1suallı kliniki hal
343) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Anemiya ilə
B) Hipertermiya ilə
C) Cinsi krizlə
D) Hipoksiya ilə
E) Hiperbilirubinemiya ilə
Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 30.
344) Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Toksoplazmoz
B) Məxmərək
C) Sifilis
D) Qızılca
E) Listerioz
Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
345) Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Əmmə-udma refleksinin olmaması
B) Donor südü ilə qidalanma
C) Hipertermiya
D) Pnevmopatiya
E) Bətndaxili infeksiya
Ədəbiyyat:: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
346) Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
A) Gedişi uzun müddətli olur
B) Sarılıq gec əmələ gəlir
C) Cüzi olur
D) Sarılıq tez keçir
E) Anadan gəlmə olur
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124
Dostları ilə paylaş: |