909) Travma zamanı yalnız sınığa xas olan əlamət hansıdır?
A) Patoloji hərəkətlilik
B) Ətrafın funksiyasının pozulması
C) Şişkinlik
D) Sümük qırıntılarının krepitasiyası
E) Qansızma
Ədəbiyyat:“Tibb bacısının məlumat kitabı”. “Çıraq” nəşriyyatı 2008. Səh. 256
910) Bədxassəli şişə məxsus əlamət hansıdır?
A) Kapsula ilə əhatə olunur
B) Kaxeksiya yaratmır
C) Kənarları məhduddur
D) Ətraf toxumalara sirayət edir
E) Ətraf toxumalara yayılmır
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165
911) Trizm hansı xəstəliyə məxsusdur?
A) Furunkulyoza
B) Qazlı qanqrenaya
C) Qızılyel iltihabına
D) Sepsisə
E) Tetanusa
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149
912) İrinli yaraya drenaj boru nə üçün qoyulur?
A) Sarğı qoymaq üçün
B) Qanaxamanı dayandırmaq üçün
C) Yara möhtəviyyatının axması üçün
D) Ağrını azaltmaq üçün
E) Epitelizasiyanı sürətləndirmək üçün
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
Dostları ilə paylaş: |