351) Bətndaxili infeksiyalara hansılar aiddir?
1. Sitomeqalovirus
2. B hepatit virusu
3. Məxmərək virusu
4. Herpes virusu
5. A hepatit virusu
6. Adenovirus
A) 1, 3, 4
B) 3, 5, 6
C) 2, 5, 6
D) 1, 3, 5
E) 2, 4, 6
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 .
352) Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?
A) 2 - 3 həftəyə
B) 2 - 3 günə
C) 2 aya
D) 3 aya
E) 5 - 6 günə
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
353) Omfolit nəyin iltihabıdır?
A) Göbəyin
B) Dərinin
C) Qara ciyərin
D) Dalağın
E) Mədənin
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
354) Hipoqalaktiya nədir?
A) Qan azlığı
B) Mədə-bağırsaq pozğunluğu
C) Ana südünün çatışmazlığı
D) Vitamin çatışmazlığı
E) Qida çatışmazlığı
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 .
355) Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
A) Yenidoğulmuşların asfiksiyası
B) Istilik mərkəzinin tam inkişaf etməməsi
C) Yenidoğulmuşların dəri xəstəlikləri
D) Hormonal kriz
E) Fizioloji sarılıq
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
Dostları ilə paylaş: |