1202) Sifilisin spesifik müalicəsi əsasən aparılır:
A) Tetrasiklin sırası preparatlarla
B) Sefalosporin sırası preparatlarla
C) Makrolidlərlə
D) Benzilpenisillin və ya onun uzunmüddətli preparatları ilə
E) Penisillinin sintetik preparatları ilə
Ədəbiyyat:Рациональная фармакотерапия, заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А.А.Кубановой, В.И.Касиной, М., Литтерра, 2005. (səh. 510)
1203) Sifilisin diaqnostikasında aşağıdakılardan hansı istifadə olunmur?
A) Spesifik yod sınağı
B) Vasserman reaksiyası
C) Seroloji reaksiyalar kompleksi
D) Solğun treponemlərin immobizasiyası (RİBT)
E) İmmunoflorensiya (RİF)
Ədəbiyyat: Б.И.Зудин.Кожные и венерические болезни. Москва-«Медицина» 1990 (səh. 198)
1204) Sifilis haqqında səhv fikir:
A) Sifilisin II dövründə rozeola müşahidə olunur
B) Sifilisin IV dövründə yumşaq şankr müşahidə olunur
C) Sifilisin III dövründə qumma müşahidə olunur
D) Eritromisin sifilisin rezerv müalicə dərmanlarına aiddir
E) Sifilisin I dövründə bərk şankr müşahidə olunur
Ədəbiyyat:Б.И.Зудин.Кожные и венерические болезни. Москва-«Медицина» 1990 (səh. 182)
Dostları ilə paylaş: |