828) Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
A) Hemodinamikaya nəzarəti asanlaşdırır.
B) Ürəyin fəaliyyətini artırır
C) Uzunmüddətli əməliyyat önü hazırlıq lazım deyil
D) Tənəffüs pozğunluqları zamanı istifadə oluna bilər.
E) Tənəffüs orqanlarının fəaliyyətini artırır.
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58
829) İnfiltrasion anesteziyada hansı preparatdan istifadə edilir?
A) Novakain 0,5-0,25%
B) Dikain 0,25%
C) Sofkain 1%
D) Lidokain 10%
E) Novakain 2%
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 60
830) Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?
A) Yeritməklə
B) Arxası üstə uzanmış və başı yana əyilmiş vəziyyətdə
C) Qarnı üstə uzanmışvəziyyətdə
D) Yarımoturaq vəziyyətdə
E) Böyrüüstə uzanmış vəziyyətdə
Ədəbiyyat:: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62
Dostları ilə paylaş: |