966) İlan sancması zamanı aşağıdakı hansı tədbiri həyata keçirmək olmaz?
A) 1 ml heparin əzələ daxilinə
B) İlan zəhərinə qarşı zərdab
C) Tetanus əleyhinə zərdab
D) Ətrafın immobilizasiyası
E) Zədələnmiş ətrafa kalium permanqanatla sarğı
Ədəbiyyat::B.D.Komarov.(səh-283)
967) Yanıq şoku zamanı ağrıkəsici narkotiklərin hara yeridilməsi məqsədəuyğundur?
A) Əzələ daxilinə
B) Dəri altına
C) Əzələ daxili, dəri-altı
D) Vena daxilinə
E) Dəri içinə
Ədəbiyyat:B,D,Kamarov.(səh-74)
968) Yanıq şoku zamanı yaşlı insanlara və uşaqlara narkotiklər vena daxilinə necə işlədilir?
A) 1 ml narkotik 5 ml izotonik fizioloji məhlulla
B) 1 ml narkotik 5 ml kofeinlə
C) 1 ml narkotik 40%-li qlükoza ilə
D) 1 ml narkotik 3 ml atropinlə
E) 1 ml narkotik 10%-li kalsium xloridlə
Ədəbiyyat:B.D.Kamarov.(səh-74)
969) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun neçə faizli məhlulundan istifadə edilir?
A) 0.3%-li
B) 0.1%-li
C) 5%-li
D) 1%-li
E) 3%-li
Ədəbiyyat:İnkova A.N.(səh-132)
Dostları ilə paylaş: |