131) Spirometriyadan hansı məqsədlə istifadə olunur?
A) Bədən kütləsinin ölçülməsi
B) Boyun ölçülməsi
C) Ağciyərlərin tənəffüs həcminin ölçülməsi
D) Döş çevrəsinin ölçülməsi
E) Əzələ gücünün ölçülməsi
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ Çıraq ” 2008
132) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?
A) 100 ml natrium-hidrokarbonat məhlulu
B) 1-2 litr təmiz su
C) 100 ml 25%-li maqnezium-sulfat məhlulu
D) 100 ml natrium-xlorid məhlulu
E) 10 litr təmiz su
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” Bakı 1984
133) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?
A) Hipertonik imalədən
B) Təmizləyici imalədən
C) Yağ imaləsindən
D) Sifon imaləsindən
E) Dərman imaləsindən
Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “Çıraq ” 2008.
Dostları ilə paylaş: |