861) Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?
A) Sürünən sarğı
B) Səkkizvari sarğı
C) Tısbağavari sarğı
D) Spiralvari sarğı
E) T-şəkilli sarğı
Ədəbiyyat:: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
862) Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?
A) Əməliyyatdan əvvəl sanitar otağında aparılır
B) Bir gün əvvəl aparılır
C) Əməliyyat stolunda aparılır
D) Əməliyyat ərəfəsində aparılır
E) Aparılmır
Ədəbiyyat:: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
863) Bint sarğısı qoymazdan əvvəl tibb işçisi nəyə nəzər yetirməlidir?
A) Nəbzin sayına
B) Bədənin hərarətinə
C) Patoloji prosesin xarakterinə
D) Arterial təzyiqə
E) Tənəffüs aktlarının sayına
Ədəbiyyat:: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
864) Inhalyasion anesteziyada dərman maddələri hara yeridilir?
A) Dəri altına
B) Selikli qişalara
C) Dil altına
D) Əzələ daxilinə
E) Tənəffüs yollarına
Ədəbiyyat:: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
Dostları ilə paylaş: |