633) 5 aylıq uşağın boyu və çəkisi nə qədər olmalıdır?
A) Çəki 5000 qr boyu 50 sm
B) Çəki 8000 qr, boyu 80 sm
C) Çəki 7000 qr, biyu 45 sm
D) Çəki 6500 qr, boyu 60 - 65 sm
E) Çəki 9000 qr boyu 85 sm
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 186
634) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir. Hansı xəstə - likdən şübhələnmək olar?
A) Qastrit
B) Xolesistit
C) Qurd xəstəliyi
D) Qastroenterit
E) Esterit
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 188
635) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı azalıb Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Qlomerulonefrit
B) Xolesistit
C) Pielonefrir
D) Böyrək daşı xəstəliyi
E) Sistit
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр. 187
636) Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası pisdir, tez yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qara ciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Qeyri infeksion hepatit
B) Virus hepatiti
C) Öd daşı xəstəliyi
D) Pnevmoniya
E) Xolesistit
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188
Dostları ilə paylaş: |