825) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
A) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
B) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
C) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır
E) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
826) Döş qəfəsi yaralanmaları zamanı hansı hermetik sarğıdan istifadə edilir?
A) Yapışqan plastrli
B) Okklüziya edici
C) Gips
D) Bint
E) Ləçəkvari
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 197
827) Qış fəslində Esmarx turnasının saxlanma müddəti nə qədərdir?
A) 45 dəqiqə
B) 1-1,5 saat
C) 3 saat
D) 0,5 saat
E) 2 saat
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Dostları ilə paylaş: |