1120) Meningit xəstəliyini təsdiqləyən müayinə üsulu hansıdır?
A) Qanın müayinəsi
B) Şəkərin müayinəsi
C) Sidiyin müayinəsi
D) Onurğa beyin mayesinin müayinəsi
E) Ultrasəs müayinəsi
Ədəbiyyat:R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 152
1121) Miqren tutması zamanı ilk tibbi yardım hansıdır?
A) Xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək
B) Oksigen vermək
C) Zəli qoymaq
D) Başı soyuq su ilə yumaq
E) Sıxıcı paltarlardan azad etmək
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
1122) Epilepsiya üçün xarakter əlamət nədir?
A) Qıcolma
B) Başgicəllənmə
C) Ürəkbulanma
D) Özünə qapanma
E) Nitqin tormozlanması
Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Səh 211
1123) Epileptik status zamanı mexaniki asfiksiyanın qarşısını almaq üçün tibb bacısının taktikası:
A) Xəstəni təmiz havaya çıxartmalı
B) Xəstəni uzatmaq :tənəffüs yollarını təmizləmək, diş protezi varsa onu xaric etmək
C) Başa hündür vəziyyət verməli
D) Mədə-bağırsaq traktını yumalı
E) Başa buz qoymalı
Ədəbiyyat:: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 220
Dostları ilə paylaş: |