952) Biksin əməliyyat üçün yığımının neçə üsulu var?
A) 1
B) 6
C) 5
D) 3
E) 2
Ədəbiyyat:Qostişev.(səh-13)
953) Termiki üsulla sterilizasiya olunmayan endoskopik alətlər necə sterilizasiya olunur?
A) 33%-li perhidrolda
B) 3%-li hidrogen peroksidində
C) 0.5%-li xloramində
D) 0.1%-li kalium permanqanatda
E) Qaz sterilizatorlarında 18˚C-də 16 saat
Ədəbiyyat:Qostişev.(səh-11)
954) Adi ketqut sapları neçə vaxtdan sonra sorulur?
A) 30 - 40 gün
B) 15 - 20 gün
C) 5 - 10 gün
D) 1 gün
E) 2 - 3 gün
Ədəbiyyat:Ədəbiyyat:M.M.Abakumov-1985.(səh-42)
955) Yanıq xəstəliyinin ilk günlərində xəstəyə köçürələcək infuzion mayelərin miqdarı necə hesablanır?
A) Xəstənin bədən çəkisinin 2% qədər
B) Xəstənin bədən çəkisinin 1% qədər
C) Xəstənin bədən çəkisinin 20% qədər
D) Xəstənin bədən çəkisinin 3% qədər
E) Xəstənin bədən çəkisinin 10% qədər
Ədəbiyyat:Ədəbiyyat:A.N.İnkova.(səh-126)
956) Narkozda işlədilən azot 1- oksidi (N20) oksigenlə qarışdırıldıqda faiz nisbəti necə olmalıdır?
A) 50% oksigen 50% azot 1 oksidi
B) 5% oksigen 95% azot 1 oksidi
C) 10% oksigen 90% azot 1 oksidi
D) 70% oksigen 30% azot 1 oksidi
E) 20% oksigen 80% azot 1 oksidi
Ədəbiyyat:Ədəbiyyat:B.X.Abasov.Ümumi Cərrahlıq-1987.(səh-103)
957) Aşağı ətraflara sirkulyar gips sarğısı qoymaq üçün bintin eni neçə sm olmalıdır?
A) 15 sm
B) 30 sm
C) Fərqi yoxdur
D) 5 sm
E) 10 sm
Ədəbiyyat:M.M.Abakumov.(səh-384)
958) Çıxığın yerinə salınmasında anesteziya məqsədilə novakainin neçə faizli məhlulu işlədilir?
A) 5%-li
B) 10%-li
C) 0.5%-li
D) 2%-li
E) 1%-li
Ədəbiyyat:M.M.Abakumov.(səh-385)
959) Optik alətlərin paroformalin şkaflarda sterilizasiya müddəti neçə saatdan az olmamalıdır?
A) 48
B) 24
C) 10
D) 12
E) 6
Ədəbiyyat:S.İmamverdiyev. Urologiyada tibb bacısının işi.(səh-45)
Dostları ilə paylaş: |