeşik, çəllək, karton, kağız, faner, mişar materialların və s.) yüklərin yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqla daşınması və ştabelə yığılması. Toz şəklində olmayan tökülən materialların (çınqılın, qumun, şlakın, kömürün, zibilin, taxta kəpəyinin, metal qırıntılarının və digər istehsalat tullantılarının) yüklənməsi, boşaldılması, əl ilə və ya arabacıqlarla daşınması və yığılması. Ərazinin, yolların, yeraltı yolların təmizlənməsi. Sexlərin, tikinti meydançalarının və sanitar-məişət binalarının yığışdırılması. Döşəmənin, pəncərə, tara, qab, detal və məmulatların yuyulması.



Bilməlidir: yüklərin yüklənməsi və nəql edilməsi norma və qaydalarını; taraların quruluşunu və daşınan yüklərin bərkidilməsi üsullarını.

161. Yardımçı fəhlə

İşin xüsusiyyəti.

2-ci dərəcə

Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə doldurulmuş butulkaların və s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin, gipsin və s.) əl ilə və arabacığın köməyi ilə daşınması, yüklənməsi və boşaldılması. Bütün növ yüklərin əl arabası və at arabasında daşınması. Təkər cütlərinin yonulmaq üçün dəzgahlara, hərəkət arabacıqlarının lokomotiv və vaqonlara diyirlədilə gətirilməsi.



Bilməlidir: ehtiyatlı olmağı tələb edən yüklərin və tozşəkilli materialların yüklənməsi, boşaldılması, yerdəyişməsi və qoyulması üsullarını; qəbul-təhvil sənədlərinin tərtilə edilməsi qaydasını; yüklərin növləşdirilməsi qaydalarını.

162. Yanğından mühafizə vəsaitlərinin hopdurucusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Sadə ağac məmulatı və konstruksiyaların, müxtəlif material və parçaların yanğından mühafizə tərkibli məhlulla fırça ilə və vannada və ya rəng pultlarının və püskürücülərin köməyi ilə örtülməsi. Müxtəlif ağac məmulatlarının və konstruksiyaların, material və parçaların yanğından mühafizə emalı üçün hazırlıq işlərinin yerinə yetirilməsi. Verilmiş reseptura üzrə yanğından mühafizə tərkibli məhlulların hazırlanması. Daha yüksək ixtisaslı hopdurucunun rəhbərliyi altında mürəkkəb hopdurucu işlərinin yerinə yetirilməsində iştirak etmək.



Bilməlidir: taxta məmulatların və konstruksiyaların, material və parçaların yanğından mühafizə tərkibi ilə hopdurulması haqqında ümumi məlumatı; zəhərli kimyəvi maddələr, tərkilə və qatışıqlarla işləmək qaydasını; yanğından mühafizə tərkiblərinin hazırlanması və saxlanılması şərtlərini; yanğından mühafizə tərkiblərinin taxta məmulatlara və konstruksiyalara, material və parçalara hopdurulması qaydasını və üsullarını.

163. Yanğından mühafizə vəsaitlərinin hopdurucusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Mürəkkəb və əhəmiyyətli taxta məmulatlar və konstruksiyalar, qiymətli material və parçaların, teatr dekorasiyalarının, bədii lövhə və maketlər, kanatlar üçün üzvi yayların yanğından mühafizə tərkibləri ilə emalı və örtülməsi. Müxtəlif yanğından mühafizə tərkibləri və qatışıqların hazırlanması. Hopdurucu materialların nümunələrinin hazırlanması və onların yanğına davamlılığının yoxlanılması. Mexaniki üsullarla qatışıqların hazırlanması və hopdurma işlərində mexanizmlərin idarə edilməsi. Görülən işlərin, sərf edilən materialların və kimyəvi maddələrin uçotu. Xidmət edilən avadanlıqların cari təmiri, orta və əsaslı təmirdə iştirak etmək.



Bilməlidir: mürəkkəb taxta məmulatlar və konstruksiyaların, qiymətli material və parçaların, teatr dekorasiyalarının, bədii lövhə və maketlərin, kanatlar üçün üzvi yayların yanğından mühafizə tərkibləri ilə hopdurulması qaydalarını; zəhərli və kimyəvi maddələrin əsas xüsusiyyətlərini; onlarla iş qaydasını; yanğından mühafizə qatışıq və məhlullarının texniki şərtlərini və dövlət standartlarını; yanğından mühafizə məhlullarının hazırlanmasında işlənilən avadanlıqların iş prinsipini; kimyəvi maddələrin və materialların sərfinin uçotu qaydasını və onların yerinə yetirilməsi üzrə texniki sənədləşdirmənin tərtilə edilməsi.

164. Yanğından mühafizə vəsaitlərinin hopdurucusu

İşin xüsusiyyəti.

4-cü dərəcə

Xüsusi qiymətli bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər sənət əsərlərinin yanğından mühafizə tərkibi ilə örtülməsi və emalı. Reagentlərin işlənilə hazırlanması və daha əhəmiyyətli hopdurucular üçün tərkiblərin hazırlanması. Nümunənin seçilməsi və tətbiq edilən qatışıq və məhlulların keyfiyyətinin yoxlanılması. Kimyəvi maddələrin seçilməsi və bir-biri ilə əvəz edilməsi.



Bilməlidir: qiymətli bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər sənət əsərlərinin yanğından mühafizə hopdurucusu ilə hopdurulması qaydası və texnologiyasını, zəhərli və kimyəvi maddələrin xüsusiyyətlərini, onlarla davranış qaydasını; yanğından mühafizə hopdurucusunun texniki şərtlərini və dövlət standartlarını; material və kimyəvi maddələrin sərfi uçotun və yerinə yetirilən işlər üzrə texniki sənədləşdirmənin tərtilə edilməsi qaydalarını; qatışıq və məhlulların hazırlanmasında istifadə edilən avadanlıqların quruluşunu.

165. Yuyucu maşınların maşinisti

İşin xüsusiyyəti.

1-ci dərəcə

Ayrı-ayrı hissələri, detal və birləşmələri çıxarmadan maşın və avadanlıqların əl aləti və vəsaitdən istifadə etməklə yuyulması və dezinfeksiyası. Xammal, material, detal, tara, məmulat və yarımfabrikatın vannalarda su, kerosin, benzin, aseton, qələvi, turşu və digər məhlullarla yuyulması. Yüksək konsentratlı olmayan müxtəlif turşulu və qələvili yuyucu məhlulların hazırlanması. Yuyucu məhlulların doldurulması və boşaldılması, yuma prosesində material, detal, tara, məmulat və digər əşyaların yüklənib-boşaldılması. İş yerinin, avadanlığın və köməkçi inventarın yuyulma prosesində hazırlanması. Əşyaların qabaqcadan silinmə, çırpılma, qaşınma ilə təmizlənməsi, buxar, dezinfeksiya maddələri və əridicilərlə emalı. Detal və məmulat səthlərinin yağsızlandırılması. Detal və məmulatların sortlaşdırılması, markirovkası və qablaşdırılması.



Bilməlidir: əl alətinin, inventarın və vəsaitlərin təyinatını; yuyulma qaydalarını və yuma keyfiyyətinə qoyulan tələbləri; yuyucu məhlulların hazırlanması və onlarla rəftar qaydalarını; istifadə edilən məhlul və əridicilərin xüsusiyyətlərini; yuyulacaq əşyaların əvvəlcədən təmizlənməsi üsullarını; markirovka qaydalarını; detal və məmulatların qablaşdırılması qaydasını.

166. Yuyucu maşınların maşinisti

İşin xüsusiyyəti.

2-ci dərəcə

Maşın və avadanlıqların ayrı-ayrı hissələrinin, detal, birləşmələrinin çıxarılması ilə iri ölçülü birləşmələrin və hərəkət heyətinin detallarının, kimyəvi qabların, metalların, həmçinin asanlıqla sınan və formasını asanlıqla dəyişə bilən məmulatların maşın və müxtəlif konstruksiyalı aparatlardan istifadə etməklə yuyulması, dezinfeksiyası və sterilizə etdirilməsi. Filtr lövhələrinin, manjet, kisə və torların yuyulması və hopdurulması və yuyulduqdan sonra sıxılması, buxara verilməsi, qurudulması, üfürülməsi və növbələnməsi.

Əşyaların hava ilə, su ilə və ya məhlullarla təzyiq altında yuyulması üçün emalı.

Bilməlidir: xidmət edilən yuyucu maşınların və avadanlığın iş prinsipini; yumaya və dezinfeksiyaya qoyulan tələbləri; məhlulların hazırlanması üsullarını; yuma rejimini; məhlulların konsentrasiyasının dəyişilməsi və onların yuyulma prosesində ardıcıllığını; yuyucu və dezinfeksiyalaşdırıcı vasitələrin tərkibi, xüsusiyyətləri və dozalaşma qaydalarını.

167. Yuyucu maşınların maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Əsas maşın və avadanlıqların ayrı-ayrı hissələrinin, detal və birləşmələrinin çıxarılaraq yuyulması, dezinfeksiyası və sterilizə edilməsi, həmçinin bakların, balonların, sistern və digər xüsusi taraların yuyucu avtomat maşınlarında yuyulması. Çirkləndirici qalıq maddələrin qabaqcadan təhlili, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsi. Yuyucu məhlulun reseptinin seçilməsi. Qalıq maddələrinin neytrallaşdırılması. Maşın və avadanlıqların cari təmiri və sazlanması.



Bilməlidir: müxtəlif növ maşın və avadanlığın quruluşu və sazlanması qaydasını; yuyucu məhlulların keyfiyyət və kəmiyyət tərkibinin müəyyənləşdirilməsi ilə əlaqədar hesablamaları; yuyucu məhlulların kimyəvi xüsusiyyətlərini.

168. Yuyucu maşınların maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Axınlı-konveyer xəttində birləşmiş maşın avtomatlarda müxtəlif aparat, detal və birləşmələrin, maşın və avadanlıqların yuyulması prosesinin aparılması. Avtomat maşınlar sisteminin idarə pultunun işə salınması. Nəzarət-ölçü cihazlarının, idarə pultunun avtomat sisteminin göstəricilərinə əsasən maşınların iş rejiminin tənzimlənməsi. Vibroqidalandırıcının və qidalandırıcı sistemin tənzimlənməsi. Avtomatların işində olan kənarlaşma hallarının aşkar edilməsi və aradan qaldırılması və avtomatik sazlanmasında iştirak etmək.




Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə