409) Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır.
A) 7 mmol/l
B) Olmamalıdır.
C) 6,5-7,5 mmol/l
D) 3,3-5,5 mmol/l
E) 0-3 mmol/l
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 336
410) Eksudativ kataral diatezli uşağın qidalanmasında aşagıdakılardan hansı düzgün deyil?
1. Şəkər-ksilit və ya sorbitlə əvəz edilir.
2. Ət bulyonu verilir.
3. Balıqdan hazırlanmış qidalar verilir.
4. Heyvani yağ-bitki yağı ilə əvəz edilir.
5. Xörək duzu azaldılır.
6. İnək südü verilir.
A) 1,3,5
B) 2,3,6
C) 1,2,6
D) 2,4,6
E) 3,5,6
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008səh69
411) Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?
A) tərkibində karbohidrat azdır
B) tərkibində immunoqlobulinlərin miqdarı çoxdur
C) tərkibində zülal azdır
D) tərkibində fermentlər çoxdur
E) tərkibində yağlar azdır
Ədəbiyyat:: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
Dostları ilə paylaş: |