1124) Hemoratik insult zamanı təxirəsalınmaz yardım:
A) Xəstənin başına buz qoyub, uzanıqlı vəziyyət vermək
B) Xəstəyə başıaşağı vəziyyət vermək
C) Xəstəni sol tərəfə çevirmək
D) Xəstəni sağ tərəfə çevirmək
E) Xəstəyə yarıoturaq vəziyyət vermək
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh. 560
1125) Qeyd edilən preparatlardan narkotik qrupa aid olanı hansıdır?
A) Kofein
B) Morfi
C) Aminazin
D) Barbital
E) Diazepam
Ədəbiyyat:: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309
1126) Afaziya nədir?
A) Yuxu pozuntusu
B) Yaddaş pozuntusu
C) Nitq pozuntusu
D) Diqqət pozuntusu
E) Düşüncə pozuntusu
Ədəbiyyat:R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103
1127) İsterik tutma zamanı tibb işçisinin taktikası:
A) Oksigen verməli
B) Başa buz qoymalı
C) Xəstəni təcili yardım nəqliyyatı ilə xəstəxanaya çatdırmalı
D) Başa hündür vəziyyət verməli
E) Xəstəyə yarıoturaq vəziyyət verməli
Ədəbiyyat:: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.458
Dostları ilə paylaş: |