960) Xromosistoskopiyada vena daxilinə aşağıdakılardan hansı işlədilir?
A) 0.1%-li brilyant yaşılı
B) 0.2%-li fenolftalin məhlulu
C) 0.4%-li maqnezium sulfat
D) 0.5%-li novakain məhlulu
E) 0.4%-li indiqokarmin məhlulu
Ədəbiyyat:S.İmamverdiyev.Uralogiyada tibb bacısının işi.(səh-45)
961) Dolu sidik kisəsindən sidik ləngimələrində sidik kateterlə neçə dəqiqə müddətinə boşaldılmalıdır?
A) 30-40 dəq
B) 5 dəq
C) 3 dəq
D) 15-20 dəq
E) 60 dəq
Ədəbiyyat:S.İmamverdiyev.(səh-25)
962) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır?
A) 15-20 gündən sonra
B) Dərhal
C) 3 gündən sonra
D) 5 gündən sonra
E) 30 gündən sonra
Ədəbiyyat:Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə-1997 (səh-121)
963) Kəskin appendisit zamanı həkiməqədərki tibbi yardıma aiddir?
A) Spazmolitiklər vermək
B) Sağ qalça nahiyəsinə isitqac qoymaq
C) Təmizləyici imalə etmək
D) Ağrıkəsicilər vermək
E) Sağ qalça çuxuru nahiyəsinə buz qovuğu qoyub cərrahi şöbəyə çatdırmaq
Ədəbiyyat:H.Sultanov.Cərrahiyyə-1997.(səh-218)
964) Boyun venalarından qanaxma zamanı təhlükəli, zərərçəkmişin ölümünə səbəb nədir?
A) Anemiya
B) Hava emboliyası
C) Hipoksiya
D) Hb - nin azalması
E) Asfiksiya
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə-1997.(səh-74)
965) Termiki yanıqlarda ağrılar şiddətlənən zaman təcili yardım maşınlarında ağrıkəsici narkoz halında azot 1- oksidi (N20) ilə oksigenin nisbəti necə olmalıdır?
A) 5:1
B) 4:1
C) 2:1
D) 1:4
E) 1:2
Ədəbiyyat:B.D.Komarov.(səh-264)
Dostları ilə paylaş: |