56) Arterial hipertenziya nədir?
A) Mərkəzi venoz təzyiqin azalması
B) Arterial təzyiqin azalması
C) Damar tonusunun azalması
D) Arterial təzyiqin artması
E) Mərkəzi venoz təzyiqin artması
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138 “Çıraq” 2008
57) Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?
A) Ac qarına, səhər
B) Qida qəbulundan 45 dəqiqə sonra
C) Qida qəbulundan 30 dəqiqə sonra
D) Qida qəbulundan asılı olmayaraq
E) Qida qəbulundan 15 dəqiqə sonra
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27 “Çıraq” 2008
58) HIV/AIDS(QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu) )mümkün olan yoluxma yolu hansıdır?
A) Əl ilə təmas
B) Yoluxmuş qanın köçürülməsi
C) Həşəratların dişləməsi
D) Eyni qabdan qida qəbulu
E) Hava damcı yolu
Ədəbiyyat: «Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672
Dostları ilə paylaş: |