865) Punksiya nədir?
A) Boşluqların, orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsi
B) Boşluqlara,orqan və toxumalara rezin borunun yeridilməsi
C) Boşluqlu orqanlara süni fistulanın qoyulması
D) Dərman maddələrinin periferik venalara yeridilməsi
E) Dərin yaraların və boşluqların antiseptik maddələrlə yuyulması
Ədəbiyyat:Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.101
866) Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?
A) Lassar pastası
B) Brilliyant yaşılı
C) Kamfora spirti
D) Vazelin yağı
E) Yod
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
867) Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb işçisi xəstəyə nəyi məsləhət görür?
A) Süd məhsullarının qəbulu
B) Ədviyyatlı qidaların qəbulu
C) Hisə verilmiş qidaların qəbulu
D) Aktivləşmiş kömürün qəbulu
E) Mineral suların qəbulu
Ədəbiyyat:: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373
Dostları ilə paylaş: |