399) Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
A) Dərialtı
B) Per oral (ağızdan)
C) Vena daxilinə
D) Dəri içi
E) Əzələ daxili
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
400) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
A) Diareya
B) 2 gün ərzində hərarət yüksəlir, vaksinin yerində ağrı və şişkinlik ola bilər
C) 3 gündən sonra hərarət yüksəlir
D) İnyeksiya yerində abses
E) Ürəkbulanma, qusma
Ədəbiyyat:: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9
401) Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?
A) Sidikdə zülalın miqdarı
B) Sidikdə formalı elementlər
C) Sidiyin xüsusi çəkisi
D) Sidik çöküntüsü
E) Sidikdə şəkərin miqdarı
Ədəbiyyat:A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267
402) Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?
A) Kalsium duzları osteopoezdə iştirak edir
B) Natrium duzları mayeni toxumalarda saxlayır
C) Maqnezium duzları sinir sistemini tənzimləyir
D) Selenium azad radikalları çıxarır
E) Kalium duzları ürəyə təsir edir
Ədəbiyyat:A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268
Dostları ilə paylaş: |