Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.08 Mb.
səhifə19/25
tarix20.10.2017
ölçüsü1.08 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Bilməlidir: gördüyü iş həcmində mikrobiologiyanın, mikrologiyanın və kimyanın əsaslarını; tətbiq olunan reaktivlərin əhəmiyyəti və xassələrini; laboratoriya qurğularının yığılma qaydalarını; dəqiq və mürəkkəb titrlərin qurulma qaydalarını; nəzarət-ölçü cihazlarının quruluşunu və istifadə qaydalarını; aparılan analizlərə texniki şərtləri və dövlət standartlarını; görülən işlərə texniki sənədləşdirmənin aparılma qaydalarını.

202. Laborant qütb qrafikçisi

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müəyyən olunmuş metodika üzrə qütb qrafikası metodu ilə quru nümunələrin və məhsulların sadə eynicinsli iki-üç növbəli analizlərinin aparılması. Alınmış əyrilərin formaları üzrə elektrolitin keyfiyyətcə və kəmiyyətcə müəyyənləşdirilməsi, analizlərin nəticələrinin yazılması.



Bilməlidir: nümunə materiallarının və məhsullarının əsas xassələrini; analizin keçirilmə metodikasını; analizlərin nəticələrinin yazılış qaydasını.

203. Laborant qütb qrafikçisi

İşin xüsusiyyəti.

4-cü dərəcə

Müəyyən olunmuş metodika üzrə dərin vakuum və ya yüksək təzyiq altında işləyən aparatlar tətbiq etməklə quru nümunələrin və məhlulların qütb-standart analizlərinin aparılması. Məhlulda ionların qatılığının müəyyən olunması. Metal nümunələrin (külçə şəklində olan sink və s.) analizlərinin aparılması. Xidmət olunan avadanlığın cari təmiri.



Bilməlidir: müxtəlif tipli polyaroqrafların, analitik tərəzilərin və elektrik cihazlarının quruluşunu, analitik kimyanın və qütb qrafikalı analizlərin əsaslarını, analizlərin keçirilmə metodikasını, nümunələrin keyfiyyətinə qoyulan tələbləri; xidmət olunan avadanlığın cari təmirinin aparılma qaydalarını.

204. Laborant-radiometrist

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif qurğularda probların radiometrik ölçülməsi. Sayğacların göstəricilərinin (xarakteristikaların) çıxarılması. Hesab xarakteristikaların qrafiklərinin qurulması və iş nöqtəsinin seçilməsi. Natura fonu və etalonun ölçülməsi. Jurnalda yazıların aparılması. Müxtəlif izotop tərkibli nümunələrin xüsusi fəallığının (aktivliyinin) müəyyən edilməsi üzrə bütün hesablamaların yerinə yetirilməsi.



Bilməlidir: radioaktivlik və radioaktiv parçalanmanın nəzəriyyəsini və əsaslarını; reaktiv şüalanmanın maddə ilə qarşılıqlı əlaqəsini; aktivliyin nisbi ölçülmə metodunun əsaslarını; yenidən hesablanma qurğularının iş prinsipi və əsas qovşaqlarını; radioaktiv maddələrlə işləməyin sanitar qaydalarını; elektron aparatura və radioaktiv şüalanma mənbələri ilə təhlükəsiz işləmə qaydalarını.

205. Laborant-radiometrist

İşin xüsusiyyəti.

4-cü dərəcə

Radioaktiv şüalanmanın kompleks radiometrik ölçülməsi. Yoxlama ölçülərinin nəticələrinin işlənilməsi. Udma və parçalanma əyrilərinin çıxarılması və qurulması. Amplituda analizatorlarında radioaktiv şüalanma spektrlərin alınması. Radioaktiv şüalanmanın amplituda spektrlərinin çıxarılması ilə bağlı yazıların və hesablamaların jurnalda aparılması. Spektrin qrafikinin qurulması.



Bilməlidir: radioaktiv şüalanma spektrləri və spektrometrik metodlar haqqında əsas məlumatları; stsintillyasiya spektrometriya metodunun fiziki əsaslarını; amplituda analizatorlarının əsas qovşaqlarını və iş prinsipini.

206. Laborant-radiometrist

İşin xüsusiyyəti.

5-ci dərəcə

Çoxkanallı amplituda analizlərindən və üst-üstə düşmə və düşməmə sxemlərindən istifadə edərək radioizotopların spektrlər üzrə eyniləşdirilməsi. Sadə (üç komponentdən çox olmayaraq) spektrlər üzrə radioizotopların aktivliyinin hesablanması və mütləq metodla nümunənin aktivliyi müəyyənləşdirilərkən düzəlişlərin hesablanması. Radioizotopların parçalarına və udma əyriləri üzrə eyniləşdirilməsi. Riyazi statistika metodları vasitəsilə analiz nəticələrinin işlənilməsi.



Bilməlidir: nüvə fizikası, radiokimyanın əsaslarını və radioaktiv şüaların maddələrlə qarşılıqlı əlaqəsi üzrə nəzəriyyələri, yarımkeçirici detektorların köməyi ilə radioaktiv şüalanmanın fiziki əsaslarını; radioaktiv şüalanma spektrlərinin sadə şərhi üsullarını; texnoloji rejimlərin prosesləri və parametrlərini.

207. Laborant-radiometrist

İşin xüsusiyyəti.

6-cı dərəcə

Radioaktiv şüalanmanın müxtəlif spektrlərinin izah olunması. Radiometrik aparatura qovşaqlarından eksperimental işlər üçün sxemlərin tərtilə edilməsi. Radiometrik analiz üzrə aparaturanın və yeni metodların mənimsənilməsi və tətbiqi. İşlək etalon mənbələrinin və maye stsintillyatorların hazırlanması. Preparatların hazırlanması və onların nəticələrinin sonradan işlənilməsi ilə 4P-sayğacında ölçülməsi. Radiometrik aparaturanın cari təmiri. Daha aşağı dərəcəli laborantlar tərəfindən yerinə yetirilən prob ölçülərinə və hesablamalara nəzarət. İstilik kameralarında məsafə (distansion) manipulyatorlarla işləmə. Spektrlər (üç komponentlərdən artıq) üzrə radioizotopların aktivliyinin hesablanması.



Bilməlidir: radiotexnika, radioelektronika və ali riyaziyyatın əsaslarını; radiometrik aparaturanın əsas qovşaqlarının quruluşunu; radioaktiv şüalanmanın amplituda spektrlərinin izahetmə metodlarını; məsafə (distansion) manipulyatorların və istilik kameralarının quruluşunu.

Orta ixtisas təhsili tələb olunur.



208. Laborant-rentgenostrukturçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Fotoqeydiyyat rentgen aparatlarının işə hazırlanması və iş prosesində onlara xidmət. Yoxlama üçün nəzərdə tutulmuş nümunələrin hazırlanması. Kameraların işə hazırlanması. Rentgen plyonkasının foto emalı. Fotoüsulla çəkiliş zamanı ekspozisiyanın aparılması.



Bilməlidir: rentgen trubkaların quruluşunu; rentgen trubkalarına və kenotronlara qulluq qaydalarını; aparatların şəbəkəyə qoşulma qaydalarını; rentgen qurğuları ilə iş qaydalarını; kameraların doldurulmasını (simmetrik və asimmetrik); nümunələrin hazırlanma və onların kameralarda yüstirləmə prinsiplərini; rentgenoqramların emalı-foto emalı, rentgenoqramların komparatorda ölçülməsi; rentgen plyonkalarının aydınlaşdırılması, fiksaj edilməsi, yuyulması və qurudulması; rentgen plyonkalarının saxlama şərtlərini; debaeqramların hesablaması və qrafik d-sırasının tapılması.

İş nümunələri:

1. Rentgen trubkaları - təlim, məşq.



209. Laborant-rentgenostrukturçu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Metallar, ərintilər və s. nümunələrin istehsalı və onların tədqiqat aparmaq üçün hazırlanması. Rentgen şüaları dəsti altında nümunələrin kameralarda və söykəmələrdə yüstirlənməsi. Rentgen qurğularına xidmət. Rentgenoqramaların və diaqram lentlərin emalı-ionizasiya aparatlarında yazılışı.



Bilməlidir: rentgen şüalarının mənşəyini; rentgen şüaların orqanizmə təsirini; kristalloqrafik müstəvilər sistemindən əks olmanın mövcudluğu şərtlərini (Vulf-Breqq tənliyi); müstəvilərarası məsafələr, şəbəkə parametrləri, sinqoniyalar haqqında ilkin məlumatları; idarəetmə pultunun ayrı-ayrı elementlərinin, habelə genotronların, rentgen aparatları sisteminin mühafizə örtüklərinin təyinatını; rentgenostruktur və ionizasiya qurğularında, aparatlarda əsas işləmə qaydalarını, asimmetrik çəkiliş metodunu; rentgen kameralarında düz nümunələrin çəkiliş metodunu (birtərəfli rentgenoqramlar üçün); Zaksın tərsinə çəkiliş metodunu; aydınlaşdırıcıların və fiksajların hazırlanma qaydalarını; rentgenoqramların ölçülməsi və onların hesablanmasını; debaeqramların açılmasını; rentgenoqramların fotometriya metodikasını.

İş nümunələri:

1. URS-60 tipli aparatlar - rentgen trubkalarını və kenotronları qurma.

2. Rentgen kameraları - aparatda qurulma, şüa dəstinə qarşı yüstirləmə.

3. Toz nümunələri - istehsal etmə.

4. Silindrvari nümunələr - rentgen kameralarında qurulma və yüstirləmə.

5. Metallar, ərintilər və s. nümunələr -ionizasiya aparatlarında qurulma.

6. Rentgen plyonkaları və sayğaclar -keyfiyyətini müəyyənləşdirmə.

210. Laborant-rentgenostrukturçu

İşin xüsusiyyəti.

4-cü dərəcə

Rentgenostruktur aparaturaya xidmət və onun profilaktik təmiri. Tədqiq olunan materialın xarakteristikalarına müvafiq olaraq ekspozisiya rejiminin seçilməsi. Rentgenoqram və difraktoqramların açılması. Faza analizin aparılması. Elementar özəklərin, kub və orta sinqoniya materialların parametrlərinin hesablanması. Rekristallaşma proseslərinin əks çəkilişinin rentgenoqamlar üzrə tədqiqi.



Bilməlidir: rentgen şüaların xassələrini; rentgen spektrlərin yaranma və rentgen şüaların kristalda difraksiyası mənşəyini; yüksəkvoltlu generatorların, idarəetmə pultlarının, soyuducu qurğuların quruluşunu və təyinatını; rentgenostruktur tədqiqatlarda tətbiq olunan aparatların xarakteristikalarını; rentgen kameralarının konstruksiyasını; bəzi selektiv-hopdurma süzgəclərinin hazırlanma metodlarını; rentgenoqramların emalını; mikrofotometrlərin quruluşunu, onlarla işləmə qaydalarını; rentgenoqramların vizual foto-metrlənmə və intensivliyinin fotomaterialda yazılışını; planimetrin köməyi ilə xəttin inteqral eninin ölçülməsini; ionizasiya qurğusunda iş qaydalarını və əsas nasazlıqları; impulslar sayğacının işlək xarakteristikalarının müəyyənləşdirilməsi, iş vaxtının seçilməsi və xarab olduqda sayğacın dəyişdirilməsini; trubkada və sayğacdakı çatın seçililə dəyişdirilməsini; potensiometrdə diaqram lentinin müxtəlif surətlərdə qurulmasını; «nöqtələr üzrə» xəttin kəsiyinə görə intensivlik bölgüsünün yazılışını; kristal şəbəkənin gərginliyi və səhvləri haqqında ümumi məlumatı.

İş nümunələri:

1. Yayma dəzgahının valları - qalıq austenitin miqdarını müəyyənləşdirilmə.

2. Plyonkanı simmetrik və asimmetrik qoymaqla debaeqramlar və əks çəkiliş rentgenoqramları - komparatorda ölçmə.

3. Difraktoqramlar - potensiometrdə çəkiliş.

4. İmpuls sayğacları - qurma və onların vəziyyətini yoxlama.

5. Trubkalar - ionizasiya qurğusuna montaj edilmə.



211. Laborant-rentgenostrukturçu

İşin xüsusiyyəti.

5-ci dərəcə

Fotoüsulla tədqiqat aparmaq üçün stasionar və səyyar aparatların və qurğuların, rentgenostruktur analiz üçün rentgen difraktometrlərinin montajı və sazlanması. Strukturanaliz üçün müxtəlif kameraların və tərtibatların yüstirlənməsi. Adi temperaturlu, tekstur, kiçik bucaqlı kameralar və tərtibatlar tətbiq etməklə tədqiqatlar zamanı çəkilişin metodu, rejimi və sxeminin seçilməsi. Materialların quruluşunu, tərkibinin öyrənilməsi və nəzarəti, makro və mikrotəzyiqlərin analizi üzrə rentgenoqrafik işlər. Rentgenoqramların monoxromatik şüalanmada alınması və onların hesablanması. Alınmış nəticələrin emalı və sənədləşdirilməsi.



Bilməlidir: rentgen şüalarının xassələrini və kristalloqrafiyanın əsaslarını; rentgen şüalarının difraksiya nəzəriyyəsini; metalların və ərintilərin quruluş əsaslarını; metalların mexaniki, termik və digər emal üsullarının prinsiplərini, metallar və ərintilərin tərkibinin və strukturundakı dəyişikliklərin rentgenodifraksiya mənzərəsinə təsirini; rentgenostruktur analizin ümumi və xüsusi metodlarını; rentgen aparatlarının, difraktometrlərin quruluşunu; monoxromatokameraların, temperaturlu kiçik bucaqlı, tekstur kameraların və tərtibatların konstruksiyasını; rentgen honiometrlərinin konstruksiyasını; onların qurulma və yüstirləmə qaydalarını; qrafikləri, cədvəllərin və nomoqramların tətbiq edilməsi ilə rentgenoqramların müxtəlif düzəlişlərlə hesablama və açılma metodlarını; intensivliyin müəyyənləşdirilməsini; difraksiya xətlərinin forma və enliyinin analiz metodlarını.

Orta ixtisas təhsil tələb olunur.



İş nümunələri:

1. Bloklar - düzəldilmiş metal nümunəsində ölçünü və mikrosəhvləri müəyyənləşdirmə.

2. Radioaktiv nümunələr - tədqiq etmə.

3. Köhnələn ərintilər - müxtəlif t-da şəbəkə parametrlərini müəyyənləşdirmə.

4. Obyektlər üçün qütb fiqurlar - qurulma.

212. Laborant-rentgenostrukturçu

İşin xüsusiyyəti.

6-cı dərəcə

Difraktometrin idarə olunan kompleksləri - Kompüter tətbiq etməklə rentgenostruktur tədqiqatların yerinə yetirilməsi. Kimyəvi və faza tərkibi üzrə mürəkkəb olan nümunələrin rentgenostruktur analizi. Xüsusiləşdirilmiş kiçik qabaritli aparaturanın köməyi ilə iri qabaritli obyektlərdə tədqiqatların aparılması. Obyekt səthinin tədqiq üçün hazırlanması. Rentgenoqramları almaq üçün şəraitin seçilməsi. Eksperimental məlumatların alınması və emalı, rəyin verilməsi və hesabatların tərtilə edilməsi.



Bilməlidir: difraktometrin idarə olunan komplekslərinin - kompüterin işləmə prinsipini və onlara xidmət qaydalarını; idarə olunan komplekslərdən istifadə edərək rentgeno-struktur tədqiqatların metodoloji qurulması əsaslarını; «fasiləsiz yazı» zamanı eksperimental məlumatların alınma metodikasını; «inteqral», «nöqtələr üzrə» və «fonun ölçülməsi» rejimlərində ölçüləri.

Orta ixtisas təhsil tələb olunur.



İş nümunələri:

1. Daşına bilən aparatlar - nəzarət şərtinin seçilməsi, yüstirləmə.

2. İdarə olunan komplekslər - teksturanın analizi.

3. İri qabaritli obyektlər - makrogərginliyin müəyyənləşdirilməsi.



213. Laborant-sensitometrist

İşin xüsusiyyəti.

3-cü dərəcə

Kinofoto məmulatların plyonka qatının möhkəmliyinə, plyonkanın emulsiya qatının, kontrqatının ərimə temperaturunu müəyyənləşdirməyə və plyonkanın emulsiya qatının qabarmaya (şişməyə) qarşı sensitometrik sınaqdan keçirilməsi; daha yüksək ixtisaslı laborant-sensitometristin rəhbərliyi ilə fotoqrafiya göstəricilərinin işığa həssaslığının, optik və sıx təzadlar əmsalının, bucağın optik sıxlığının, fotoqrafiya enliyinin, maksimum optik sıxlığın və digər fotogöstəricilərin müəyyən edilməsi. Kino-foto məmulatların pozitiv sortlarının sensitometrik sınağı. Plyonka nümunələrinin sınağa hazırlanması.



Bilməlidir: xidmət olunan cihazların – densitometrlərin, sensitometrlərin, aydınlaşdırıcı cihazların, rezelvometrlərin, spektroqrafların, denzoqrafların və s. iş prinsipini; fotoemulsiyaların sintezi, işığa həssas olan qatların sulanması haqqında ümumi məlumatları; reseptura üzrə kompozisiyanın seçilməsini; qaranlıqda işləyən zaman alışqanlı maddələrlə və zəhərlərlə rəftar qaydalarını.

214. Laborant-sensitometrist

İşin xüsusiyyəti.

4-cü dərəcə

Kino-foto məmulatların plyonka qatının möhkəmliyinə, plyonkanın emulsiya qatının, kontrqatının ərimə temperaturunu müəyyənləşdirməyə və plyonkanın emulsiya qatının qabarmaya qarşı sensitometrik sınaqdan keçirilməsi. İlk vəziyyətinə qayıda bilən (dönən) plyonkaların və reverşiv fotokağızın sensitometrik sınaqdan keçirilməsi. Fotoqrafiya qatlarında qalınlığın ölçülməsi. Qaranlıq otaqlarda işıqlandırmanın qeyri-aktivliyinin yoxlanılması. Təsvir kadrın düzgün yerləşdirilməsi və ölçüsünün və film surətlərində səsin yoxlanılması. Sınaq nümunələrinin, emulsiyaların sabitliyinin, yarımfabrikat və hazır məhsul oxlarının sensitometrik sınaqdan keçirilməsi. Nümunələrə sensitometrdə ekspozisiya verilməsi. Nümunələrin foto məhlullarla emalı. Optik sıxlığın densitometrlərdə ölçülməsi. Optik sıxlığın ekspozisiya loqarifmindən xarakterik asılılıq əyrilərinin qurulması. İşığa həssas, təzad əmsalı, dayağın optik sıxlığı, fotoqrafiya enliyi, maksimum və optik sıxlığın və digər foto göstəricilərin müəyyənləşdirilməsi. Optik cihazların tənzimlənməsi. Sınağın nəticələrinin yazılması.



Bilməlidir: xidmət olunan cihazların - densitometr, sensitometr, aydınlaşdırıcı cihazlar, rezelvometr, spektoqraflar, densoqrafların və s. quruluşunu; kimya və fotokimyanın əsaslarını; fotoemulsiyaların sintezi, işığa həssas qatların sulanma, reseptura üzrə kompozisiyanın seçilmə qaydalarını və üsullarını; plyonkaların fotoməhlullarla emalı qaydalarını; qrafik hesablamaların aparılması; kinofoto plyonkalara və film surətlərinə texniki şərtləri; filmsurətlərində təsvir kadrların və səsin yerləşməsinə dövlət standartlarının və kinoplyonkanın həndəsi ölçülərini.

215. Liftlər üzrə elektrik mexaniki

İşin xüsusiyyəti.

1-ci dərəcə

Ölçülərə riayət etmədən detalların çilingər emalı. Sadə detalların şablon üzrə biçilməsi. Polad kanatların əl ilə kəsilməsi. Detalların yuyulması və yağlanması. Siqnal və işıqlandırıcı lampaların dəyişdirilməsi.



Bilməlidir: çilingər emalının fəndlərini; çilingər alətinin, sadə ölçü alətinin təyinatını və tətbiqi şərtlərini; bərkidici detallarda istifadə edilən yivlərin ən çox işlənilən ölçülərini; sürtkü materiallarının təyinatını və adlarını; liftlərdə işlədilən elektrik naqillərinin markasını və kəsilməsini; elektrik aparatlarının quruluşunu və təyinatı barədə ümumi məlumatları.

İş nümunələri:

1. Boltların, vint və qaykaların yivlərin açılması.

2. Lövhəli və künclü poladdan detalların üst səthinin mişarlanması.

3. Hamar, yumru və künclü polad - hazır ölçülər ilə kəsilmə.

4. Mexanizmin söküldükdən sonra birləşməsi və detallarının təmizlənməsi, yuyulması və yağlanması.

216. Liftlər üzrə elektrik mexaniki

İşin xüsusiyyəti.

2-ci dərəcə

Detalların 11-14-cü kvalitetlər üzrə çilingər emalı. Kanatın buxtadan açılması və lazımi uzunluğun ölçülməsi. Hazır biçimlər üzrə boruların hazırlanması və bərkidilməsi. Alətin doldurulması. Ara qatların çertyoj və eskizlərə əsasən biçilməsi və kəsilməsi. Mexaniki və avtomat kilidlərin, mərtəbə açarlarının və bərkidicilərin sökülməsi və yığılması. İşıqlandırma və siqnalizasiya şəbəkəsindəki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Liftlərin sadə çertyoj və elektrik sxemlərinin oxunması.



Bilməlidir: detalların çilingər emalı əməliyyatlarının fəndini və ardıcıllığını; sadə birləşmə və mexanizmlərin sökülməsi və yığılmasını; metalların xüsusiyyətini və markalanmasını; polad kanat və zəncirlərlə rəftar qaydasını; qaldırıcı mexanizmlərin quruluşunu; liftlərin quruluşu və təyinatı haqqında əsas məlumatları; liftlərin zəncir, işıqlanma və siqnalizasiyasının elektrik və elektrogüc sxemini; birsürətli liftlərin zəncirindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması; elektrotexnikanın əsaslarını; dəyişən cərəyanlı elektrik mühərriklərinin quruluşunu və iş prinsipini; sadə elektrik ölçü cihazlarından (ampermetr, voltmetr, ommetrdən) istifadə qaydalarını.

İş nümunələri:

1. Bolt, qayka və vintlər - yivlərin kəsilməsi.

2. Zolaqlı və künclü poladlardan olan sadə detallar - ölçülmə, nişanlanma və deşilmə.

3. Elektrik ölçücü cihazlar - gərginliyin müəyyənləşdirilməsi.

4. Çilçıraq, patron, elektrik açarları, əlaqələndiricilər - sazlanması və qurulması.

5. 10 kVt gücündə olan elektrik mühərrikləri - sökülmə, təmizlənmə və yığılma.

6. İşıqlandırıcı və siqnallaşdırıcı elektrik xətləri - hazırlanma və çəkilmə.

217. Liftlər üzrə elektrik mexaniki

İşin xüsusiyyəti.

3-cü dərəcə

Detalların 7-11-ci kvalitetlər üzrə çilingər emalı. Liftlərin avtomatik və mexaniki qapı kilidlərinin, mərtəbə açarlarının, sürət məhdudlaşdırıcılarının, çağırış və siqnal aparatlarının qurulması və tənzimlənməsi. Qaldırıcı mexanizm və tormoz qurğularının sökülməsi, yığılması və tənzimlənməsi.

Xətlərin və kabellərin hazırlanması və onların borulara salınması. Birsürətli, yol çağırışı olmayan liftlərin zəncirlərindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Bir sürətli ötürücülü liftlərin kinematik və elektrik sxeminin çox mürəkkəb olmayan çertyojunun oxunması. Polad kanatların dəyişdirilməsi və onların kabinənin birləşmələrinə bərkidilməsi. Mexanizm və detalların bərkidilməsi və müxtəlif lehimlərlə lehimlənməsi.

Bilməlidir: lift avadanlığının montaj və təmirinə texniki şərtləri; mexaniki birləşmə və elektrik aparatlarının sökülməsi və yığılması ardıcıllığını; asinxronlu elektrik mühərrikinin transformator və avtotransformatorların, müxtəlif rele və maqnit buraxıcıların və s. quruluşunu və iş prinsipini; bir siqnallı dispetçer idarə pultunun quruluşunu və iş prinsipini; elektrotexnikanın əsaslarını.

İş nümunələri:

1. İdarəetmə stansiyası - elektrik aparatlarının, əlaqələndiricilərin tənzimlənməsi.

2. Birfazalı və üçfazalı transformatorlar -elektrik naqilləri qoşmaqla yeni yerə qurulması.

3. 10 kVt-dan yuxarı gücündə elektrik mühərriki - sökülmə, yığma, qurulma və tələb olunan gərginlikdə işə salma.



218. Liftlər üzrə elektrik mexaniki

İşin xüsusiyyəti.

4-cü dərəcə

Lift avadanlığının təmiri və montajı üzrə sadə və çox da mürəkkəb olmayan işlərin yerinə yetirilməsi. Montaj və təmir işlərinin istehsalını tezləşdirən və asanlaşdıran qurucu və nişanlayıcı şablon və ləvazimatların hazırlanması. Yol çağırışı olmayan birsürətli ötürücülü liftlərin idarə zəncirinin elektrik xəttinin çəkilməsi. Hərəkət sürəti saniyədə 1 m-ə qədər, birsürətli ötürücüsü olan liftlərin mexaniki və elektrik avadanlığının sazlanması və tənzimlənməsi. Liftlərin mürəkkəb çertyoj və elektrosxemlərinin oxunması. Lazımi texniki sənədləşdirmənin aparılması.



Bilməlidir: lift avadanlığının mürəkkəb və məsuliyyətli birləşmələrinin yığılması və sökülməsi texnologiyasını; yol çağırışı olmayan, hərəkət sürəti 1 m/san.-yə qədər olan liftlərin prinsipial elektrik sxemini; elektrotexnikanın və radiotexnikanın əsaslarını; liftlərin dispetçer idarəsində ikitərəfli səsucaldıcı əlaqələrin iş prinsipini; hərəkət liftlərinin idarə zəncirlərində nasazlıqların aşkar edilməsini və aradan qaldırılmasını.

İş nümunələri:

1. Selen düzləndiriciləri - yığılma, dəyişdirilmə və birləşdirilmə.

2. Müxtəlif tipli bucurqadlar - sökülmə, yığılma, tənzimlənmə, salniklərin, podşipniklərin dəyişdirilməsi.

3. Liftlərin dəmirməsaməli və karkaslı asılma şaxtaları - montaj və quraşdırma, çertyoj üzrə ölçülərin yoxlanılması.



219. Liftlər üzrə elektrik mexaniki

İşin xüsusiyyəti.

5-ci dərəcə

Hərəkət sürəti saniyədə 1 m-ə qədər olan ikisürətli ötürücüsü olan liftlərin quraşdırılması, sazlanması və sınağı üzrə mürəkkəb işlərin çertyoj və sxemlərə əsasən yerinə yetirilməsi. Hərəkət sürəti saniyədə 1 m-dən yuxarı olan birsürətli ötürücüsü olan liftlərin mexaniki və elektrik avadanlığının yerlərinin təyin edilməsi və montajı. İkisürətli ötürücüsü olan liftlərin idarə zəncirinin elektrik xəttinin çəkilməsi. Üçsiqnallı və altısiqnallı dispetçer idarə pultunun montajı, təmiri və sazlanması. İkitərəfli səs ucaldıcı əlaqələrin montajı. Liftlərin elektrik sxeminin və daha mürəkkəb çertyojlarının oxunması.



Bilməlidir: liftlərin mexaniki və elektrik avadanlıqlarının montajı, təmiri və sınağına dair texniki şərtləri, detalların xidmət müddətini və onların uzadılması tədbirlərini, elektrik mühərrikləri və sabit cərəyan generatorlarının konstruktiv quruluşunu və iş prinsipini; radioelektron texnikasının əsaslarını; üçsiqnallı və altısiqnallı dispetçer pultunun prinsipial sxemini; iki tərəfli səsucaldıcının prinsipial sxemini; hərəkət sürəti saniyədə 1 m-ə qədər olan çağırışlı liftlərin elektrik sxemini.

İş nümunələri:

1. Yarımkeçirici düzləndiricilər - diod və selen disklərin seçilməsi və dəyişdirilməsi.

2. Şaxta qapıları və lift kabinələrin avtomatik bağlanma mexanizmləri - yığma və tənzimləmə.

3. Elektrik maşın və elektromaqnit gücləndiriciləri, sabit cərəyanlı elektromühərriklər və generatorlar - sökülmə, yırtılma və daxildən birləşdirmə.



220. Liftlər üzrə elektrik mexaniki

İşin xüsusiyyəti.

6-cı dərəcə

Hərəkət sürəti 1 m/san.-dən yuxarı olan ikisürətli ötürücü liftlərin montajı, təmiri və tənzimlənməsi, qrupla və cüt idarəedilən liftlərin elektrik xətlərinin çəkilməsi. Yarımkeçirici elementlərin xüsusiyyətlərinin çıxarılması. Sürət liftlərinin statistik və dinamik sınaq üçün hazırlanması. Liftlərin nasazlıqlarının müəyyənləşdirilməsi və aradan qaldırılması. Kəlbətin tipli tutucuların montaj və tənzimlənməsi.




Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə