Feldşer Bölmə – Terapiya Təmizləyici imaləyə əks-göstəriş hansıdır?



Yüklə 304,07 Kb.
səhifə176/336
tarix10.01.2022
ölçüsü304,07 Kb.
#106312
1   ...   172   173   174   175   176   177   178   179   ...   336
640) Uşağın 6 yaşı var, dünən xəstələnib. Hərarəti 38 dərəcədir. Boğazında ağrı var. Dili moruğu rəngdədir. Dəridə nöqtəvari səpgilər var . Hansı xəstəlikdən şübhələnmək olar?
A) Su çiçəyi

B) Eksudativ kataral diatez

C) Skarlatina

D) Qızılca

E) Hemorragik diatez
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188

641) Xəstəxanaya 5 aylıq uşaq gətirilib. Sini qidalanır. 3 gündür xəstədir. Sutkada 5 - 6 dəfə qusma, 8 - 10 dəfə sulu duru nəcis ifrazı olur. Hərarət 380. Uşağın vəziyyəti ağırdır, çəki 800 qr itirilib, əzələ tonusu və dərinin turqovluğu azalıb. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Kolit

B) Sadə dispepsiya

C) Dizenteriya

D) Enterit

E) Toksiki dispepsiya.
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 189

642) Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəf - füsün dəqiqəlik sayı 35. - dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidi - yin müayinəsində şəkər və aseton tapilib. Kliniki diaqnoz nə ola bilər?
A) Pnevmoniya

B) Hiperqlikemik koma

C) Hipoqlikemik koma

D) Şəkərsiz diabet

E) Şəkərli diabet
Ədəbiyyat:: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим занятиям» стр 188

643) Ana 5 yaşlı uşağı ilə feldşerə müraciət edir. Uşaqda zəiflik və qarında ağrı var. Gecələr temperaturu 37, 9 °C dərəcə olur, iştahası azalıb, tez - tez sidiyə gedir, sidiyin rəngi tünddür. Uşağın dili qurudur, ağ ərplə örtülüb, qaraciyər, dalaq böyüməyib. Uşaqda hansı xəstəlik ola bilər?
A) Qlomerulonefrit

B) Xroniki pielonefrit

C) Kəskin pielonefrit

D) Xolesistit

E) Nefropatiya
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 422

644) Ana 1 yaşında uşağı ilə feldşerə müraciət edir. Uşaq 3 gündür xəstədir. Ana öskürəkdən, güclü zökəmdən, zəiflikdən, iştahasızıqdan və yuxunun pis olmasından şikayət edir. Uşaqda hansı xəstəlik ola bilər?
A) Kəskin laringit

B) Pnevmoniya

C) Kəskin rinit

D) Adenovirus infeksiyası

E) Kəskin bronxit
Ədəbiyyat:N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 178


645) Uşaq 3 yaşındadır. Bağçaya gedir. Xəstəliyi kəskin başlayıb, hərarəti 38, 50C, qarnında ağrı var, 1 dəfə qusub. Uşaqda tez - tez selik və qanla qarışıq nəcis ifrazı var, uşaq narahatdır, gücənir, defekasiya ağrılıdır. Uşaq hansı xəstəlikdən əziyyət çəkir?
A) Dizenteriya

B) Salmonelloz

C) Sadə dispepsiya

D) Toksiki dispepsiya

E) Qida tosiko - infeksiyası
Ədəbiyyat:N. N. Əliyev. M. M. Muxtarov Yoluxucu xəstəliklər. Bakı 1993 səh. 49

646) Ana 5 yaşlı qızı ilə feldşerə müraciət edir, uşağın narahat, əsəbi olduğunu, qarnında periodik ağrılardan şikayət etdiyini söyləyir. Uşaqda ürək bulanma, anus nahiyəsində qaşınma, gecə sidiyi saxlaya bilməmək, iştahanın və yuxunun pozulması var. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Askaridoz

B) Koli infeksiya

C) Lyamblioz

D) Gecə enurezi

E) Enterobioz
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 586

647) Ana 5 yaşlı uşağının bədənində səpgilər olduğundan feldşerə şikayət edir. Uşağın temperaturu normaldır, üzündə, bədənində və ətraflarında xırda papulyoz çəhrayı səpgilər var, dərinin rəngi dəyişib. Boyun ardı limfa düyünləri əllənir, ağrısızdır. Əsnək qızarmışdır. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Diferiya

B) Su çiçəyi

C) Qızılca

D) Skarlatina

E) Məxmərək
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 497

648) Feldşerin qəbuluna 6 yaşlı uşaq gətirmişlər. Uşaq 2 həftədir davamlı olaraq öskürür, öskürək tutmaşəkilli olub, ən çox gecə artır və bəzən qusma ilə müşayət olunur. Uşağa vaksinasiya edilməyib. Tutmalar arası uşağın vəziyyəti kafi, temperaturu 36, 6 0C olur. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Kəskin bronxit

B) Astmatik bronxit

C) Qrip

D) Göy öskürək

E) Kəskin respirator xəstəlik
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 507

649) Ana 6 yaşlı uşaqla feldşerə müraciət edib. Uşaq gecə xəstələnib, temperaturu 39, 0 oC - yə qalxıb. Uşaqda baş ağrısı, udqunma zamanı boğazda ağrı var. Səhər tezdən bədənində qırmızı nöqtəvari səpgilər əmələ gəlib, ağız - burun üçbucağı avazımışdır. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Skarlatina

B) Məxmərək

C) Epidemik parolit

D) Qızılca

E) Difteriya
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 514

650) Feldşer 5 yaşlı uşağı yoxlayarkən aydın olur ki, uşaq 2 gündür xəstədir. Uşaq ağzını açarkən, çeynərkən, başını çevirərkən ağrı olmasından şikayt edir. Temperaturu 38°C, hər iki tərəfdən qulaq ətrafı şişmiş ağrılıdır. Uşaqda hansı xəstəlik ola bilər?
A) Skarlatina

B) Məxmərək

C) Difteriya

D) Lİmfadenit

E) Epidemik parotit
Ədəbiyyat:Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 503


Yüklə 304,07 Kb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   336




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin