803) Ağciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Yarım oturaq
B) Böyrü üstə uzanmış
C) Qarnı üstə uzanmış
D) Arxası üstə uzanmış
E) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
804) Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?
A) Yaraya qan saxlayıcı alət qoymaqla
B) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
C) Yaranı tamponada etməklə
D) Boyna jqut qoymaqla
E) Yuxu arteriyasını baş barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
805) Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır?
A) Kimyəvi preparatı zərərsizləşdirən maddə içirdilir
B) Zərərçəkən qusdurulur
C) Süd içirdilir
D) Mədə ilıq su ilə yuyulur və ağrı kəsici preparat vurulur
E) Heçnə edilmir
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 121
Dostları ilə paylaş: |