42) Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?
A) Hipertoniya
B) Taxipnoe
C) Ritm
D) Hipotoniya
E) Atoniya
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
43) 10 %-li kalsium-xlorid vena daxilinə düzgün vurulmadıqda hansı fəsad verir?
A) Kvinke ödemi
B) Yumşaq toxumanın nekrozu
C) Abses
D) Anafilaktik şok
E) Yağ emboliyası
Ədəbiyyat:: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998
44) Arterial hipertoniyalı xəstələr qida rasionunda nəyi azaltmalıdırlar?
A) Ədviyyatlar
B) Şəkəri
C) Xörək duzunu
D) Tərəvəzləri
E) Un məmulatlarını
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008
45) Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?
A) Arterial təzyiqin qalxması
B) Yataq yarası
C) İştahsızlıq
D) Baş gicəllənmə
E) Kollaps
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998
46) Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
A) Əzələ daxilinə analgin-dimedrol vurmaq
B) Morfinin yeridilməsi
C) Daxilə dimedrol
D) Analginin yeridilməsi
E) Nitroqliserini dil altına qoymaq
Ədəbiyyat: N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq” 2008
Dostları ilə paylaş: |