303) Xoranın xərçəngə çevrilməsi necə adlanır?
A) Penetrasiya
B) Maliqnizasiya
C) Perforasiya
D) Pilorostenoz
E) Regenerasiya
Ədəbiyyat:Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 327 Bakı.“Təbib“1998.
304) Qida qəbulundan 30 dəqiqə sonra epiqastral nahiyədə əmələ gələn ağrılar hansı xəstəlik üçün xarakterikdir?
A) Ezofagit
B) Mədə xorası
C) Xroniki qastrit
D) Kəskin pankreatit
E) 12 barmaq bağırsaq xorası
Ədəbiyyat:: Daxili xəstəliklər F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 327. Bakı. “Təbib “1998
305) 36 yaşlı xəstə epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra başlanan ağrılarla feldşerə müraciət edib. Ağrılar çox intensiv olduqda qusma baş verir, dediyinə görə qusmadan sonra ağrılar nisbətən azalır , bu səbəbdən hətta bəzən xəstə süni qusma yaradır , iştahası saxlanılıb. Bir neçə ildir xəstədir , xəstəliyi yaz –payız fəsillərində kəskinləşir.Feldşer hansı xəstəlikdən şübhələnməlidir?
A) Ezofagit
B) Kəskin pankreatit
C) 12 barmaq bağırsaq xorası
D) Kəskinləşmə mərhələsində olan mədə xorası
E) Xroniki qastrit
Ədəbiyyat::Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 321. Bakı.“Təbib “1998
Dostları ilə paylaş: |